Icma.az
close
up
RU
“Rusiya Azərbaycandan istədiyini qopardı” AXCP və Müsavatın inanılmaz oyunu

“Rusiya Azərbaycandan istədiyini qopardı” AXCP və Müsavatın inanılmaz oyunu

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Tarixçi professor, Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli son statuslarında and-aman edir ki, Milli Şura Rusiyanın layihəsi olmayıb, buna baxmayaraq, “iqtidara bağlı qüvvələr Ziyalılar Forumu, Milli Şura və xüsusilə yaradılmayan Rusiya Azərbaycanlıları Təşkilatları Birliyinin (Milyarderlər İttifaqı) Rusiyanın projesi olması barədə əfsanələr uydurur”. 2013-cü ildən indiyə qədər dəfələrlə demişəm və deyəcəm də, Milli Şura Milyarderlər İttifaqının üzərindən Vladimir Putinin sifarişi ilə yaradılıb.

Globalinfo.az “Bakupost.az”a istinadla xəbər verir ki, bu sözləri Avropada yaşayan jurnalist Elbəyi Həsənli qeyd edib.

O bildirib ki, nə Qərb, nə də Rusiya mətbuatı Milli Şuraya o dövrdə elə bir diqqət ayrmamışdı:

“Heç bir tərəfdə Milli Şuraya dəstəklə bağlı demək olar ki, heç bir şey yoxdur. Niyə yoxdur? Çünki Qərb İlham Əliyevə stavka etmişdi. Rusiya necə? Əslində Rusiya da İlham Əliyevdən yana idi. Sadəcə, Rusiya Milli Şura üzərindən İlham Əliyevə təzyiq edərək Azərbaycandan müəyyən güzəştlər əldə etmək istəyirdi. Və Milli Şura faktoruna söykənən Rusiya istədiklərini Azərbaycandan qopardı da…

Bu işdə pis olan nədir? Odur ki, özünü qərbyönümlü adlandıran Azərbaycanın əsas müxalifət partiyaları, xüsusilə AXCP və Müsavat utanıb-qızarmadan gedib Rusiyanın oyununda yer aldılar. Və Rusiyanın əlində Azərbaycana qarşı təzyiq vasitəsinə çevrildilər. Bu, Azərbaycana xəyanət idimi?

Birmənalı olaraq “hə” deyirəm”.

Jurnalist bildirib ki, Azərbaycan müxalifəti iqtidara gəlmək üçün yabançı qüvvələrə ona görə sığınır ki, Azərbaycanda real seçki keçirilmir, siyasi partiyalar başa düşürlər ki, seçki yolu ilə iqtidara gəlmək mümkün deyil:

“Elə bu səbəbdən də müxalifət düşünür ki, bəlkə Qərb, Rusiya və ya İran faktoru üzərindən nəsə etmək olar. Milli Şura-Rusiya əlaqəsi məhz bu düşüncənin məhsulu olaraq ortaya çıxıb. Ancaq bu həqiqəti etiraf etmək Cəmil Həsənli üçün intihar olardı. Çünki sayın professor bu məsələ qrup maraqlarından yanaşır. Mən isə məsələyə milli və dövlətçilik mövqeyindən baxıram”.

E.Həsənli AXCP-nin İran rejiminə münasibətini də tənqid edib:

“Daha betəri odur ki, AXCP İranın molla rejimi ilə xoş münasibətdə olub. Sirr deyil ki, Müsəlman Birliyi Hərəkatının həbsdə olan sədri Tale Bağırzadə ilə AXCP sədri Əli Kərimlinin son dərəcə isti münasibətləri var. Heç o da təsadüfi deyil ki, məhz Müsəlman Birliyi Hərəkatı hamını qabaqlayaraq Əli Kərimlinin həbsinə etiraz etdi.

Hamı bilir ki, Müsəlman Birliyi Hərəkatı İran İslam İnqilabını Azərbaycana ixrac etmək uğrunda mübarizə aparır. Bəxtimiz onda gətirib ki, İslam İnqilabı modeli artıq İranın özündə iflasa uğramaqdadır. Buna baxmayaraq, AXCP Müsəlman Birliyi Hərəkatından dördəlli yapışıb.

Bu yaxınlarda sayın Cəmil Həsənli mənim haqqımda yekə bir status paylaşmışdı. Və iddia etmişdi ki, mən iqtidarın qulluğunda olduğuma görə onu tənqid etmişəm.

Söhbət ondan gedirdi ki, İsrail-İran müharibəsi zamanı Cəmil Həsənli iki ayağını bir başmağa dirəyib İranın müdafiəsinə qalxmışdı. Azərbaycanın, xüsusi ilə Qərbin yaxın müttəfiqi olan İsraili lənətləmişdi. Mən də buna etiraz etmişdim. Təbii ki, hər hansı bir azərbaycanlı İranı müdafiə edə bilər. Ancaq sayın professor xüsusi siyasi statusu olan adamdır. Belə bir statusda olan adam belə məsuliyyətsiz çıxışlar edə bilməz. Ən azı mən belə fikirləşirəm”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Dekabr 2025 23:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see409

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see259

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see218

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see198

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see176

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see152

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see149

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see148

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see141

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see138

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see138

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see135

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see133

Neymar və het trik

04 Dekabr 2025 09:17see132

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see126

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see126

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see125

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see125

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri