Icma.az
close
up
RU
Müharibə veteranı nadir xəstəliyə tutulub Köməyə ehtiyacı var

Müharibə veteranı nadir xəstəliyə tutulub Köməyə ehtiyacı var

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Tərtər-Ağdərə istiqamətində döyüşlərin iştirakçısı olmuş Nurlan Qasımovun səhhətində ciddi problemlər yaranıb.

Bu barədə Modern.az-a onun atası Gündüz Qasımov məlumat verib.

Məlumata görə, Nurlan Qasımov nadir rast gəlinən və dünyada cəmi 1 faiz insanda aşkarlanan reqneqramozoit infeksiyasına yoluxub.

Onun səhhəti ötən ilin sentyabrın 24-də qəfil pisləşib. Şiddətli öskürəkdən sonra rayondakı Referans Klinikasına aparılıb və burada müalicə alıb. Lakin bir müddət sonra vəziyyəti daha da ağırlaşıb.

Ailəsi Nurlan Qasımovu Ağciyər İnstitutuna aparıb, burada o, 45 gün müalicə olunub. Müxtəlif müayinələrdən sonra ona naməlum mənşəli reqneqramozoit infeksiyası diaqnozu qoyulub. Müalicə məqsədilə müxtəlif klinikalara müraciət olunsa da, xəstəliyin spesifikliyi səbəbindən dəqiq müalicə təyin etmək mümkün olmayıb.

Son olaraq, vəziyyəti ağırlaşan Nurlan Qasımov reanimasiya şöbəsinə yerləşdirilib. Atasının sözlərinə görə, immun sistemi tamamilə zəifləyib və o, yerindən qalxa bilmir. Müalicə prosesi çox bahalı olduğundan ailə maddi çətinliklərlə üzləşib və hazırda onun müalicəsinin davam etdirilməsi üçün dəstəyə ehtiyac var.

"Müalicə edilsə də, uşağın immuniteti 0-a endi. Məcbur  olub  Səhiyyə Nazirliyinə müraciət etdim ki,  mən veteran atasıyam, uşağımın vəziyyəti pisdir, kömək edin. Bahalı bir dərman vardı 25 ampul göndərdilər, zəngimindən sonra. O iynəni vurmaya-vurmaya uşağın günü-gündən ürək döyüntüləri  150-145 oldu. Bədənində o qədər müqavimət olmadı ki, heç yerindən qalxa bilmədi. Məcbur olub kənd camaatının köməyi ilə Demodea xəstəxanasına yerləşdirdim.  6-cı gün 6000 min manat yerləşdirdim, sonra dedilər ki, sizin 1600 manat borcunuz var. Zəng etdim oradan-buradan kənddən 2300 pul toplayıb keçirə bildim. Ancaq artıq xərcləri qarşılaya bilmirəm...”,-Gündüz Qasımov deyib.

Kapital bank hesabı: 5103071407246541

Atasının telefon nömrəsi: 0507131903

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Fevral 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see485

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see278

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see263

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see254

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see253

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see253

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see246

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see246

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see238

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see224

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see219

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see218

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see218

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see213

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see211

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see209

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see204

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see198

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see197

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri