Icma.az
close
up
RU
Ayaq dırnağının zədə alması göbələk xəstəliyinə səbəb ola bilər

Ayaq dırnağının zədə alması göbələk xəstəliyinə səbəb ola bilər

Icma.az bildirir, Saglamolun portalına istinadən.

Türk Dermatologiya Dərnəyinin İdarə Heyətinin üzvü, prof. dr. Sedef Şahin göbələk xəstəliyi ilə bağlı bəzi məqamlar barədə xəbərdar edib.

Onun fikrincə, müalicəsi çox uzun çəkən və asan yoluxan dırnaq göbələyi əsasən hovuz, dəniz, hamam kimi yerlərdən keçsə də, məlum olmayan digər bir səbəbi də dırnaqların zədə alması və çox dibdən kəsilməsidir. Ayaq dırnağını stola vuranlar, sərt zərbə alanlar dırnaqların rəngində dəyişiklik gördükdə dərhal həkimə müraciət etməlidir.

Dırnaq göbələyinə qadınlardan daha çox kişilərdə rast gəlinir. Ayaq barmaqları aralarındakı və ya dabandakı göbələk infeksiyası müalicə edilmədiyi təqdirdə, həmçinin infeksiya keçmiş ayaqların qaşınması ilə  ayaq dırnaqlarına keçir.

Ən çox 1 və 5-ci dırnaqlarda müşahidə olunur

İnsanın yaşam keyfiyyətini pozan dırnaq göbələyinin həddindən artıq əl yuyan, dar ayaqqabı geyinən, siqaret çəkən, şəkər xəstələri, qan dövranı pozğunluğu problemi olan insanlar, kemoterapiyaya məruz qalanlar və ya QİÇS xəstələrində yaranması riski yüksəkdir.

Ən çox 1 və 5-ci dırnaqlarda müşahidə olunur. Başlanğıc mərhələdə infeksiya adətən ağrısız olur, dırnaq qalınlaşmış və ya yaşılı-sarı rəng alır. İnfeksiyanın ağırlaşdığı hallarda isə dırnaq yumşalıb ovulur və ətrafındakı dəri qızarır. Müalicə edilmədiyi təqdirdə dırnaq yatağını zədələyərək yeriməyi çətinləşdirəcək qədər ağrılı olur.

Siqaret çəkmək xüsusilə ayaq dırnaqlarında göbələk riskini artırır

Əl dırnaqlarındakı göbələk infeksiyasına su ilə çox təmasda olanlarda daha çox rast gəlinir. Xəstəlik balıqçı, aşpaz, təmizlik işçisi kimi insanlarda daha çox müşahidə olunur. Həddindən artıq əl yuma dırnaq dibinin zədələnməsinə yol açır və beləliklə də göbələk üçün “giriş qapısı” olur. Dar ayaqqabı və ya zərbə nəticəsində dırnaqlar zədələnir və daha asan infeksiyaya yoluxa bilir. Digər tərəfdən şəkər xəstəsi olanlar və ya dırnağında sədəf xəstəliyi olanlar, qan dövranı ilə bağlı problemi olanlar, kemoterapiya və QİÇS kimi səbəblərlə immunitet sistemi təzyiqə məruz qalan xəstələrdə dırnaq göbələyinin yaranması asanlaşır. Siqaret çəkmək də xüsusilə ayaq dırnaqlarında göbələk infeksiyası riskini artırır.

Dırnağa sərt zərbə dırnaq göbələyinə səbəb olur

Görüləcək sadə tədbirlərlə bu xəstəlikdən qorunmaq mümkündür. Bunun üçün dırnaqların zərbədən qorunması, ayaq quruluşuna uyğun gəlməyən ayaqqabılardan uzaq durulması, ayaq dəsmalı və dırnaq qayçılarının şəxsi olması, duş, hovuz, hamam kimi yerlərdə qəti şəkildə ortaq başmaqdan istifadə edilməməsi və önü açıq başmaqlar geyilməməsi məsləhət görülür.

Müalicə prosesində lazer texnologiyası

Sedef Şahinin fikrincə, dırnaq göbələyinin əsil müalicə metodu göbələyi yox edən və göbələk əleyhinə təsirli olan dərmanların çəkilərək və ya ağızdan qəbul edilərək istifadəsidir. Bu yolla dırnaq göbələyi xəstəliyində 80% nisbətində sağalma əldə edildiyini qeyd edən S.Şahin müalicə prosedurlarının əl dırnaqlarında 3-4 ay, ayaq dırnaqlarında isə 4-8 ay davam etdiyini vurğulayıb. Dırnaqlar üçün dırnaq boyası şəklində dərmanlardan da istifadə edilir. Bəzi hallarda isə lazer texnologiyası tətbiq edilir.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:209
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see342

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see327

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see270

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see262

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see255

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see240

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see230

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see219

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see209

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see208

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see208

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see204

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see199

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see199

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see186

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see184

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see176

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see176

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see169

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri