Icma.az
close
up
RU
Aydan Xəndan: Əlyazmalarla işləməyi bacaran və müasir tendensiyalarla ayaqlaşa bilən tədqiqatçılara ehtiyac var

Aydan Xəndan: Əlyazmalarla işləməyi bacaran və müasir tendensiyalarla ayaqlaşa bilən tədqiqatçılara ehtiyac var

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 5 noyabr, Sevda Cəfərova, AZƏRTAC

Şərqşünaslıq fakültəsində şərq dilləri və ümumilikdə Şərq regionu öyrənilir. Son dövrlərdə texnologiyaların sürətli inkişafı bu sahəyə də öz təsirini göstərir. Tələbələr dillərin öyrənilməsi prosesində müasir texnologiyaların önümüzdə açdığı geniş fürsətlərdən istifadə etmək imkanı əldə edirlər. Süni intellektlə bağlı müxtəlif təlimlərə qoşulurlar.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan söyləyib.

A.Xəndan qeyd edib ki, süni intellektin müsbət tərəfləri ilə yanaşı, mənfi cəhətləri də az deyil. Artıq tələbələr süni intellektə tam güvənərək elmi araşdırma aparmağa meyillənirlər. Nəticədə öz əqli potensiallarından lazımi dərəcədə istifadə etmir, tənbəlləşirlər. Bu yaxınlarda çinli mütəxəssislərlə görüş zamanı onlar ağıllı sinxron tərcüməçi qulaqlıqların tezliklə istifadəyə veriləcəyini bildirdilər. Əgər bu, populyarlıq qazansa, bir tərəfdən tərcüməni asanlaşdıracaq, digər tərəfdən bu sahə üzrə yetişən mütəxəssislərin işinə mane olacaq.

“Dövlətimizin bir sıra Şərq ölkələri ilə əlaqələrinin genişləndirilməsi şərqşünasların qarşısında yeni imkanlar açır, həmçinin yeni məqsədlərə doğru irəliləmələrinə vəsilə olur. Şərq dünyasının tarixi keçmişinin öyrənilməsi, qədim əlyazmaların oxunması, onlar üzərində elmi araşdırmaların aparılması olduqca önəmlidir. Əlyazmalarla iş aparmağı bacaran, eyni zamanda, müasir tendensiyalarla ayaqlaşa bilən tədqiqatçılara ehtiyac var. Bu baxımdan müasir dövrdə baş verən dəyişikliklərə, inkişafa uyğunlaşa biləcək kadrların yetişməsi prioritet məsələlərdəndir. Bir neçə şərq dilini bilən kadrlara da ehtiyac çoxdur. Bu baxımdan fakültəmizdə əlavə Şərq dili də tədris edilir. Öyrəndikləri region üzrə tam məlumatlı olmaları üçün tələbələrə treninqlər, faydalı görüşlər, seminarlar təşkil olunur”, - deyə Aydan Xəndan bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Noyabr 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see253

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see243

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see234

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see212

FT: “AK nin təşəbbüsünün qatili Corca Meloni olub”

19 Dekabr 2025 15:39see182

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see176

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see157

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see156

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see148

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see146

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see144

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see142

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see142

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see139

Zelenski istedadlı sənətkardır Putindən həmin videoya münasibət

19 Dekabr 2025 13:59see138

Özbəkistan Azərbaycanla tarixi filmlər istehsalına başlayır “Dirik tarix” layihəsi

19 Dekabr 2025 17:14see138

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see135

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see135

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see135

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri