Icma.az
close
up
RU
FİF in icraçı direktoru: Cənub bölgəsində futbol infrastrukturu qənaətbəxş deyil

FİF in icraçı direktoru: Cənub bölgəsində futbol infrastrukturu qənaətbəxş deyil

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 8 dekabr, AZƏRTAC

Bu, Azərbaycanın bölgələrinə dördüncü səfərimiz idi. Daha əvvəl Qərb, Şimal-Qərb və Şimal zonalarına səfərlərimiz olub.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Futbolun İnkişaf Fondunun (FİF) icraçı direktoru Tural Piriyev deyib.

Onun sözlərinə görə, cənub bölgəsində futbol infrastrukturu qənaətbəxş deyil: “Hazırda o zonanı Premyer Liqa, I və II Liqalarda təmsil edən komandalar yoxdur. Bildiyiniz kimi, FİF olaraq, sadaladığım çempionatlarda çıxış edən region komandaları ilə yaxından işləyirik. Cənubda olan bəzi klublarla əvvəlcədən tanışlığımız var idi. Hazırda əlimizdə olan resuslar sırf Region Liqası təmsilçilərinə dəstək verməyə çatır. Həmin bölgənin I Liqada son təmsilçisi “Lerik” ev oyunlarını Lənkəran Olimpiya İdman Kompleksində (OİK) keçirirdi. Bu, həm azarkeşlər, həm də klub üçün çətindir. Rəhbərlik insanları klubun ətrafına yığa bilmir. Lənkəran OİK də minimal şərtlərə cavab verir. Drenaj sistemi zəifdir, yağış yağanda stadionda gölməçələr əmələ gəlir. Cənub bölgəsi üzrə ən yaxşı arena “Xəzər-Lənkəran”ın ev oyunlarını keçirdiyi stadion idi. Lakin oranın da təmirə ehtiyacı var. Səhv etmirəmsə, Biləsuvar OİK-in tərkibində olan stadionda da futbol oynanılmayıb. Bununla bağlı bizə məlumat verildi. Ümumi götürsək, hansınısa fərqləndirmək olmur. Hər birində ciddi işlər görülməlidir”.

T. Piriyev AFFA-nın İnkişaf Strategiyası çərçivəsində regional inkişaf mərkəzlərinin yaradılmasının nəzərdə tutulduğunu vurğulayıb: “Lakin bu məsələ AFFA ilə bağlı olduğu üçün məlumat verə bilmərəm. Cənub bölgəsinə səfər tanışlıq xarakteri daşıyırdı. Bir səfərlə yeniliyin olacağı gözlənilimir. Son qərara kimi baxışlar olacaq”.

O, FİF-in 2025-2028-ci illər üçün İnkişaf Strategiyasının AFFA-nın inkişaf planı əsasında hazırlandığını söyləyib: “Biz də region klublarına dəstəyimizi davam etdirirk. Kadrların yetişdirilməsi, təhsil layihələri və klubların dayanıqlılığını təmin etməyi hədəfləyirik. Cənub bölgəsi üzrə təklfimiz olmadı. Çünki bunun üçün həmin əraziləri Premyer Liqa, I və II Liqalarda təmsil edən komandalar olmalıdır. Bu halda sponsor olmaq istəyən şirkətləri oraya yönəldəcəyik”.

Qeyd edək ki, AFFA-nın cənub bölgəsinə səfəri Biləsuvar və Cəlilabaddan başlayıb. Qurum rəsmiləri orada Olimpiya İdman komplekslərini və yerli stadionları yoxlayaraq, mövcud şərait və inkişaf imkanları barədə məlumat alıblar.

Daha sonra Lənkəran Olimpiya İdman Kompleksinə baş çəkilib. AFFA nümayəndələri Kütləvi Futbol Turniri çərçivəsində uşaqlar arasında Beynəlxalq Futbol Gününə həsr olunmuş yarışı izləyiblər. AFFA tərəfindən iştirakçılara futbol topları və formalar hədiyyə olunub. Səfər zamanı müxtəlif qurum və yerli nümayəndələrlə bir sıra görüşlər keçirilib.

Cənub turu Ərkivan qəsəbə stadionu və Masallıda yerləşən Anatoli Banişevski adına stadionda aparılan baxışlarla davam edib.

Səfərin sonunda AFFA rəsmiləri Salyan Olimpiya İdman Kompleksində mövcud infrastrukturla tanış olublar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Dekabr 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri