Icma.az
close
up
RU
Ayda nüvə yarışı başlayır? SENSASİON AÇIQLAMA

Ayda nüvə yarışı başlayır? SENSASİON AÇIQLAMA

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

NASA Ayın cənub qütbü yaxınlığında fəaliyyət göstərəcək nüvə reaktorunun 2030-cu ilin dekabrına qədər hazırlanaraq yerləşdirilməsini planlaşdırır. Çin və Rusiya isə Beynəlxalq Ay Tədqiqat Stansiyası (ILRS) layihəsi çərçivəsində əməkdaşlıq edir. Rusiya tərəfinin layihədə əsas istiqamətlərindən biri nüvə energetikasıdır. Bu texnologiya kosmosda strateji üstünlük uğrunda rəqabətin əsas istiqamətlərindən birinə çevrilir.

Maraqlıdır Ay uğrunda qlobal rəqabət yeni mərhələyə keçir? Nüvə reaktorlarının kosmosa göndərilməsi hansı risklərə və fəsadlara səbəb ola və supergüclər arasında bu yarış dünya üçün yeni təhlükə mənbəyinə çevrilə bilərmi?

Mövzu ilə bağlı politoloq Samir Hümbətov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, sözügedən üç ölkə arasında artıq kosmosda, yəni Yerdən daha uzaq məsafədə bu cür silahlanma yarışına girmək əslində enerji məsələsi deyil:

"Nüvə reaktorları yerləşdirilərsə, bu, iki istiqamət üzrə dəyərləndirilir. Birincisi, nüvə reaktorlarının qorunması üçün ən vacib məsələlərdən biri sərin, yəni soyuq iqlimin olmasıdır. Ayın səthinin soyuq olması mahiyyət etibarilə bu prosesi daha da sürətləndirə bilər. İkincisi, kosmos uğrunda yarışdır. Bu, daha geniş fəzada Yer kürəsinə nəzarət imkanları verir. Çünki artıq Yer üzərində hər bir ölkə müəyyən regiona nəzarət funksiyasını həyata keçirməyə başlayıb və demək olar ki, Yerin bölünməsi baş verib". 

Politoloq Samir Hümbətov

Politoloq qeyd edib ki, yalnız ABŞ və ya Rusiya Ayda özünün hərbi bazasını və ya kosmik bazasını qurmur. Eyni zamanda Hindistan, Yaponiya, Fransa, İngiltərə və digər ölkələrin də bu istiqamətdə iş aparması ilə bağlı məlumatlar tez-tez beynəlxalq mətbuatda işıqlandırılır. 

"Rəqabətin daha çox kosmik fəzaya daşınması mahiyyət etibarilə onu deməyə imkan verir ki, artıq bu proses daha geniş fəzaya çevrilir. Mövzu həm də Yer kürəsindən daha kənarda strateji baxımdan ciddi bir üstünlük almağa hesablanıb. Düzdür, bu gün ən böyük texnoloji imkanları Yer üzərində qeyd olunur. Lakin Yer artıq müəyyən bir bölgələrə bölünüb və ona görə də bu işi daha geniş fəzada görmək istəyirlər", - S. Hümbətov vurğulayıb.

Müsahibimiz bildirib ki, təxminən 20 ilə yaxındır həm Çin, həm də Amerika Birləşmiş Ştatları Ayda ciddi tədqiqat aparır:

"Son 10 ildə Hindistan da qoşulub. Həmçinin təxminən 15 il olar ki, Rusiya bu prosesdə iştirak edir. Bu cür silahlanma yarışı ekoloji çirklənməni sürətləndirə bilər. Çünki atmosferin çirklənməsi mahiyyət etibarilə daha geniş əraziyə yayılmağa imkan verir. Bu isə nəticədə kütləvi insan tələfatına gətirib çıxara bilər".

Gülşən Şərif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:65
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 05 Oktyabr 2026 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see243

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see230

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see230

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see229

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see225

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see220

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see214

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see211

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see208

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see207

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see200

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see198

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see197

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see195

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see195

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see194

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see194

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see193

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see192

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri