Icma.az
close
up
RU
“Ay ərzində nəqliyyat və nahar pulu belə 400 manatdan çox olur” ŞƏRH

“Ay ərzində nəqliyyat və nahar pulu belə 400 manatdan çox olur” ŞƏRH

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin plenar iclasında 2026-cı il dövlət büdcəsinin müzakirəsi zamanı bildirib ki, biz minimum əməkhaqqının mütəmadi olaraq artırılmasını təmin edirik.

“Ötən müddət ərzində biz bunun 3.1 dəfə artırılmasına nail olmuşuq. Artıq minimum əməkhaqqını 400 manata çatdıra bilmişik. Biz bu islahata başlayanda minimum əməkhaqqın məbləği 130 manat idi”, – deyə nazir bildirib.

Gununsesi.info bildirir ki, iqtisadçı-ekspert Natiq Cəfərli məsələyə belə reaksiya verib:

“2018-ci ilin yanvarın 1-də ölkədə minimum əmək haqqı 130 manat idi, bəli, indi 400 manatdır. Bəs yaxşı inflyasiya, yəni, rəsmi rəqəmlər necə dəyişib?

2018-ci ildə 2,3%, 2019-cu il 2,6%, 2020-ci il 2,8%, 2021-ci il 6,7%, 2022-ci il 13,9%, 2023-cü il 8,8%, 2024-cü il 4,9%, bu il isə hələlik 6% civarındadır.

Yaxşı, 2018-ci ildə ət neçəyə idi – kilosu 10-11 manat, indi neçəyədi – 20 manat civarında. 2018-ci ildə yağ neçəyə idi – 14-15 manat, indi neçəyədi – 22-25 manat arası.

Kommunal xidmətlər, nəqliyyatda gediş haqqı, ərzaq və dərman qiymətləri 2018-dən bəri nə qədər artıb?! Hüquqşünas nazir nədən müqaisəni yarımçıq aparıb?!

Minimum əmək haqqının artmasından əziyyət çəkən, bəli-bəli, əziyyət çəkən yüzminlərlə insan var – VÖEN-lə çalışanlara böyük yük düşür. 2018-ci ildə minimum əmək haqqı 130 manat olanda VÖEN-lə çalışanlar DSMF-yə 32 manat 50 qəpik ödəyirdilər, indi 400 manat olub, DSMF-yə 100 manat, özü də, ayda nə qədər dövriyyən olur-olsun, yenə də 100 manat ödəməli olursan”.

Natiq Cəfərli bildirib ki, hökumətin hüquqşünaslardan ibarət iqtisadi komandasına dəfələrlə müraciət ediblər və publik çıxışlarında qanunvericilikdə VÖEN-lə çalışanların DSMF ödənişlərinin minimum əmək haqqına bağlılığının aradan qaldırılması üçün Milli Məclisə təklif verilməsini tələb etmişlər, lakin bu addım atılmayıb:

“Bu bağın, o cümlənin qalması kiçik sahibkarlara əlavə yükdür, sabah, məsələn, mimimum əmək haqqı, lap elə 800 manat oldu, o zaman hər ay 200 manat ödəmi olacaqlar axı, bu ədalətsiz və məntiqsiz yanaşmadır.

Onu da deyim ki, mimimum əmək haqqı məsələsi formal göstəricidir, 400 manat olması nəyə təsir edir ki?! Hə, dövlət-özəl bu rəqəmdən aşağı maaş verə bilməz (əslində verir, yarımştat rəsmiləçdirərək), amma, indi bəyən 400 manata işləməyə (Bakı və Abşeronda, böyük şəhərlərdə) kim razı olar ki?! Ay ərzində nəqliyyat və nahar pulu belə 400 manatdan çox olur”.

Afət

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 04 Dekabr 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri