Icma.az
close
up
RU
AVTOMOBİLLƏRİN TEXNİKİ “GÖRÜM BAXIMI”... “Bizdə texniki baxış sürücülərin üzərinə qoyulan əlavə vergidir”

AVTOMOBİLLƏRİN TEXNİKİ “GÖRÜM BAXIMI”... “Bizdə texniki baxış sürücülərin üzərinə qoyulan əlavə vergidir”

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda avtomobillərin texniki baxış prosesi uzun illərdir ictimai narazılıq doğuran sahələrdən biridir. Rəsmi olaraq bu sistem Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin səlahiyyətindədir. Qanunvericiliyə əsasən, texniki baxışın məqsədi avtomobillərin istismara yararlılığını müəyyənləşdirmək, təhlükəsizlik tələblərinə cavab verib-vermədiyini yoxlamaqdır. Lakin mövcud vəziyyət bu məqsədlərdən xeyli uzaqdır.

Uzun illərdir sürücülərin əksəriyyəti texniki baxışdan keçmək üçün rəsmi rüsum əvəzinə təxminin 100–150 manat arasında "hörmət" etdiklərini etiraf edirlər. Bu barədə sosial şəbəkələrdə və yerli mətbuatda saysız-hesabsız şikayətlər mövcuddur. 

Bu gün bu sahədə qurulan rüşvət mexanizmi faktiki olaraq texniki baxışın mahiyyətini aradan qaldırıb. Yəni avtomobilin texniki vəziyyətindən asılı olmayaraq, “pulu olan” hər kəs asanlıqla sənəd əldə edə bilir. Nəticədə, istismara yararsız, bəzən təhlükəli vəziyyətdə olan nəqliyyat vasitələri yolları doldurur. Bu isə həm qəza riskini artırır, həm də texniki baxışı hər il sadəcə formal xarakter daşıyan, faydasız bir prosedura çevirir.

Hazırkı formada texniki baxış sistemi nə dövlətə, nə vətəndaşa, nə də ictimai təhlükəsizliyə real şəkildə xidmət edir.

Məlumat üçün bildirək ki, “Yol hərəkəti haqqında” Qanunun 30-cu maddəsinin VI hissəsinə əsasən avtomobillər aşağıdakı müddətlərdə texniki baxışdan keçirilməlidir:

- İstehsal tarixindən 4 ilə qədər – tələb olunmur;

- 4 ildən 10 ilə qədər – iki ildə bir dəfə;

- 10 ildən sonra – ildə bir dəfə.

Bundan başqa, avtobuslar, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri və təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı, texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələri ildə bir dəfə texniki baxışdan keçməlidir.

Nəqliyyat vasitəsinin növbəti texniki baxışının keçirilməli olduğu gündən 20 gün ərzində texniki baxışdan keçirilməməsi İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsinə əsasən – “Nəqliyyat vasitəsini ‘Yol hərəkəti haqqında’ Qanunla müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə” – 50 manat məbləğində cərimə edilir. Əgər bu müddət ərzində avtomobil texniki baxışdan keçməzsə, eyni məbləğdə təkrar cərimə tətbiq olunur.

2025-ci ildə Azərbaycanda minik avtomobilləri üçün texniki baxışın rüsumu 30 manat təşkil edir. Motonəqliyyat vasitələri, traktorlar və digər mexaniki nəqliyyat vasitələri üçün isə bu məbləğ 15 manatdır. Bundan əlavə, 2024-cü il fevralın 1-dən etibarən dövlət texniki baxışı zamanı sürücülərdən dövlət rüsumu ilə yanaşı, utilizasiya haqqı da tutulur. İstismar müddəti 4–10 il olan avtomobil sahibləri 10 manat, 11–21 il olanlar 20 manat, 21–31 il olanlar 30 manat, 31 ildən yuxarı olanlar isə 40 manat utilizasiya haqqı ödəməlidirlər.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin sonunda Azərbaycanda minik avtomobillərinin ümumi sayı 1 milyon 585 min 265 ədəd olub. Yaşı 5 ilə qədər olan avtomobillərin sayı 101 808, 5–10 il arası 145 394, 10–20 il arası 636 821, 20 ildən yuxarı olan avtomobillərin sayı isə 701 242 ədəd təşkil edib.


