Icma.az
close
up
RU
Ay və Marsdan gətirilən torpağa çay əkdilər HANSINDA MÜMKÜN OLDU?

Ay və Marsdan gətirilən torpağa çay əkdilər HANSINDA MÜMKÜN OLDU?

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-ın Kentuki Universitetinin alimləri sübut ediblər ki, çayı Ay torpağını imitasiya edən mühitdə yetişdirmək olar.
Bizim.Media xəbər verir ki, təcrübə Böyük Britaniyanın “Dartmoor Tea” plantasiyası, “Lightcurve Films” studiyası və “Europlanet” təşkilatı ilə birgə aparılıb. Alimlər bu kəşf haqqında “Space Agriculture Workshop” (SAW) konfransında məlumat veriblər.
Bitkilər “ay” və “Mars” torpaq analoqlarında əkilib, nəticələr isə Devon bölgəsindən gətirilmiş adi torpaqda böyüyən nəzarət qrupu ilə müqayisə olunub. Temperatur, işıqlandırma və rütubət şərtləri kosmosdakı şəraitə uyğun seçilib.
Nəticə gözlənilməz olub. “Ay” torpağında çay kolları kök atıb və nəzarət qrupundakı kimi normal inkişaf edib, amma “Mars” torpağında bitkilər məhv olub.
 

“Bu təcrübələr göstərir ki, dünyada yetişən kənd təsərrüfatı bitkilərini, o cümlədən çayı, Ay istixanalarında yetişdirmək mümkündür. Bu isə gələcək koloniyaçıları təravətli qida və hətta ənənəvi Britaniya “çay fasiləsi” ilə təmin edə bilər”, – deyə tədqiqatın rəhbəri professor Naycel Meyson bildirib.


Alimlər vurğulayırlar ki, araşdırmalar təkcə gələcək Ay bazaları üçün deyil, Yer üçün də əhəmiyyətlidir. Nəticələr bitkilərin əlverişsiz şəraitdə necə sağ qaldığını, iqlim dəyişikliyi və torpaqların münbitsizliyindən əziyyət çəkən zəifləmiş kökləri necə canlandırıla biləcəyini daha yaxşı anlamağa kömək edəcək.
“Biz ilk addımı atdıq və sübut etdik ki, çayı Ay torpağında yetişdirmək mümkündür. Növbəti addım bu şəraitdə bitkilərin fiziologiyasını öyrənmək, onların inkişafını yaxşılaşdırmaq və bu təcrübəni digər bitkilərə də tətbiq etməkdir”, – deyə doktor Sara Lopes-Qomolyon əlavə edib. (Azerbaycan.24)
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://bizim.media
archiveBu xəbər 23 Sentyabr 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri