Axtarışda olan narkokuryer həbs edildi
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Şirvan şəhərində polisin keçirdiyi tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə axtarışda olan İ.Rüstəmov saxlanılıb.
Avtosfer.az-ın məlumatına görə, adıçəkilən şəxs bir müddət əvvəl tanışı A.Şərifovla birlikdə iranlı narkotacirlə cinayət əlaqəsinə girərək satış məqsədi ilə ondan 4 kiloqramdan artıq narkotik vasitə və narkotik tərkibli metadon həbləri əldə edib.
Narkotacirin Şirvan şəhəri ərazisində qabaqcadan gizlətdiyi narkotik vasitələri götürən zaman isə A.Şərifov polis tərəfindən saxlanılıb və məhkəmənin qərarı ilə 9 il müddətə azadlıqdan məhrum edilib. Qrupun digər üzvü İ.Rüstəmov isə hadisə vaxtı ərazidən qaçıb və barəsində axtarış elan olunub.
Faktla bağlı başlanılan cinayət işi üzrə istintaq hərəkətləri davam edir, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 27 Noyabr 2026 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