Azərbaycanda hər il azı 1,3 milyon avtomobil texniki baxışdan keçir. Bu isə gündə orta hesabla 3 700 avtomobil deməkdir. Əgər bu avtomobillərin hamısı rəsmi rüsum əsasında (30 manat) texniki baxışdan keçsə, dövlət büdcəsinə 39 milyon manat daxil olmalıdır. Lakin 1,3 milyon avtomobil sahibinin hər birindən 100–150 manat arası vəsait alındığı halda, bu məbləğ 130–200 milyon manat arasında dəyişir. Yəni rəsmi şəkildə dövlət büdcəsinə 39 milyon manat daxil olursa, qeyri-rəsmi dövriyyə 3–5 dəfə çoxdur. Başqa sözlə, texniki baxış sistemində dövriyyədə olan qeyri-rəsmi pul axını dövlətin qanuni gəlirlərini dəfələrlə üstələyir. Bu qədər külli miqdarda vəsaitin kimlərin cibinə getdiyi isə açıq sual olaraq qalır.


Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli “AzPolitika”-ya açıqlamasında bildirib ki, Azərbaycanda texniki baxış prosesi olduqca formal xarakter daşıyır və bu sahədə ciddi problemlər mövcuddur. Onun sözlərinə görə, texniki baxışla bağlı cərimələr tətbiq olunsa da, çox zaman avtomobillər real yoxlanışdan keçmədən formal şəkildə qeydiyyata alınır.

“Bir çox ölkələrdə sistem elə qurulub ki, vətəndaş özü avtomobilini texniki baxışdan keçirməkdə maraqlı olur. Məsələn, bəzi dövlətlərdə avtomobili texniki baxışdan keçirmədən satmaq mümkün deyil. Bu səbəbdən vətəndaş məcbur olur avtomobilini gətirib yoxlatmağa. Üstəlik, insanlar anlayırlar ki, bu, onların şəxsi təhlükəsizliyi üçün vacibdir. Əyləc sistemi və digər texniki hissələrdə nasazlıq varsa, bu, birbaşa həyat üçün risk yaradır”, – deyə iqtisadçı qeyd edib.

Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycanda texniki baxış prosesi o qədər formallaşıb ki, vətəndaşlar bunu absurd qəbul edirlər: “Texniki baxış bu qədər formal olmamalıdır. Burada ciddi maarifləndirməyə ehtiyac var. Avtomobil alqı-satqısı zamanı texniki baxış sənədi mütləq təqdim olunmalıdır. Hər il sadəcə rüsum ödəmək deyil, real təhlükəsizlik yoxlanışı həyata keçirilməlidir. Təəssüf ki, hazırda bizdə texniki baxış sürücülərin üzərinə qoyulan əlavə vergidir.”

Xatırladaq ki, Azərbaycan hökuməti 2018-ci ildə texniki baxış sisteminin özəl sektora ötürülməsi ilə bağlı qərar qəbul etmişdi. Məqsəd bu sahədə şəffaflığın təmin edilməsi və rəqabətli mühitin yaradılması idi. Lakin indiyədək bu islahat həyata keçirilməyib. Dövlətin inhisarında qalan sistem hələ də köhnə inzibati yanaşma ilə idarə olunur.

Avropa və region ölkələrində isə texniki baxış sistemi Azərbaycanın mövcud təcrübəsindən xeyli fərqlənir. Bir çox ölkələrdə bu proses nəinki formal deyil, həm də ciddi şəkildə təhlükəsizlik və ekoloji standartların qorunmasına yönəlib.

