Icma.az
close
up
RU
Ayaqlarda göbələyin səbəbləri və müalicəsi

Ayaqlarda göbələyin səbəbləri və müalicəsi

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu problemlə bir çox insanlar üzləşir. Pəncələrdə, barmaqlar arasında, bədənin digər yerlərində dəri qızarır, iltihablaşır, soyulur, güclü qaşınır.

Saglamolun.az bildirir ki, tibdə buna mikoz deyilir.

Mikoz daha təz-tez hallarda ayaqları zədələyir. Lakin mikoz insanın bədəninin digər hissələrində də (ovuclarda, əl barmaqları arasında, sinədə, beldə, budlarda, cinsiyyət orqanları nahiyəsində) inkişaf edə bilər. Buna niyə məhz "göbələk" deyilir? Bu iltihabı həqiqətən də mikroskopik göbələk törədir.

Adətən bu xəstəliyə insanlar digər insanlardan hovuza, hamama, saunaya, idman zalına getdikdə tutulurlar. Bu səbəbdən xəstəliyin profilaktikası üçün belə yerlərdə ayaqyalın gəzməyin, özünüzlə şap-şap götürün. Bu infeksiyaya yoluxmaq çox asandır, lakin onu müalicə etmək üçün bəzən çox vaxt tələb olunur.

Başqa insanın ayaqqabısını, paltarlarını geyindikdə, dəsmalından istifadə etdikdə də insan göbələyə yoluxa bilər.

Dar, dərini əvəz edən ucuz materiallardan hazırlanan ayyaqqabı geyinən insanlar bu xəstəliyə daha tez-tez tutulur. Belə ayaqqabıda ayaqlar daha güclü tərləyir ki, bu da nəticədə göbələyin çoxalması üçün çox yaxşı şərait yaradır. Beləliklə, ayaqlarda göbələyin profilaktikasının əsas şərtlərdən biri - keyfiyyətli və rahat ayaqqabıların geyinilməsidir.

İmmun sistemi zəif olan və ya hər hansı xroniki xəstəliyi olan (məsələn, şəkərli diabet) insanlar mikozun inkişafına daha çox meyilli olurlar.

Mikoz insanın sağlamlığı və həyatı üçün təhlükə yaratmır və fəsadlar vermir. Lakin müalicə etmədikdə xəstəlik uzun müddət ərzində keçmir, insana narahatçılıq verir, bədənin digər hissələrinə yayıla bilər. Bu səbəbdən göbələk mütləq müalicə olunmalıdır. İlk növbədə dermatoloqa müraciət etmək lazımdır. Mikozun simptomları digər dəri xəstəliklərinin simptomlarına oxşaya bilər və bu halda yalnız mütəxəssis dəqiq diaqnoz qoyub lazım olan müalicə təyin edəcək.

Göbələklə mübarizədə ən effektli vasitələr xüsusi göbələk əleyhinə olan kremlər, məlhəmlər və gellərdir. Bu preparatlar apteklərdə reseptsiz satılır.

Bəzi belə krem və məlhəmlərin tərkibində cüzi miqdarda hormonlar daxildir (məsələn, hidrokortizon). Belə vasitələr tez bir zamanda qaşınmanı aradan qaldırır, iltihabı azaldır.

Lakin bu vasitələrdən düzgün istifadə etmək lazımdır ki, lazım olan effekt əldə olunsun. Əvvəl ayaqlar (və ya əllər və ya digər göbələklə zədələnmiş bədən hissəsi) sabunla yaxşı yuyulmalı və yumşaq dəsmalla qurulanmalıdır. Göbələk pəncədə olduqda, vasitə tək zədələnmiş yerə deyil, pəncənin bütün səthinə çəkilməlidir. Göbələk barmaqlar arasında olduqda, zədələnmiş barmaqlara və onlara yaxın olan dəriyə göbələkəleyhinə krem çəkilir. Göbələk bədəndə olduqda, zədələnmiş dəriyə və ətrafda olan sağlam dəriyə (2 sm) göbələk əleyhinə krem və ya məlhəm çəkilməlidir ki, sağlam dəridə yerləşə bilən göbələk ocaqları yox olunsun.

Bu vasitələr adətən gündə 2 dəfə olmaqla 4-6 həftə ərzində dəriyə çəkilməlidir. Əgər hətta 1-2 həftədən sonra dəri tam sağalarsa, müalicəni davam etmək lazımdır. Bu xəstəliyin yenidən inkişaf etməsinin ehtimalını azaldır.

Göbələk ayaqlarda olduqda, müalicə zamanı bütün corablar mütləq dezinfeksiya olunmalıdır. Bunun üçün onlar paltaryuyan maşınında 60 C-də adi camaşır tozla yuyulmalıdır. Ayaqqabılar da xüsusi sprey və ya tozlarla (apteklərdə satılır) işlənməlidir.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:266
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see502

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see401

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see391

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see268

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see266

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see261

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see256

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see252

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see238

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see234

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see226

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see223

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see212

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see203

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see195

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see191

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see186

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see179

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri