Beyləqanda şagirdlərlə narkomaniyanın fəsadları barədə söhbət aparılıb
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 17 noyabr, AZƏRTAC
Beyləqan Rayon İcra Hakimiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə təşkilatçılığı ilə ümumi təhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında maarifləndirmə işinin səmərəli təşkili çərçivəsində Beyləqan rayonunun Fərman Hacıyev adına 2 nömrəli tam orta məktəbində tədbir təşkil olunub.
Bu barədə AZƏRTAC-a İşçi Qrupunundan bildirilib. Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin, İşçi Qrupunun nümayəndələri, müəllim heyəti və şagirdlər iştirak ediblər. Çıxış edənlər şagirdlərə narkomanlığa qarşı mübarizə üsulları, narkotik vasitələrin cəmiyyət üçün yaratdığı sosial və tibbi problemlər, internet və sosial şəbəkələr vasitəsilə aparılan gizli manipulyasiyalar, xüsusən yetkinlik yaşına çatmayanların hüquqazidd əməllərdən çəkindirilməsi məqsədilə daimi söhbətlərin aparılması, narkotik asılılığının formalaşma mərhələləri, həmçinin mənəvi-əxlaqi dəyərlər barədə ətraflı məlumat veriblər. Həmçinin şagirdlərə yeni növ psixotrop maddələrin xüsusiyyətləri, onların insan orqanizminə və psixoloji sağlamlığa zərərli təsiri izah olunub. Bundan əlavə, gənclərin asudə vaxtının səmərəli təşkili, sağlam həyat tərzinin formalaşdırılması və zərərli vərdişlərdən uzaq olmağın vacibliyi ilə bağlı tövsiyələr səsləndirilib.
Tədbirin sonunda İşçi Qrupu tərəfindən hazırlanmış “Rəqəmsal mühitdə gizli narkotik risklər”, “Psixotrop maddələr haqqında həqiqət”, “Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar”, “Narkotiklər haqqında həqiqəti bilin”, “Məlumatlı ol, cinayət törətmə”, “Yeniyetmələr və gənclər üçün” adlı maarifləndirici materiallar şagirdlərə paylanılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 17 Noyabr 2026 11:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