Məsələn, Avropa İttifaqı ölkələrində texniki baxış iki ildən bir keçirilir. Bu zaman avtomobilin əyləc sistemi, işıqları, təkərləri, mühərriki, ekoloji normativlərə uyğunluğu və digər göstəricilər ciddi şəkildə yoxlanılır. Əgər nasazlıq aşkarlanarsa, sürücü müəyyən müddət ərzində onu aradan qaldırmalı və daha sonra yenidən texniki baxışdan keçməlidir. Almaniyada bu prosesi müstəqil texniki nəzarət qurumları həyata keçirir və burada rüşvət və ya qeyri-rəsmi ödəniş hallarına yer yoxdur.

Bəzi ölkələrdə texniki baxış prosesi müasir texnologiyalar üzərində qurulub. Məsələn, Hollandiya və Estoniyada sistemin böyük hissəsi elektron nəzarətə keçib. Avtomobilin texniki vəziyyəti barədə məlumatlar GPS və elektron idarəetmə sistemi vasitəsilə avtomatik toplanır. Yəni avtomobilin real vəziyyəti proqramlar vasitəsilə izlənilir və əlavə baxışa ehtiyac qalmır.

Danimarka, Norveç və İsveç kimi Skandinaviya ölkələrində texniki baxış sistemi daha çevikləşdirilib. Bu ölkələrdə ekoloji və təhlükəsizlik standartlarına yüksək səviyyədə əməl olunduğu üçün bəzi hallarda texniki baxış intervalları 4–5 ilə qədər uzadılıb.

ABŞ-də isə texniki baxış sistemi ştatlara görə fərqlənir. Məsələn, Florida, Montana və Minnesota kimi ştatlarda bu sistem illər əvvəl ləğv edilib – yalnız qəzaya düşən və ya satışa çıxarılan avtomobillər texniki baxışdan keçir. Dövlət bu məsuliyyəti vətəndaşın öz üzərinə qoyub. Buna qarşılıq Kaliforniya, Nyu-York və Texas kimi iri ştatlarda texniki baxış və ekoloji test hələ də məcburidir.

Yeni Zelandiyada texniki baxış yalnız ictimai nəqliyyat və yük avtomobilləri üçün məcburidir, şəxsi avtomobillər üçün isə sistem tamamilə könüllüdür.

Gürcüstanda texniki baxış sistemi 2018-ci ildən tam şəkildə bərpa olunub və hazırda elektron formada işləyir. Hər avtomobil üçün məlumatlar dövlət bazasında qeyd olunur, yoxlanışın nəticələri sənədləşdirilir. Əgər avtomobil normativlərə cavab vermirsə, onun istismarına icazə verilmir. Gürcüstanda texniki baxışdan keçməyən avtomobillərin sərnişin və yük daşımalarına icazə verilmir, bu da vətəndaşları məsuliyyətli olmağa vadar edir.

Türkiyədə texniki baxış prosesi “TÜVTÜRK” adlı özəl, lakin dövlət tərəfindən lisenziyalaşdırılmış qurum tərəfindən həyata keçirilir. Avtomobillər üçün texniki baxışın dövriliyi nəqliyyat vasitəsinin növünə görə dəyişir. Məsələn, şəxsi avtomobillər 3 ildən sonra hər iki ildən bir texniki baxışdan keçməlidir. Yük və sərnişin daşıyan nəqliyyat vasitələri isə hər il yoxlanılır.

Qazaxıstanda bu proses bir müddət dayandırılsa da, 2020-ci ildən etibarən yenidən bərpa edilib və artıq özəl şirkətlər vasitəsilə həyata keçirilir.

Bu ölkələrin təcrübəsi göstərir ki, texniki baxışın məqsədi sürücüləri cərimələmək və ya əlavə vergi toplamaq deyil, yol təhlükəsizliyini və ekoloji normaları qorumaqdır. Azərbaycanda isə bu sistemin hələ də formal xarakter daşıması onun real təhlükəsizlik məqsədlərinə xidmət etmədiyini göstərir.

Hər halda texniki baxış sisteminin şəffaflaşdırılması, elektronlaşdırılması və özəl sektora həvalə olunması neqativ halların qarşısını almaq və prosesi səmərəli hala gətirmək üçün ən uğurlu yanaşma olardı.

E. Bəyməmmədli

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 Oktyabr 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see181

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri