Axtarışda olan Tacikistan vətəndaşı ölkəsinə təhvil verildi
Icma.az, Modern.az saytına istinadən bildirir.
Tacikistanda ekstremist fəaliyyətlə məşğul olan qadağan edilmiş təşkilatın fəaliyyətində iştirak etməkdə təqsirləndirilərək, dövlətlərarası axtarışa verilmiş 1999-cu il təvəllüdlü Tacikistan vətəndaşı Saddam Romişoviç Mirzoyevin cinayət məsuliyyətinə cəlb olunması üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycanın Baş Prokurorluğu tərəfindən təmin edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, S. R. Mirzoyev cari il mart ayında Azərbaycanda müəyyən olunaraq saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.
"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 2002-ci il 7 oktyabrın tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Tacikistanın səlahiyyətli orqanına təhvil verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 28 İyul 2025 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















