Icma.az
close
up
RU
Ayaqlarınızdakı bu dəyişiklik ürək çatışmazlığının əlaməti ola bilər DİQQƏT

Ayaqlarınızdakı bu dəyişiklik ürək çatışmazlığının əlaməti ola bilər DİQQƏT

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Hər il minlərlə insana təsir edən və onların həyat keyfiyyətini əhəmiyyətli dərəcədə aşağı salan ürək çatışmazlığı çox vaxt səssizcə inkişaf edir.

Ölkə.Az “sabah” qəzetinə istinadla xəbər verir ki, ürək çatışmazlığı ürəyin bədənə kifayət qədər qan ötürə bilmədiyi xroniki vəziyyətdir. 

Ürək zəiflədikdə və ya sərtləşdikdə kifayət qədər oksigenlə zəngin olmayan qan orqanizmin orqanlarına çatır və bu vəziyyət zamanla daha da pisləşərək həyat üçün təhlükə yarada bilər.

Ümumiyyətlə, sağalmaz hesab edilsə də, düzgün müdaxilə ilə simptomlar illərlə idarə oluna bilər.

Britaniya Ürək Fondu (BHF) ürək çatışmazlığını təsnif etmək üçün istifadə edilən Nyu-York Ürək Assosiasiyasının (NYHA) şkalasını vurğulayır. Bu şkala insanın fiziki fəaliyyət göstərmə qabiliyyətini və yaşadığı simptomların dərəcəsini qiymətləndirərək xəstəliyin mərhələsini müəyyən edir.

Vəqfin bildirdiyinə görə, nəfəs darlığı, yorğunluq və nizamsız ürək döyüntüsü kimi simptomlar ən çox rast gəlinənlər arasındadır, şişkin topuq və ayaqlar da "ən çox rast gəlinən simptomlardan biri" kimi təsvir edilir.

Bəs topuqlar niyə şişir?

Bu vəziyyət tibbdə "ödem" adlanır. Ürəyin effektiv şəkildə nasos funksiyasını yerinə yetirə bilməməsi damarlarda qan təzyiqini artırır. Mütəxəssislərin fikrincə, bu artan təzyiq mayenin damarlardan ətrafdakı toxumalara sızmasına səbəb olur ki, bu da şişkinlik kimi özünü göstərir.

"Medical News Today"də verilən məlumata görə, ödem əlamətlərinə aşağıdakılar daxildir:

Topuq və ayaqlarda şişkinlik
Dərinin parlaq və ya gərgin görünüşü
Dərinin rəngində dəyişiklik
Şiş yerlərə əllə basdıqda batıq yaranması
Hərəkətdə çətinlik və sərtlik hissi

Bu şişkinlik səhər saatlarında azalsa da, gün ərzində artaraq yeriməyi çətinləşdirə bilər.
Yorğunluq, halsızlıq və enerji itirdikdən sonra dincələndə yaranan nəfəs darlığı da ürək çatışmazlığının ciddi əlamətləridir.

Xəstələr tez-tez gecə yatarkən nəfəs almaqda çətinlik çəkirlər və birdən oyanırlar ki, sanki boğulduqlarını deyirlər.

Baş gicəllənməsi, huşunu itirmə, ürək döyüntüsü, iştahsızlıq, qarında şişkinlik, ani çəki dəyişmələri, ruhi çaşqınlıq da ürək çatışmazlığı olan xəstələrdə müşahidə olunan digər əlamətlərdir.

Fiziki simptomlara əlavə olaraq, ürək çatışmazlığı olan insanlarda depressiya və narahatlıq kimi psixi sağlamlıq problemləri də yaygındır. Bu simptomlar yüngül qəbul edilməməli və mütləq həkimə müraciət edilməlidir.

Ürək çatışmazlığı gizli şəkildə inkişaf edə bilər. Buna görə də topuqların şişməsi kimi sadə görünən simptomları heç vaxt laqeyd yanaşmayın. Bu, bədəninizin sağlamlıqla bağlı sizə verdiyi əhəmiyyətli bir siqnal ola bilər.

Əgər sizdə və ya yaxınlarınızda yuxarıda göstərilən simptomlar müşahidə olunursa, dərhal mütəxəssisə müraciət edin.

Billurə Yunus

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://olke.az
archiveBu xəbər 25 İyul 2025 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see221

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see219

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see197

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see179

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see178

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see177

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see176

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see174

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see173

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see168

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see157

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see153

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see149

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see147

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see145

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see145

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see144

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see143

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see142

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri