Axtarışda olan hindistanlı Bakıda saxlanıldı
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dehlidə bir sıra cinayətlər törətməkdə təqsirləndirilən Rəşid Kablevala adlı şəxs Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı “Times of India” portalı yayıb.
Bildirilib ki, axtarışda olan Kablevala İstanbuldan Bakıya gələrkən saxlanılaraq Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına təhvil verilib.
Onun saxlanılmasına səbəb kimi isə səyahət sənədlərində uyğunsuzluqların olması göstərilib.
Məlumata əsasən, Hindistanın müvafiq qurumları hazırda Kablevalanın ölkəyə qaytarılması istiqamətində çalışırlar.
Həmçinin qeyd olunub ki, həmin şəxsin Bakıda həbs edilib-edilmədiyi, yaxud nəzarət altında saxlanıldığı məlum deyil.

