Icma.az
close
up
RU
Ay alan, uşaq satıram!

Ay alan, uşaq satıram!

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Lalə Mehralı

Klinikaların folekul və sperma bazarı barədə çox adamın məlumatı var. Donorlardan alırlar, süni mayalanma ilə pasiyentlərə köçürürlər. Klinikalar spermanı 100 manatdan, folekulu 500-700 manatdan alırlar, pasiyentlərinə 5-6 minə satırlar. Bu proses illərdir var, pula ehtiyacı olan gənclər bu yolla rahat pul qazanır. Səbəb olduqları fəlakətin böyüklüyünü bilmədən. Savadsızlıq o həddədir ki, satdığı folekuldan, spermdən doğulacaq uşağın doğma övladı olacağını anlamır. Folekulunu satan qadın, spermasını 50-100 manata peşkəş edən gənclər yalnız alacağı məbləği düşünür, gələcəyi götür-qoy etmir.

Bu işlə məşhur olan həkimlərin sosial şəbəkədəki reklamlarında qadınlara 10 gün ərzində 500-800 manat qarşılığında folekul donor olmaq təklif edilir. Hətta bunun üçün açıq şəkildə donorluğa uyğun olan kriteriyalar da göstərilir. Yəni ailə klinikaya gəlir, ya ataya, ya da anaya oxşar bir donordan folekul, ya da sperm götürülməsini tələb edir, bunun müqabilində böyük məbləğdə pul ödəyir. Həkim də çıxır pasiyentlərinə oxşayan donor ovuna. Doğulacaq uşaq valideynlərdən birinə bənzəməlidir ki, ətrafı süni mayalanma zamanı donordan istifadə edildiyini düşünməsin.

Bu yumurta hüceyrələri alveri ilə daha çox instaqramda məşğul olurlar. Qadın səhifələrində pusquya yatan həkimlər və ya asisentləri qəpik-quruşa əldə etdikləri yumurtaları sonsuzluq problemi olan qadınlara 4 və ya 5 qat baha qiymətə satır. Səhifələr bu işin qanuni olduğunu bildirirlər. Ancaq əslində bu, insan alverinin bir forması sayılır. Yəni qanunlarımız ödənişli donorluğu qadağan edir.

Qanun donor olmağa könüllü və pulsuz şəkildə olması halında icazə verir. Folekul və sperm donorluğu isə 1 dəfədən çox olmamaq şərti ilə həyata keçirilməlidir. Folekulların köçürülməsi süni mayalanma deməkdir, süni mayalanma xidmətinin reklam olunması, paylaşılması isə reklam haqqında qanunvericiliyə görə qadağandır.

Folekul+sperma satan nə bilir sabah evdəki övladı ilə süni mayalamadan doğulan övladının yolları kəsişməyəcək? Hardan əmindir ki, iki övladı gələcəkdə evlənməyəcək? Bunun ki qarantı yoxdur? Yaxın gələcəkdə bacı-qardaş evliliyi qaçılmaz olacaq. Bu işlərə çoxdan əl atmış həkimlərin sayəsində bəlkə də artıq bu baş verib, xəbərimiz yoxdur.

Bu işlə məşğul olan klinikalar donorlara heç bir zərəri olmadığını, təhlükəsiz təbii prosedur olduğunu deyirlər. Amma aldadırlar. Əgər folekul satmağa qərar versəniz sizə onun yetişməsini sürətləndirəcək hormonal iynələr vurulacaq. Çünki bu işlə məşğul olan həkimlər 1 folekulla kifayətlənmirlər, işdir, əgər birdən mayalanma getməsə ödənilən pul boşa getməsin deyə ehtiyat folekullar götürülür. Donora vurulacaq hormonal iynələrlə ən azı 2-3, bəzən daha çox folekul yetişir. Yəni sizə 1 folekul götürüləcəyini deyib müqabilində 500-700 manat ödəyib əslində 3-5, bəlkə də daha çox folekul götürürlər. Həmin an qadın dərmanla yatırdılmış olur və prosesdən xəbəri olmur. Əldə edilən hər folekulu ayrı-ayrı pasiyentə satırlar, qaz vurub qazan doldururlar. Nəticədə, bir qadın 10 gün ərzində 2-5 uşaq sahibi olmuş olur. Bir fərq var ki, uşaqlar özünün olsa da, başqa qadının bədənində böyüyür. Eynilə surroqat anada olduğu kimi...

Bəzən iddia edilir ki, indi əksər qadınlar övladı olmadığı halda stimulasiya edir. Bu prosedurun zərərli olmadığını, folekul donorluğunun da buna bənzər olduğunu iddia edən həkimlər bu yolla çoxlu donor tora salır. Doğrudur, stimulasiya da zərərli prosedurdur, lakin nəticəsində övladını satmırsan və sağlamlığına zərər gəlsə belə bu prosesdən sonra doğulan övladın yanında olur. Lakin folekul donoru olduğunuz halda sizə bərpası mümkün olmayan fiziki zərər verəcəklər və bunun qarşılığında çox az məbləğ təklif edəcəklər.

Eyni təbliğat kişilər arasında da aparılır. Sağlam kişilərin spermi pul qarşılığında alınır və süni mayalanma üçün müraciət edən pasiyentlərə təklif edilir. Bir fərq var ki, qadınlara folekulu yetişdirmək üçün hormonal iynələr vurulur, kişilərdə isə bu iynələrə ehtiyac olmur. Bu yolla özünə asan gəlir yeri tapan işsiz gənclər var. Fərqində deyillər ki özlərindən xəbərsiz saysız uşaq sahibi ola bilərlər və yaxud artıq olublar.

Dediyim kimi, qanunla bu prosedur ölkəmizdə qadağandır. Lakin bağlı qapılar arxasında baş verənlərdən xəbərimiz yoxdur. Əgər bunlar real olmasaydı, bu həkimlər sosial şəbəkələrdə donor ovuna çıxmazdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:477
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 İyun 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see313

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see288

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see272

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see267

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see237

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see230

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see221

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see216

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see211

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see195

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see195

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see192

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see190

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see187

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see185

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see184

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see173

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see170

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see170

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri