Icma.az
close
up
RU
Bank əməkdaşı Qiymətləndirici funksiyasını icra edə bilməz

Bank əməkdaşı Qiymətləndirici funksiyasını icra edə bilməz

Icma.az bildirir, Modern.az portalına istinadən.

Məlum olduğu kimi, 2023-cü ilin dekabr ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərindən irəli gələrək Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) təsis edilib. 

AQP-nin əsas funksiyası qiymətləndirmə fəaliyyətinin tənzimlənməsi, qiymətləndiricilərin daha peşəkar fəaliyyətini formalaşdırmaq və ona nəzarət etməkdir. 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Palatasının yaydığı məlumatda deyilir.

Qeyd olunur ki, AQP-nin inzibati nəzarət funksiyalarına malik olması imkan verir ki, qiymətləndirmə bazarının peşəkar və obyektiv tənzimləməsini həyata keçirə bilsin. Eyni zamanda bu fəaliyyət şərait yaradır ki, qiymətləndirmə fəaliyyəti ilə məhz peşəkar qiymətləndiricilər məşgul olsun. Yəni bu günə qədər müəyyən mərhələlərdə qiymətləndirmə fəaliyyəti ilə müxtəlif dövlət təşkilatları, kommersiya qurumları da məşğul olublar ki, bunun da müəyyən obyektiv və subyektiv səbəbləri olub. Belə ki, qiymətləndirmə bazarında müəyyən qisim qeyri-peşəkar qiymətdiricilərin movcudluğu, işlək cəza mexanizmlərinin olmaması qiymətləndiricilərin peşəkar fəaliyyətinə şübhələr yaradıb və bir sıra təşkilatlar etibarlılıq mənasında özfəaliyyət çərçivəsində  qiymətləndirmə ilə məğgul olublar. 

Misal üçün, qiymətləndirmə fəaliyyəti üçün ən aktiv bazar olan bank sektorunda bır sıra banklar girov predmetlərinin dəyərləndirilməsi üçün “daxili qiymətləndirmə” deyilən fəaliyyətlə məşğul olublar. Halbuki kredit verən və girov saxlayan təşkilat olaraq maraqlı tərəf kimi özunun qiymətləndirmə aparması məntiqi və hüquqi baxımdan anlaşılan deyil. 

Bankların bu fəaliyyətlə məşğul olmasına hüquq verən yeganə əsas Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”dır ki, bu da “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə ziddiyət təşkil edir. Belə ki, Qaydaların 7-ci maddəsinin 7.3. baddində göstərilir ki, “təminatın qiymətləndirilməsi kreditin verilməsi prosesində iştirak etməyən bankın əməkdaşı və ya “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq fəaliyyət göstərən qiymətləndirici tərəfindən aparılır. 

Lakin təminatın qiymətləndirilməsinin bankın əməkdaşı tərəfindən aparılması  “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna ziddir. Belə ki, Qanunun 1-ci maddəsində göstərilir ki, qiymətləndirmə fəaliyyəti, bu Qanunla müəyyən edilmiş hallarda, habelə sifarişçinin müəyyən etdiyi məqsədlər üçün qiymətləndirmə obyektinin dəyərinin qiymətləndirici tərəfindən müəyyən edilməsi üzrə fəaliyyətdir. Qiymətləndirici, bu Qanunla müəyyən edilmiş tələblərə cavab verən, qiymətləndirmə fəaliyyətini həyata keçirmək hüququnu əldə edən və Qiymətləndiricilər Palatasının üzvü olan fiziki şəxsdir. Qiymətləndirici təşkilat,  əsas fəaliyyət sahəsi qiymətləndirmə fəaliyyəti olan və qiymətləndirmə fəaliyyətinin istiqaməti (istiqamətləri) üzrə ixtisaslaşmış kommersiya hüquqi şəxsdir. Sifarişçi isə, mülkiyyətində və ya istifadəsində olan qiymətləndirmə obyektinin qiymətləndirilməsi məqsədilə qiymətləndirici və ya qiymətləndirici təşkilatla bağladığı qiymətləndirmə haqqında müqavilə əsasında qiymətləndirmə xidmətinin son istehlakçısı olan fiziki və ya hüquqi şəxsdir.

Qanunun 5-ci maddəsinin 5.3. bəndində isə konkret olaraq göstərilir ki, Qiymətləndirici öz fəaliyyətini müstəqil və ya qiymətləndirici təşkilatla bağladığı əmək müqaviləsi əsasında həyata keçirir.

Yəni, Qanun tələb edir ki, qiymətləndirmə fəaliyyəti Qiymətləndirici tərəfindən həyata keçirilməlidir. Qiymətləndirici isə Qiymətləndiricilər Palatasının üzvü olan və müstəqil fəaliyyət göstərən fiziki şəxs və ya əsas fəaliyyət sahəsi qiymətləndirmə olan Qiymətləndirici təşkilatdır. Yəni, bu halda bank əməkdaşı Qiymətləndirici funksiyasını icra edə bilməz. 

Qiymətləndiricinin müstəqilliyi ilə bağlı Qanunun 15-ci maddəsində göstərilir ki, sifarişçinin və digər maraqlı şəxslərin qiymətləndiricinin fəaliyyətinə müdaxilə etməsinə yol verilmir. Bu halda da bank əməkdaşının müstəqilliyi sual altına düşür.  

Həmçinin Sifarişçinin hüquqları ilə bağlı Qanunun 13-cü Maddəsində bildirilir ki, Sifarişçi qiymətləndiricini və ya qiymətləndirici təşkilatı müstəqil seçmək və onlarla qiymətləndirmə haqqında müqavilə bağlamaq, eyni zamanda qiymətləndiricidən Qiymətləndiricilər Palatasına üzvlük vəsiqəsini təqdim etməsini tələb etmək; qiymətləndirmənin nəticələri ilə razılaşmadıqda, Qiymətləndiricilər Palatasına və məhkəməyə müraciət etmək kimi hüquqlara malikdir. 

Bütün bunlar isə, yenə təsdiq edir ki, bank əməkdaşının Qiymətləndirici funksiyasını icra etməsi qanuna uyğun deyil.  

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Mart 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri