Ayaqlarınız daim üşüyürsə, bunları yeyin Canan Karataydan
Icma.az bildirir, Medicina portalına istinadən.
Bir çox insan ayaqlarının üşüməsindən şikayətlənir.
Medicina.az xəbər verir ki, prof. Dr. Canan Karatay bunun səbəblərini izah edib.
Mütəxəssis həkim soyuq ayaqların yalnız soyuqlama ilə deyil, həm də bədəndəki mineral və vitamin çatışmazlığı ilə sıx əlaqəli olduğunu vurğulayıb.
Karatay soyuq ayaqların əsas səbəblərini ətraflı izah edərək mineral və vitamin çatışmazlığının əhəmiyyətini qeyd edib. O, maqnezium, kalsium, natrium və dəmir kimi vacib mineralların çatışmazlığının bədənin müqavimətini azaltdığını və soyuqdəyməyə meyllilik yaratdığını bildirdi. Karatay həmçinin müasir döşəklərin və sintetik materialların bu problemi daha da artırdığını qeyd edərək təbii materialların əhəmiyyətini vurğulayıb.
Karataya görə, ayaqların soyuqdəyməsinin qarşısını almağın əsas elementləri bunlardır: Təbii və sağlam yağların istehlakı; Kristal qaya duzunun istifadəsi; Fındıq və püstə kimi minerallarla zəngin qidalar; Kənd yağı və soyuq sıxılmış zeytun yağı.
Karatay xüsusilə yağlardan qorxmamağı və xolesterol dərmanlarına etibar etməkdənsə, təbii şəkildə qidalanmağın vacibliyini vurğuladı. O, yumurta, təbii yağlar və minerallarla zəngin qidaların sağlam istehlakının bədənin müqavimətini artıracağını bildirdi.
Aygün
Medicina.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 21 May 2026 22:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















