Ayağına mismar batan gənc ağır xəstəliyə tutuldu Köməyə ehtiyacı var
Medicina portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakıda ayağına mismar batan gənc tetanus xəstəliyinə tutulub.
Medicina.az xəbər verir ki, bununla bağlı jurnalist Rumiyyə Miraslan paylaşım edib.
O, hər kəsdən gəncə kömək etmələrini xahiş edib:
"Şəkildə gördüyünüz bu oğlan Rəhman Rəhmanlıdır, 25 yaşı var, 15 gündür ki, Baku Medical Plaza Xəstəxanasında ölüm-dirim savaşı aparır. Səbəb nədir? Ayağına paslı mismar batıb, “Sabunçu” xəstəxanasında pasa qarşı iynə vurdursa da, 1 həftə sonra qıcolmaları başlayıb və tetanus xəstəliyinə yoluxduğu məlum olub. 15 gündür ağır komadadı, müalicəsi dayansa, həyatla vidalaşacaq. Kasıb ailənin uşağıdır, BMP özəl xəstəxana olduğu üçün ailənin artıq maddi imkanı yoxdur müalicəni davam etdirməyə, hər gün 3 min manata qədər vəsait tələb olunur. Kimin imkanı çatırsa, Rəhmana dəstək olmağınızı xahiş edirəm????????
Kart nömrəsi: 4169 7388 6531 1041 - O.C".

Aygün
Medicina.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 06 İyun 2026 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















