Icma.az
close
up
RU
Ağlamaq həmişə rahatlıq gətirmir Göz yaşlarının əhvala təsiri

Ağlamaq həmişə rahatlıq gətirmir Göz yaşlarının əhvala təsiri

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ağlamaq hər zaman insana emosional rahatlıq gətirmir. Alimlər müəyyən ediblər ki, göz yaşlarının əhvala təsiri əsasən ağlamağa səbəb olan hadisədən və emosional vəziyyətdən asılıdır.
Bizim.Media xəbər verir ki, bu barədə “Collabra: Psychology” elmi jurnalında dərc olunan araşdırmada bildirilib.
 

Tədqiqat müəllifləri insanların ağladıqdan sonra özlərini mütləq daha yaxşı hiss etməsi ilə bağlı geniş yayılmış fikrin elmi cəhətdən təsdiqlənmədiyini qeyd ediblər. Məlum olub ki, göz yaşlarının emosional təsiri qısamüddətli olur və şəraitdən asılı olaraq dəyişir.


Araşdırma çərçivəsində Avstriya və Almaniyadan olan 106 yetkin insan dörd həftə ərzində müşahidə edilib. İştirakçılar mobil tətbiq vasitəsilə ağlama epizodlarını qeydə alıb, bunun səbəbini, müddətini və intensivliyini göstəriblər.
Onların emosional vəziyyəti ağladıqdan dərhal sonra, həmçinin 15, 30 və 60 dəqiqə ərzində qiymətləndirilib.
Nəticələrə görə, iştirakçıların 87 faizi tədqiqat müddətində ən azı bir dəfə ağlayıb. İnsanlar dörd həftə ərzində orta hesabla beş dəfə göz yaşı töküblər. Ümumilikdə 600-dən çox ağlama epizodu qeydə alınıb.
Qadınların kişilərlə müqayisədə daha çox ağladığı müəyyən edilib. Belə ki, qadınlar ayda təxminən altı, kişilər isə üç dəfədən az ağlayıblar. Qadınlarda ağlama epizodları daha uzun və intensiv olub. Qadınlar daha çox tənhalıq və münaqişələrə görə, kişilər isə çarəsizlik hissi və media məzmununun təsiri ilə ağlayıblar.
 

Araşdırmada ən çox rast gəlinən ağlama səbəbi film və digər emosional məzmunların izlənilməsi olub. Həddindən artıq yüklənmə və tənhalıq səbəbindən ağlayanlarda isə göz yaşları daha uzun çəkib. Belə epizodların orta müddəti 11-13 dəqiqə təşkil edib.


Alimlər müəyyən ediblər ki, şəxsi problemlər səbəbindən ağlamaq əksər hallarda mənfi emosiyaları gücləndirir, müsbət emosiyaları isə azaldır. Bəzi hallarda əhvalın pisləşməsi hətta bir saat sonra da davam edib. Bununla belə, növbəti səhər emosional vəziyyət adətən normallaşıb.
Filmlərə və digər media məzmunlarına baxarkən ağlayanlarda isə fərqli nəticələr müşahidə olunub. Belə hallarda mənfi emosiyalar bir saat ərzində tədricən azalıb. Bu isə həmin ağlama növünün sakitləşdirici təsir göstərə biləcəyini deməyə əsas verir.
Xeyirxah davranış və güclü emosional təəssürat kimi harmonik anların təsiri ilə ağlamaq da mənfi emosiyaların 15 dəqiqə sonra azalmasına səbəb olub.
Çarəsizlik hissindən ağlamaq isə müsbət emosiyaların kəskin azalması ilə nəticələnsə də, bərpa prosesi daha sürətli – təxminən 15 dəqiqə ərzində baş verib.
Beləliklə, araşdırma göstərib ki, ağlamaq universal emosional rahatlama vasitəsi deyil. Göz yaşları bəzən insanı sakitləşdirə, bəzən isə stressi və mənfi emosiyaları daha da artıra bilər.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:58
embedMənbə:https://bizim.media
archiveBu xəbər 24 Noyabr 2026 21:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see354

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see318

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see290

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see286

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see274

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see273

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see269

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see269

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see260

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see250

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see246

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see243

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see242

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see236

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see232

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see221

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see216

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

22 Noyabr 2026 23:58see216

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

23 Noyabr 2026 00:34see205

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri