Icma.az
close
up
RU
“Ayaks”ı udduq, udduq, udmadıqsa...

“Ayaks”ı udduq, udduq, udmadıqsa...

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Çempionlar Liqasında daha bir oyun həftəsi qaldı. Təbii, əvvəllər də bu turnirin oyunlarına həvəslə baxırdıq. Ona görə ki, komandaların göstərdiyi oyunun səviyyəsi yüksəkdi, meydana Avropanın top klubları, deməli, həm də dünya futbolunun ulduzları çıxır. Amma ÇL-in 2025/26 mövsümünü azərbaycanlı azarkeşlər üçün özəlləşdirən-gözəlləşdirən bir məqam var: “Qarabağ”ın varlığı!

5-ci oyun həftəsindən sonra artıq 5 komanda üçün “fatihə oxumaq” olar. Bunlar heç xalı olmayan “Ayaks”, 1 xala malik “Vilyarreal”la “Kayrat”, 2 xala malik “Olimpiakos”la “Bude/Qlimt”di. Deməli, növbəti mərhələdə oynamağa imkan verən 24 vəsiqə uğrunda 31 komanda mübarizə aparır. Nə xoş ki, həmin “31-lik”də “Qarabağ” da var. Azərbaycan çempionunun turnirin yazında olub-olmayacağı dekabrın 10-da – “Ayaks”ı qəbul edəcəyi gün bilinəcək. Bəli-bəli, məhz belə! Deyə bilərsiz ki, ondan sonra “Ayntraxt” və “Liverpul” ilə oyunlarımız da var. Mən xəyal-plov yeməyin tərəfdarı deyiləm, hansı vəziyyətdə olurlar-olsunlar, “böyük beşlik” ölkələrinin klubları ilə bacarmırıq. “Atletik” və “Napoli” ilə oyunların acı təcrübəsi də bunu göstərdi. Yaxşı, bəs “Çelsi” ilə oyundakı heç-heçəyə nə deyirsən, qocaman Huşəng?
Onu deyirəm ki, bu dəfə artıq heç-heçə də işə yaramayacaq, əziz oxucu! “Ayntraxt”dan ala biləcəyimiz 1 xalın canımıza faydası yoxdu. Deməli...
Deməli, necə olur-olsun, dekabrın 10-da “Ayaks”ı burda məğlub etmək lazımdı. Ən azı ona görə ki, Niderland nəhəngi bəlkə də tarixinin ən miskin dönəmini yaşayır. “Yəhudilər” çempionatda nəinki əbədi rəqibləri PSV ilə “Feyenoord”dan, hətta “Alkmaar”, “Neymegen” və “Utrext”dən də geridədi. Görün komanda nə gündədi ki, “sükan arxasına” keçməyə razılıq verən mütəxəssis tapılmır. Üstəlik “Ayaks”ı bu bazar onunla eyni xala malik olan “Qroningen”lə, Bakıya səfərdən dərhal sonra isə “Feyenoord”la oyun gözləyir. Üstəlik “Ayaks” üçün cari ÇL mövsümü bitib, yəni “Qarabağ”la oyunun heç bir turnir əhəmiyyəti yoxdu. Lap burda xal alsalar da belə, “Vilyarreal”la “Olimpiakos”a qalib gəlmələri çətin görünür. Üstəlik bizim, yəni “Qarabağ”ın bu komanda ilə köhnə haqq-hesabı var. Avropa Liqasının ötən mövsümündə - oktyabrın 24-də Bakıda qeydə alınan 0:3-ün dağı sinəmizdədi. Onda Julio Romao 15-ci dəqiqədə “qırmızı” almaqla “Qarabağ”ı böyrü üstə qoydu, sonda Elvin Cəfərquliyev də məğlubiyyətə “”töhfə verdi”.
Bütün bunları niyə xatırlatdığımı bilirsizmi? Demək istəyirəm ki, “Ayaks”ı udduq, udduq, udmadıqsa, bizim bu ÇL-də işimiz yoxdu.
...Amma adam belə möhtəşəm başlayan mövsümün acınacaqlı şəkildə bitməsini heç istəmir, qətiyyən istəmir! Ürəyimiz dözməyəcək e...
HUŞƏNG

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 27 Noyabr 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see300

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see286

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see269

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see267

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see246

Olduqca gərgin və maraqlı oyunun şahidi olduq Rəşad Sadıqov

23 Avqust 2026 01:08see212

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see209

Tramp administrasından Kanadaya gözlənilməz tələb Karni AÇIQLADI

23 Avqust 2026 02:53see209

Bərdədə zəncirvari qəza 4 nəfər xəsarət aldı+Fotolar

22 Avqust 2026 22:11see198

“Trampın İrana hücum etməklə nümayiş etdirdiyi axmaqlıq bütün ölkələrin nüvə silahına sahib olmaq həvəsini artırdı...“

23 Avqust 2026 08:19see181

Efiopiyanın Baş naziri Sahibə Qafarova ilə ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə edib

23 Avqust 2026 01:59see173

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see171

La Liqa klubunda yeni bombardir

23 Avqust 2026 00:51see169

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see168

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see165

Trabzonspor Fabinyonu istəyir

23 Avqust 2026 16:17see161

Biz Türkiyə ilə eskalasiyada maraqlı deyilik İsrailli nazirdən AÇIQLAMA

23 Avqust 2026 01:04see157

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see157

İrandan Hörmüzlə bağlı YENİ QƏRAR gəmilərdən rüsum tutulacaq

24 Avqust 2026 01:20see152

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri