Axundla qaçan 16 yaşlı qızla bağlı son xəbər: Ailəsi… RƏSMİ KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində axundun 16 yaşlı qızı qaçırması cəmiyyətdə birmənalı qarşılanmayıb. Belə ki, sözügedən hadisə ilə bağlı bir sıra suallar hələ də qaranlıq qalır.
Bu məsələ dövlət səviyyəsində araşdırılırmı? İş nə yerdədir?
KONKRET.az xəbər verir ki, globalinfo.az bununla əlaqəli Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə sorğu ünvanlayıb.
Bildirilib ki, hazırda hüquq-mühafizə orqanlarında araşdırmalar davam edir:
“Məsələ barəsində Abşeron rayon İcra Hakimiyyəti qadının ailəsini ziyarət edib və qızla bağlı iş aparılıb. Ailə Məcəlləsinə görə, hazırda nikah yaşı 18 yaş müəyyənləşdirilib, həmçinin 2025-ci ilin 1 iyul tarixindən qüvvəyə minəcək dəyişikliyə əsasən, nikah yaşının 1 yaş azaldılması mümkün olmayacaq.
Bundan əlavə, digər hüquqi aktlarda da bu sahədə dəyişikliklər nəzərdə tutulub. Axund kimi fəaliyyət göstərmiş şəxslə bağlı həyata keçiriləcək tədbir isə aparılan araşdırma sonrası müəyyən edilə bilər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 23 İyun 2025 11:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















