Icma.az
close
up
RU
Ayaqda göbələk xəstəliyinin qarşısının alınması

Ayaqda göbələk xəstəliyinin qarşısının alınması

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Ayaqda göbələk xəstəliyinin qarşısının alınması

Ayaq göbələyi adətən ayaq barmaqları arasında, daban və pəncədə patogen göbələklər tərəfindən törədilən və mikoz adlanan xəstəlikdir. Adətən onixomikoz adlanan dırnaq göbələyi ilə birgə müşahidə olunur. İnsanlar arasında çox geniş yayılmış və yoluxma riski yüksək olan bu xəstəliyə statistik olaraq hər beş adamdan birində rastlanır. Ayaq göbələyi isti və rütubətli ictimai yerlərdə, misal olaraq hovuzlarda, hamamlarda, spa-salonlarında, otellərdə gigiyena qaydalarına riayət etmədikdə, ayaqyalın gəzdikdə daha çox yayılır.

Göbələk xəstəliyinin növləri

Ayaq göbələkləri, müxtəlif növ və simptomlarla xarakterizə oluna bilən bir infeksiya növüdür. Bu göbələk növləri arasında ən çox rast gəlinənlər aşağıdakılardır:

Barmaq arası göbələk

Bu göbələk növü, ayaq göbələyinin ən yayılmış növüdür və adətən ayaqların ən kiçik barmaqlarının arasında meydana gəlir. Bu cür, qaşınma, yanma, dəri pullanması və ayaq dabanına qədər yayılabilən infeksiyaya səbəb ola bilər.

Makosen

Bu cür, ayaqlarda qıcıqlanma, quruluq və qaşınmaya səbəb olur. Dərinin pullanması ilə müşayiət olunur və göbələk müalicə edilmədikdə dəri qalınlaşır və çatlaya bilər.

Qabarcıqlı

Bu, ayaq göbələyi növləri arasında ən az rast gəlinən növüdür. Əsasən, ayağın altındakı dəridə su toplanması və qabarcıqların birdən partlaması ilə xarakterizə olunur. Müalicə edilməzsə, barmaq arasında, dabanında, ayağın alt və ya üst hissəsində də meydana gələ bilər.

Ayaqda göbələk xəstəliyinin simptomları hansılardır?

Ayağın göbələk əlamətləri ayağın hər yerində baş verə bilər. Ancaq ən çox ayaq barmaqları və ya ayaq barmaqları arasında baş verə bilər. Simptomlar;

qırmızı səpkilər ayaq qaşınması yanma hissi çatlamış, pullu dəri xoşagəlməz qoxu ayaqların altındakı kəpək ayaqlarda qabarcıqlar olan yaralar

Əgər erkən diaqnoz qoyulub müalicə olunmazsa, dırnaqlara yayıla bilər. Bundan əlavə, dəri bütövlüyü pozulduqca, çöldən daxil olan bakteriyalar səbəbiylə selülit (dəri infeksiyası) və limfangit (limfa damarı infeksiyası) kimi daha ağır ikincil infeksiyalara səbəb ola bilərlər. Göbələk infeksiyası çox asanlıqla ötürülə bildiyi üçün, bu infeksiyaya yoluxmuş insanlarla eyni dəsmal və ya başmaq istifadə edilməməlidir.

Müalicə yolları

Ayaqda göbələk üçün ən yaxşı müalicə yollarından biri mazlar və kremlərdir. Bu mazlar, göbələkləri məhv edərək, infeksiyanın aradan qaldırılmasına kömək edir. Bu vasitələr adətən gündə 2 dəfə olmaqla 4-6 həftə ərzində dəriyə çəkilməlidir. Əgər hətta 1-2 həftədən sonra dəri tam sağalarsa, müalicəni davam etmək lazımdır. Bu xəstəliyin yenidən inkişaf etməsinin ehtimalını azaldır.

Protivoqribkovıy gel xaricə tətbiq etmək üçün qaşınma, bakteriya və göbələkəleyhinə preparatdır. Protivoqribkovıy gel ayaqdakı patogen göbələk hüceyrəsini məhv edir. Ayaqdakı qaşınmanı, barmaqlararası sulanmanı aradan qaldırır. Dəri səthində olan patogen mikrofloraya bakterisid təsir göstərir, göbələklə zədələnmiş dərinin daha dərin qatlarına təsir göstərir.

Protivoqribkovıy gel gündə iki dəfə nazik qatla göbələklə zədələnmiş nahiyəyə çəkilir.

Eyni zamanda, daxili dərmanlar da mövcuddur. Ağır hallarda, həkim oral antifungal dərmanlar yazıla bilər. Bunlar infeksiyanı daha dərin səviyyədə müalicə edərək, göbələk sporalının yayılmasını dayandırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 09 Sentyabr 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see313

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see313

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see312

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see306

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see289

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see273

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see269

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see264

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see262

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see259

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see257

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see256

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see252

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see250

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see240

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see236

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see229

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see209

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri