Icma.az
close
up
RU
AXCP və Müsavatın “bağlanması” ssenarisi: siyasi səhnədə yeni mərhələ başlayır?

AXCP və Müsavatın “bağlanması” ssenarisi: siyasi səhnədə yeni mərhələ başlayır?

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Son günlər AXCP və Müsavat Partiyasının bağlanması ilə bağlı fikirlər yenidən gündəmə gəlib. İddialara görə, bu təşkilatlar və onların rəhbərləri Azərbaycanın milli maraqlarını xarici ölkələrə və beynəlxalq qurumlara satmaqda, milli təhlükəsizliyi təhdid etməkdə ittiham olunur. Müzakirələr xüsusilə “Ramiz Mehdiyev işi” kontekstində daha da aktuallaşıb.

Bəs bu partiyaların bağlanması nəyə gətirib çıxara bilər? Belə bir addım Azərbaycanın demokratik imicinə və siyasi mühitinə necə təsir göstərər?

Globalinfo.az-a danışan Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin rəhbəri Fazil Mustafanın sözlərinə görə, partiyaların fəaliyyəti, onların qadağan olunması və ya bağlanması yalnız qanunvericilikdə nəzərdə tutulan qaydalar əsasında, məhkəmə qərarı ilə həyata keçirilə bilər.

O qeyd edib ki, bunun üçün kifayət qədər əsaslı iddianamə və tutarlı hüquqi arqumentlər mövcud olmalıdır:

Fazil Mustafa

“Əgər belə bir ittiham ortaya qoyularsa, proses mütləq qanun çərçivəsində və məhkəmə qaydasında həll edilməlidir. Azərbaycan hüquq dövlətidir və bütün məsələlərə bu prinsip kontekstində yanaşmaq vacibdir. Siyasi partiyalar cəmiyyətin mühüm demokratik institutlarından biridir. Buna görə də onlara münasibətdə atılan hər bir addım qanunvericiliyin tələblərinə tam uyğun olmalıdır”.

F.Mustafa daha bir məqama toxunub:

“Hazırda konkret olaraq hansı ittihamların irəli sürüləcəyi müəyyənləşdirilməlidir. Bundan sonra məhkəmə orqanları məsələni araşdıraraq hüquqa əsaslanan qərar qəbul edə bilərlər”.

AĞ Partiya rəhbəri Tural Abbaslı isə deyib ki, hər hansı bir dövlətdə siyasi partiyaların inzibati resurslar vasitəsilə bağlanması dünya təcrübəsində müsbət qarşılanmır:

“Əgər bir partiyanın ictimai dayağı, seçici dəstəyi yoxdursa, o, onsuz da zamanla siyasi səhnədən təbii şəkildə silinir. Məsələn, Türkiyə siyasətində onlarla belə nümunə olub. Belə ki, bir vaxtlar hakimiyyətdə təmsil olunan partiyalar sonradan xalq dəstəyini itirdiklərinə görə sıradan çıxıblar. Bu baxımdan, hər hansı partiyanın inzibati üsullarla bağlanmasının tərəfdarı deyiləm”.

Tural Abbaslı

Partiya sədri onu da əlavə edib ki, “Siyasi partiyalar haqqında” qanun mövcuddur və həmin qanunun tələblərinə cavab verə bilməyən partiyaların fəaliyyəti süni şəkildə saxlanılmamalıdır:

“Eyni zamanda, iqtidar da təsir imkanlarından istifadə edib bəzi partiyaları süni şəkildə gündəmdə saxlamamalıdır. Məsələn, 5000 üzv tələbinə cavab verə bilməyən partiyalar varsa, onların fəaliyyətini süni yollarla davam etdirmək üçün addımlar atılmamalıdır. Əslində bu, təbii siyasi proses olmalıdır. Fikrimcə, Ramiz Mehdiyevin dövründə bu yanaşma fərqli idi. Belə ki, o, özünə yaxın hesab etdiyi partiyaları süni şəkildə önə çıxarır, onlara “siyasi nəfəs” verirdi. Həmin partiyalar süni şəkildə şişirdilərək, sanki Azərbaycanın siyasi səhnəsində əsas oyunçular kimi təqdim olunurdular. Bu gün isə belə bir yanaşmaya ehtiyac yoxdur”.

Tural Abbaslı deyib ki, hazırkı hakimiyyət nümayəndələri hansısa partiyalara süni dəstək verməməlidirlər:

“Əgər belə müdaxilələr olmazsa, sağlam siyasi rəqabət formalaşacaq. Sağlam rəqabət şəraitində də yalnız real sosial dayağı və siyasi potensialı olan partiyalar ayaqda qala biləcək, digərləri isə təbii şəkildə siyasi səhnədən çəkiləcək. Yəni əsas məqsəd partiyaları inzibati yolla bağlamaq deyil, demokratik və ədalətli siyasi mühit yaratmaqdır. Ən düzgün yol sağlam, rəqabətə açıq və təbii siyasi mühitin formalaşdırılmasıdır”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 01 Noyabr 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see525

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see248

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see240

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see240

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see228

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see225

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see223

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see222

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see212

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see207

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see204

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see201

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see199

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see193

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see173

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see170

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see169

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see168

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see166

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri