Icma.az
close
up
RU
Axundovanın həbsdən qanunsuz azad olunan yaxın adamının türməyə qaytarılması tələb olunur 8 milyonluq cinayət

Axundovanın həbsdən qanunsuz azad olunan yaxın adamının türməyə qaytarılması tələb olunur 8 milyonluq cinayət

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


Keçmiş deputat Elmira Axundovanın yaxın adamı, 3 il Moskvada qaçaq həyatı yaşamış, sonda dələduzluğa görə məhkum olunmuş Elnur İbrahimovun yenidən türməyə qaytarılması tələb olunur.

Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, İbrahimovun işi üzrə zərərçəkmişlər Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, onun azadlığına yol açan qərardan şikayət vermə müddətinin bərpa olunmasını istəyiblər. İşə hakim Zəfər Əhmədovun sədrliyi ilə oktyabrın 28-də baxılacaq.

Elnur İbrahimov 31 yanvar 2019-cu ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinərək, 9 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Məhkəmədə zərərçəkmişlər bildiriblər ki, 8 milyon manat vəsait dələduzluq yolu ilə ələ keçirilib və pulları o zaman deputat olan Elmira Axundovanın oğlu Həbib Axundova verdiklərini təsdiqləyiblər. Məhkəməyə Həbib Axundovla bağlanan müqavilələr, həmçinin Elmira Axundovanın səs yazıları təqdim olunub.

Məhkəmə, zərərçəkmiş Fərman Məmmədovun 350 min manatlıq mülki iddiasını da təmin edib. Çıxarılan hökmlə Elnur İbrahimov həbsə göndərilib. Lakin məhkəməyə təqdim olunan Axundovlarla bağlı sənədlər və səs yazılarına hüquqi qiymət verilməyib.

Elnur İbrahimov cəzaçəkmə müəssisəsində olduğu müddətdə yeganə mülki iddia üzrə 1 manat belə ödəniş etməyib. Bunun əvəzində, iş üzrə mülki iddiaçı olmayan keçmiş deputat Elmira Axundovanın oğlu Həbib Axundova 55 min manat pul ödəyib.

6 saylı Cəzaçəkmə Müəssisəsində olduğu günlərdə Sabunçu İcra Şöbəsi Elnur İbrahimovun vurduğu ziyanın ödənilməsini təmin etməyib, o isə Fərman Məmmədova vurduğu zərəri ödəməkdən yayınmaqda davam edib və edir. Buna baxmayaraq, 6 saylı müəssisə onun islah olunduğunu sübut etmək üçün formal mülahizə hazırlayıb. Həmin mülahizədə Elnur İbrahimovun “yatağını səliqəli saxlaması”, “şəxsi gigiyena qaydalarına riayət etməsi” və “iki dəfə təşəkkür alması” qeyd olunub.

Amma maraqlıdır, bu təşəkkürlərin səbəbi nədir?

Birinci təşəkkür 26 may 2018-ci ildə verilib – o zaman Elnur İbrahimov hələ 6 saylı müəssisədə deyildi, təqsirləndirilən şəxs statusunda idi.

İkinci təşəkkür 15 aprel 2024-cü ildə verilib. Bu tarixlərin absurdluğu açıq-aşkardır: təşəkkür və təqdirin heç bir hüquqi əhəmiyyəti yoxdur, amma Nizami Rayon Məhkəməsinin hakimi bunu islah sübutu kimi qəbul edib.

Böyük biabırçılığa Nizami Rayon Məhkəməsinin hakimi Nigar Qədirli imza atıb.

Nəticədə, formal sənədlər və rəqəmlərlə Elnur İbrahimov cəzasının 1 il 2 ay 16 gününü məntəqə tipli müəssisədə keçirməklə faktiki olaraq cəzadan azad olunub.

Nizami Rayon Məhkəməsində Elnur İbrahimovu cəzadan azad edən qərar qəbul edilərkən bu barədə nə zərərçəkmişlərə, nə də mülki iddiaçıya xəbər verilib. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi və Cinayət-Prosessual Məcəllənin müvafiq müddəaları açıq şəkildə göstərir ki, məhkumun cəzasının yüngülləşdirilməsi və ya müəssisə növünün dəyişdirilməsi zamanı zərərçəkmişlərin mövqeyi nəzərə alınmalıdır. Amma bu, edilməyib. Məhkəmə qərarı açıq qanun pozuntuları ilə qəbul olunub.

Bəs bu qanunsuz qərarın arxasında kimlər dayanır?

6 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Fariz Əliyev, onun tərbiyə işləri şöbəsinin böyük inspektoru Ziyadxan Eminov və rəis müavini Elçin İlyasov – məhkum Elnur İbrahimovun “dişlərini yumasına valeh olan” məmurlardır. Onlar yalnız formal mülahizəyə istinad edərək Elnur İbrahimovun “islahını” təsdiqləyiblər.

Baş Prokurorluğun prokuroru etiraz etsə də, qərardan protest verməyib. Nizami Rayon Məhkəməsi videokonfrans vasitəsilə qərarı qəbul edib, amma bunun qanuni əsası göstərilməyib.

Heç o da nəzərə alınmayıb ki, Elnur İbrahimov 3 iyul 2014-cü ildə ölkədən qaçıb, yalnız zərərçəkmişlərin ardıcıl şikayətlərindən sonra, 2016-cı ilin noyabrında Moskvada tutulub və Azərbaycana ekstradisiya olunaraq cəzasına çatdırılıb.

Üstəlik, 20 iyun 2022-ci ildə onun əfv üçün müraciəti rədd edilib.

Bütün bu mənfi faktlara baxmayaraq, 6 saylı müəssisənin formal “mülahizəsi” əsas götürülüb və nəticədə o, faktiki olaraq 1 il 3 ay azadlıqdan yayınıb.

Elnur İbrahimovun “islahı” yalnız yatağını səliqəli saxlaması, şəxsi gigiyena qaydalarına riayət etməsi və formal təşəkkürlərlə “sübut” edilir. 350 min manatlıq külli miqdarda ziyanın ödənilməsi isə hələ də təmin olunmayıb.

Bu hadisə, Azərbaycanda hüquq sistemində korrupsiya, formalizm və zərərçəkmişlərin hüquqlarının görməzdən gəlinməsinin növbəti nümunəsidir.

Elnur İbrahimovun azad edilməsinə yol açan məhkəmə qərarı qanunvericiliyə zidd olaraq qəbul olunub, zərərçəkmişlərin mövqeyi nəzərə alınmayıb, qərarın əsaslandırılması isə yalnız formal sənədlərə söykənib.

Qısası, kağız üzərində ədalət mövcuddur, real həyatda isə zərərçəkmişlər hələ də hüquqlarını bərpa edə bilmirlər.

Azərbaycan məhkəməsi isə haqqı pozulan, pulu dələduzluqla ələ keçirilən vətəndaşın deyil, dələduzun tərəfində dayanmağa üstünlük verir.

Ölkədə dələduzluğun çiçəklənməsində məhkəmələrin bir çox hakimlərinin, artıq hakimlikdən uzaqlaşdırılmış Nigar Qədirlinin rolu var.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 26 Oktyabr 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see248

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see188

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see176

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see145

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri