Icma.az
close
up
RU
Axəltəkə atları türkmən ruhunun qanadı

Axəltəkə atları türkmən ruhunun qanadı

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

“Dünyanın ən gözəl, yaraşıqlı atlarıdır Axaltəkə atları!”. Bu sözləri mənə hələ Moskvada təhsil alarkən tələbəlik illərindən dostluq etdiyim, hazırda qardaş ölkənin tanınmış yazıçılarından olan Akməhəmməd Həmidov söyləyib. O, hər dəfə bu mövzuda danışarkən sinəsi qabarır, bir qədər də coşurdu.

Sonrakı illərdə digər türkmən dostlarımla bu mövzuda söhbət edəndə hiss edirdim ki, onların hər birinin qəlbində Axaltəkə atlarına dərin sevgi kök atıb. Çox təəssüf edirəm ki, Axaltəkə atlarını həyatda görməmişəm. Televiziya verilişlərindən, rəngli, qlamur jurnalların səhifələrindən aldığım vizual təəssürat budur ki, onlar həqiqətən, tərifə layiqdirlər!

Axaltəkə atları barədə çox deyilib, yazılıb, üstün məziyyətləri haqqında dəyərli mülahizələr söylənilib. Məlum olan budur ki, Axaltəkə hündürboylu, ensiz bədənli, incə sümüklü atdır. Dik duruşu, gözəl qaçışı var. Mütəxəssislərin fikrincə, bu, köçəri Təkə türkmən tayfası tərəfindən yaradılmış at cinsidir.

Alimlər hesab edirlər ki, Axaltəkə at cinsinin əmələ gəlməsində Türkmənistanın isti iqlimi, bu iqlimə uyğun kasad bitki örtüyü, susuz səhra şəraiti, eləcə də bu xalqın keçmişdəki köçəri həyat tərzi mühüm rol oynayıb. Bu atlar səhra şəraitində azca su içməklə belə uzaq məsafələri qət edə bilirlər.

Qeyd etməyə dəyər ki, Axaltəkə atları məğrur qaməti, sürətli qaşışı, dözümlülüyü ilə qədim dünyanın ən böyük sərkərdələrindən Makedoniyalı İsgəndərin, orta əsrlərin məşhur italyan səyyahı Marko Polonun, böyük fateh Əmir Teymurun və digərlərinin diqqətini özünə cəlb edib. Barəsində səxavətlə tərifli sözlər söyləyiblər. Türkmən folklorunda, poeziyasında onları vəsf edən şeirlərin, qoşmaların sayı-hesabı yoxdur. Müasir türkmən ədəbi dilinin və poeziyasının banisi, böyük türkmən şairi Məhtumqulu Fəraqi də xalqının qürur mənbəyi olan Axaltəkədən çox ilhamlanıb.

Köçəri Təkə türkmən tayfaları qərinələr, əsrlər boyu milli sərvətləri hesab elədikləri təmiz cinsli Axaltəkənin başqa at cinsləri ilə qarışmasına yol verməyiblər. Türkmənlər bizim kimi fəxrlə şəstlə deyirlər ki, at igidin yaraşığıdır. Türkmən igidləri el-obanı, Vətəni müdafiə etmək üçün ağır savaşlara gedəndə, Axaltəkə atları onların ən yaxın, etibarlı köməkçiləri olublar.

Yadımdadır, yuxarıda adını çəkdiyim dostum A.Həmidov həmçinin deyərdi ki, Axaltəkə atlarına olan dərin sevgi türkmələrin qanına işləyib: “Bizim türkmənlər, necə deyərlər, anadangəlmə at sürəndilər, onlarda atlara böyük maraq hələ uşaqlıqdan yaranır. Bizim xalqın belə bir deyimi də var: “At türkmən ailəsinin bir üzvüdür”.

Türkmənistan əhali arasında bir rəvayət də geniş yayılıb: “Nebitdağ dağlarında bir çeşmə var. Hər dəfə ilxı bu çeşmədən su içməyə gələndə qeyri–adi bir at peyda olurdu. Bir müddət sonra atların iri, şux qamətli dayçaları oldu. Türkmənlər bu dayçaları yəhərləyib təlim keçməyə başlayanda gördülər ki, göylərdən yerə enmiş bu dayçalar sanki qaçmırlar, yerlə göy arasında süzürlər”.

Məlumat üçün onu da bildirək ki, Türkmənistanda hələ sovet dönəmində Axaltəkə atçılıq zavodu yaradılıb. Axaltəkə atlarının şanı, şöhrəti bütün dünyaya yayılıb. 1992-ci ildən başlayaraq hər il aprelin sonuncu istirahət günü qardaş ölkədə “Türkmən atının bayramı” keçirilir. 2011-ci il aprelin 22-də Aşqabad şəhərində “Türkmən atı və atçılıq sənəti” adlı III Beynəlxalq elmi konfrans təşkil edilib.

Mərkəzi Asiyada tarixən məskunlaşan digər türk xalqları, xüsusilə qazax və qırğızlar da türkmən və özbəklər kimi, gözəl atlar bəsləyib onları ucsuz-bucaqsız çöl-biyabanlarda çapmağa böyük maraq göstərirlər. Bu səbəbdən son illər regionda atçılıq idmanı geniş yayılıb və əhali arasında çox populyardır.

Məsaim ABDULLAYEV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Oktyabr 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see601

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see423

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see301

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see291

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see273

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see263

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see260

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see238

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see215

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see208

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see207

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see200

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see191

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see188

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see184

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see179

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see168

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see168

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri