Icma.az
close
up
RU
Aydan başqa Ay da var

Aydan başqa Ay da var

Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Yer kürəsi ətrafında fırlanan digər Ay qalıqları da mövcuddur. Onlardan biri "Kamoalewa" asteroididir və uzun müddətdir tədqiqatçıların diqqətini cəlb edir. Astronomlar bildirirlər ki, bu cür "kvazi-peyklər" strukturuna malik olan Ay bənzərlərinin əksəriyyəti adıçəkilən planetin "övladlarıdır".
Reyting.az
xəbər verir ki, alimlər "Kvazi-Ay" nə deməkdir və nəyə görə "Kamoalewa" xüsusidir?" - sualını da cavablandırıblar.
Elm adamları deyir ki, , "Kamoalewa"nın (rəsmi nişanı 469219-dir, 2016-cı ildə açılıb) orbiti unikaldır: Günəş ətrafında fırlansa da, Yerin cazibə qüvvəsi onu o qədər çəkir ki, sanki Yerin ətrafında dövr edir. Məhz elə buna görə də, bu kosmik obyekt "Kvazi-Ay" adlanır.
2021-ci ildə xüsusilə maraqlı bir kəşfə imza atılıb, "Kamoalewa"-nın səthinin spektrinin "Apollon 14" tərəfindən geri gətirilmiş Ay torpağı nümunələrinə uyğun olması təsdiqlənib. Bu, yenilik bir daha onun Ayın parçasının olduğunu söyləməyə əsas verir.
Məlumata görə, Ay daima öz hissələrini itirir. Alimlərin fikrincə, Ayın zibilləri daha çox asteroidlərin təsirindən əmələ gəlir. Bir parça dağıntının Ayı tərk etməsi üçün o, minimum 2,38 kilometrlik sürətə çatmalıdır. Lakin bu, Yerin peykinə çevrilmək, həmçinin "kvazi-peyki" olmaq üçün kifayət deyil, çünki ona belə prosesi həyata keçirməkdən ötrü 2,86 kilometrə qədər optimal sürət, eləcə də xüsusi uçuş istiqaməti lazımdır.
Belə çıxır, ən yaxşı "başlanğıc nöqtəsi" Ayın uzaq tərəfindəki ekvator ərazisidir ki, orada qravitasiya şəraiti fraqmentin kosmosa uçmasının və yenidən Aya, eləcə də, Yerə çırpılmasının qarşısını almaqdan ötrü ideal məkandır. Elm adamları qeyd ediblər ki, "Kamoalewa" çox güman məhz belə bir ərazidən - Cordano Bruno kraterindən yaranıb.
Braziliya, Almaniya və Çexiya astronomlarının, eləcə də ABŞ-nın, NASA tədqiqatçılarının apardıqları elmi hesablamalar göstərib ki, Aydan atılmış bütün qalıqların yalnız 1,92 faizi yarımçıq Aya çevrilir, əksəriyyəti isə Yerə daha çox yaxın normal asteroid halına gəlir, yaxud da, Laqranj nöqtələrinin yaxınlığındakı qeyri-sabit orbitlərdə, yəni Yerlə Günəşin cazibə qüvvəsi arasında tarazlıq əraziləri çərçivəsində sona çatır.
Tədqiqatçılara görə, "kvazi-peyklə" qarşılaşmaq müxtəlif növ kiçik, həmçinin gizli Ay görmək deməkdir. Alimlərin fikrincə, gələcəkdə Yerin peyki olan belə ayların sayı çoxala bilər.

Oqtay QORÇU

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://reyting.az
archiveBu xəbər 24 May 2025 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see411

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see294

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see286

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see282

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see280

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see279

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see276

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see271

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see268

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see266

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see251

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see248

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see244

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see243

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see243

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see243

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see243

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see241

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see241

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see241
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri