Zelenski mediaya məhdudiyyət qoydu
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin kritik infrastruktur obyektlərinə edilən hücumların nəticələri və həmin obyektlərin bərpa müddətləri barədə məlumatların mediada dərc olunmasının qadağan edilməsi ilə bağlı göstəriş verib.
Moderator.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Zelenski noyabrın 28-də Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) müvafiq qərarını qüvvəyə mindirən fərman imzalayıb.
Fərmana əsasən, Nazirlər Kabineti kritik infrastruktur obyektlərinə dəymiş ziyan, onların bərpa müddətləri, eləcə də enerji və əhalinin həyat təminatı sahələrindəki obyektlərdə mühafizə qurğularının tikintisinin mərhələləri və gedişi barədə məlumatların mediada işıqlandırılmasının qadağan edilməsi üçün təcili tədbirlər görməlidir.
Qeyd edək ki, qərar 2026/2027-ci illərin istilik mövsümündə kritik infrastruktur obyektlərinin mühafizəsinin gücləndirilməsini nəzərdə tutur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 28 Noyabr 2026 22:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















