Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

“Ayaks”ın Bakıda “holland sindromu”

“Ayaks”ın Bakıda “holland sindromu”

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sabah “Qarabağ” 10-cu xalını qazana biləcəkmi?

Sabah Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasının Liqa Mərhələsində növbəti uğurunu qazanmaq üçün ən vacib oyunlarından birini keçirəcək. Rəqib Hollandiyanın ad-sanlı klublarından sayılan “Ayaks”dır. Tofiq Bəhramov adına Respublika Stadionunda “Qarabağ” - “Ayaks” görüşü saat 21:45-də başlayacaq.

Bu oyun hazırda 7 xalla 35 klub arasında 15-ci sırada yern alan “Köhlən atlar” üçün ilk 24-lüyü təmin etmək baxımından həyatı vacib oyun kimi də qəbul olunur. Heç-heçə Ağdam klubunu qane edə bilməz, yalnız qələbə ölkə futbolunun ən böyük tarixi uğurunu qazanmaq üçün yetərlidir. 

Doğrudur, sırada hələ “Ayaks”dan sonra daha iki oyunumuz var. Bunlar alman klubu “Ayntraxt Frankfurt” və “Liverpul”la keçirəcəyimiz oyunlardır. Almanları Bakıda qəbul edəcəyik, ingilislərlə isə səfərdə oynayacağıq. Demək, bu işi sabaha qoymaz olmaz...

“Ayaks” Liqa Mərhələsində mübarizə aparan 36 klub sırasında 0 xalla sonuncu yerdə qərarlaşıb. Demək olar ki, hollandların şansları yoxdur. Bundan yararlanmaq üçün Qurban Qurbanovun yetirmələri hər şeyi etməlidir. Sırada qalan oyunlardan “Liverpul”dan səfərdə xal almaq şansları etiraf edək ki, yoxdur. “Frankfurt” oyunu isə finala bərabər oyun olacaq, hər iki tərəf üçün. Çünki almanların da ilk 24-lüyə düşmək şansları ağdamlılardan elə də az deyil. 

Bir sözlə, Avropada bütün oyunlarını Azərbaycan futbolu adına yeni yazılacaq tarixə çevirən “Qarabağ” doğma azarkeşləri önündə bu şansı əldən buraxmamalıdır. Şaxtalı-soyuq havada stadion tam olaraq dolacaq. Artıq biletlərin tükənməsi bunu deməyə əsas verir. Sözün həqiqi mənasında əsl futbol axşamı azarkeşləri gözləyir.

Tanınmış idman yazarı Natiq Muxtarlı “Yeni Müsavat”a bildirib ki, rəqibin xalı olmasa da, asan təslim olmayacaq, əksinə, Bakıda meydana qələbə üçün çıxacaq: ""Ayaks"ın pley-offa adlamaq üçün heç nəzəri şansı da yoxdur. Ekspertlər artıq bununla bağlı hesablama aparıblar və məlum olub ki, qrup mərhələsini adlamaq üçün minimum 10 xal lazım olacaq. “Ayaks” xalı olmayan yeganə komandadır və ekspertlərə görə, son 3 oyunda qalib gəlsə belə, artıq şansını itirib. Ancaq bu o demək deyil ki, “Ayaks”la oyun “Qarabağ” üçün asan olacaq. Yox, əksinə, çətin oyun gözləyirəm. 

Birincisi, “Ayaks”ın üzərində artıq heç bir təzyiq yoxdur, Bakıda çox rahat olacaqlar. Amma “Qarabağ” böyük təzyiq altındadır. “Ayaks”dan fərqli olaraq “Qarabağ”ın pley-offa adlamaq üçün böyük şansı var. Ancaq Niderland nəhənginə məğlubiyyət işi çətinləşdirə bilər. 

Ona görə də Qurban Qurbanovun komandası Bakıda “Ayaks”a qalib gəlməyi hədəfləyib. Elə azarkeşlər də bunu tələb edirlər. Bu da əlavə təzyiq yaradır.

İkincisi, “Ayaks” şansını itirsə də, ad-sanına görə Bakıda ləyaqətlə mübarizə aparacaq. Belə komandalar heç vaxt heç bir oyuna barmaqarası baxmırlar. 

Ola bilsin ki, “Ayaks”ın baş məşqçisi rotasiyaya əl atsın. Çünki indi komanda üçün əsas hədəf Niderland çempionatıdır. Amma yadda saxlamaq lazımdır ki, “Ayaks” kimi komandalarda əsas və əvəzedici heyət olmur. 

Böyük komandaların ehtiyatdan meydana çıxanları da oyun keyfiyyətini artırmağa qadirdirlər. Rotasiya olsa belə, meydana çıxanlar yüksək səviyyəli futbolçular olacaq.

“Qarabağ” necə oynamalıdır? Bütün hallarda təşvişə düşməyə ehtiyac yoxdur. Çalışıb öz oyun sxemini diktə etmək lazımdır. Topa nəzarət edərək rəqibə təzyiq göstərməli, boşluq axtarmalı, “Ayaks”ın futbolçularını səhvə məcbur etməliyik. Və bununla yanaşı, müdafiədə diqqətli olmalıyıq. Heç şübhəsiz ki, qol imkanları olacaq. Mütləq olacaq. 

Bax onlardan maksimum yararlana bilsə, “Qarabağ”ın “Ayaks”a qalib gəlməsi reallaşacaq. Bu qələbə böyük ölçüdə “Qarabağ”ın pley-offa yolunu açacaq".

İdman mütəxəssisi hesab edir ki, “Qarabağ” “Çelsi” ilə Bakıda sərf etdiyi gücdən daha artığını “Ayaks” qarşısında etməlidir: “ Məsələ niyə indi həll olunmalıdır? Çünki qarşıda iki oyun var ki, onlar artıq gələn il, 2026-cı ilin yanvarında keçiriləcək. Növbəti iki rəqib "Ayntraxt" və “Liverpul”dur. Hazırda hər ikisi yaxşı günlərini yaşamır. Ancaq yanvarda bel olmayacaq. Söhbət  “böyük beşlik” ölkələrinin komandalarından gedir. Onlar gələn yanvara qədər krizisdən çıxacaqlar. Ona görə də “Qarabağ”ın da, azarkeşlərin də rahat olması üçün “Ayaks”dan 3 xal almaq lazımdır. Amma dediyim kimi, “Ayaks” 3 xalı bizə hədiyyə etməyəcək. Bəlkə də bu oyunda “Çelsi” ilə qarşılaşmada sərf ediləndən də artıq güc sərf etmək lazım olacaq. Minimum səhv, maksimum bitiricilik, səbir və əzmkarlıq - “Ayaks”la oyunda qələbə bu amillərdən asılı olacaq. “Qarabağ” böyük təcrübəyə sahibdir və güman edirəm ki, bu təzyiqin də öhdəsindən gələ biləcək".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Dekabr 2025 09:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see379

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see303

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see291

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see262

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see262

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see246

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see243

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see238

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see230

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see229

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see213

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see212

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see210

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see208

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see208

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see207

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see201

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see198

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see195

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri