Icma.az
close
up
RU
Çörəyi zeytun yağına batırıb yeyin: Canan Karataydan yeni resept

Çörəyi zeytun yağına batırıb yeyin: Canan Karataydan yeni resept

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Zeytun yağı əsrlər boyu şəfa mənbəyi kimi istehlak edilən ən sağlam yağlardan biridir. İmmunsistemini gücləndirən və ürək sağlamlığını qoruyan bu yağ qidalanma üzrə türkiyəli məşhur mütəxəssis Canan Karatayın tövsiyə etdiyi qidalar arasındadır. Məşhur həkim bu dəfə tərkibində zeytun yağı olan faydalı qarışığın reseptini təqdim edib. 


“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, C.Karatay bu qarışığı hazırlamaqla zeytun yağının təsirinin 5 dəfə yüksəldiyini deyib. Canan Karatay çörəyi zeytun yağına batıraraq istehlak etməyin sağlamlığa faydalarını açıqlayıb. Lakin zeytun yağını müəyyən ədviyyatlarla qarışdırdıqda onun təsirini 5 dəfə artırmaq olar. Bəs, zeytun yağının faydalarını artıran bu qarışım necə hazırlanmalıdır? Canan Karatayın çox sağlam olduğunu söylədiyi bu qarışığı təsirli edən şeylərdən biri də təbii və müalicəvi maddələrin birləşməsidir. Bu sayədə bədəndəki bir çox sağlamlıq probleminə qarşı tədbir görüb xəstəlik riskini azalda bilərsiniz. Tələb olunan ərzaqlar: zeytun yağı, 2 tutam təzə kəklikotu, 1 acı qırmızı bibər, 1 acı sarı bibər, 4 diş sarımsaq. Qarışığı hazırlamaq üçün ilk növbədə bir şüşə lazımdır. Zeytun yağını əvvəlcədən hazırlayacağınız şüşəyə 1-2 budaq təzə kəklikotu, dilimlənmiş isti qırmızı və sarı bibər və 3-4 diş soyulmuş sarımsağı qoyun. Qapağı möhkəm bağlayın və istifadə etməzdən əvvəl 1-2 gün dayanmasına icazə verin. Qarışığın tərkib hissəsi olan sarımsaq və kəklikotu bədəninizin müqavimətini artıra bilər. Qrip və soyuqdəyməyə qarşı qorunma təmin edir. Saysız-hesabsız faydaları olan zeytun yağı damarları təmizləyərək infarkt riskini azaldır. Əlavə etdiyiniz bibərlər də qan dövranını sürətləndirərək ürək-damar xəstəliklərinin qarşısını ala bilər. Arıqlamaq istəyənlər üçün uyğun olan bu qarışığın tərkibindəki acı bibər bədən istiliyini artıraraq yağ yandırılmasını sürətləndirə bilər. Ac qarına istehlak edildikdə bağırsaqları aktivləşdirir və qəbizliyin qarşısını ala bilir. Bu qarışığı mütəmadi olaraq istehlak etdikdə özünüzü daha enerjili hiss edəcəksiniz və bədəninizin xəstəliklərə qarşı daha davamlı olduğunu görəcəksiniz. Hər gün 1 çay qaşığı içərək və ya Canan Karatayın dediyi kimi çörəyinizi batıraraq istehlak edə bilərsiniz. Son zamanlar artan ürək-damar xəstəliklərinin qarşısını almaq və sağlamlığınızı qorumaq üçün belə təbii üsulları dəyərləndirmək faydalı ola bilər. Təbii ki, qarışıq ilıq halda istehlak edilməlidir. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:371
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Fevral 2025 01:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri