Icma.az
close
up
RU
Aydar Kurmaşev: Azərbaycan ilə Qazaxıstan arasında ekspert əməkdaşlığının inkişafına diqqəti artırmaq lazımdır MÜSAHİBƏ

Aydar Kurmaşev: Azərbaycan ilə Qazaxıstan arasında ekspert əməkdaşlığının inkişafına diqqəti artırmaq lazımdır MÜSAHİBƏ

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Astana, 26 aprel, AZƏRTAC

Müasir dünyada regional səviyyədə strateji tərəfdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Qazaxıstan və Azərbaycan qarşılıqlı hörmət və ümumi maraqlara əsaslanan uğurlu əməkdaşlıq nümunəsi nümayiş etdirirlər. Qazaxıstan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar İnstitutunun Asiya tədqiqatları şöbəsinin müdiri Aydar Kurmaşev AZƏRTAC-a müsahibəsində nəqliyyat dəhlizlərindən tutmuş akademik qarşılıqlı fəaliyyətə qədər Qazaxıstan-Azərbaycan münasibətlərinin mövcud vəziyyəti və perspektivləri, eləcə də əlaqələrin möhkəmləndirilməsi üçün atılan addımlar barədə danışıb.

- Qazaxıstanla Azərbaycan arasında əməkdaşlığın prioritet istiqamətləri və perspektivləri hansılardır?

- Qazaxıstanla Azərbaycan arasında həm siyasi, həm də iqtisadi müstəvidə təmasların inkişafına kömək edən çox səmimi münasibətlər qurulub. Bu gün qarşılıqlı fəaliyyətin prioritet istiqamətləri nəqliyyat-logistika marşrutlarının inkişafı, eləcə də biznes strukturları ilə ekspert-akademik dairələr arasında əməkdaşlığın dərinləşdirilməsidir.

Nəqliyyat-kommunikasiya layihələri üzərində çox fəal şəkildə iş aparılır: sazişlər bağlanır, yol xəritələri hazırlanır. Artıq 2030-cu il üçün konkret məqsədlər, o cümlədən konteyner daşımalarının həcmlərinin artırılması və yük axınının genişləndirilməsi müəyyən edilib. Eyni zamanda, işgüzar əlaqələrin və ekspertlərin qarşılıqlı fəaliyyətinin inkişafına diqqəti artırmaq lazımdır.

Ekspert əməkdaşlığı mühüm rol oynayır, çünki bu, hər iki ölkənin biznes icmaları arasında məlumatlılığın artırılmasına, eləcə də regional tədqiqatların inkişafına, alim və analitiklər arasında ixtisaslı ekspertizanın formalaşmasına kömək edir. Bu, öz növbəsində, əməkdaşlığın gələcək inkişafı üçün konkret tövsiyələr formalaşdırmağa imkan verir.

İki ölkənin gəncləri üçün ekspert platformalarının yaradılması mühüm istiqamətdir. Bu platformalar yaşıl iqtisadiyyat, IT hakatonları, həmçinin birgə idman tədbirlərinin təşkil edilməsinə yönəldilə bilər ki, bu da şəxsi təmasların qurulmasına, qarşılıqlı məlumatlılığın artırılmasına və ticari-iqtisadi qarşılıqlı fəaliyyət potensialının açılmasına kömək edərdi.

- Ölkələrimiz arasında əlaqələrin tarixi və müasir əsasları hansılardır və cəmiyyətlərin qarşılıqlı məlumatlılığı necə artırıla bilər?

- Ən böyük məlumatlılıq regionlararası səviyyədə müşahidə olunur. Belə ki, Qazaxıstanın Manqistau vilayətində Azərbaycanla sıx işgüzar və gündəlik əlaqələr mövcuddur, o cümlədən qohumluq münasibətləri sayəsində. Eyni zamanda, Qazaxıstanın digər bölgələrində məlumatlılıq səviyyəsi xeyli aşağıdır. Şübhəsiz ki, qarşılıqlı əlaqənin tarixi kökləri var, lakin müasir gənclər bu əlaqələrin öyrənilməsində və müvafiq tədqiqatların aparılmasında kifayət qədər iştirak etmirlər. Ən aktual məsələlərdən biri də bu sahədə elmi işlərin və tədqiqatların kifayət qədər aparılmamasıdır.

- İkitərəfli münasibətləri gücləndirmək üçün elmi tədqiqatların və təhsil proqramlarının inkişafını necə stimullaşdırmaq olar?

- Məsələn, doktorantlar dissertasiya mövzusu olaraq Cənubi Qafqazı və ya Azərbaycanı seçəndə, onlar dar profilli mütəxəssislər kimi formalaşır, sonradan ekspert şərhi üçün media onlara müraciət edir. Bundan əlavə, belə mütəxəssislər ikitərəfli münasibətlərin inkişafı məsələləri üzrə dövlət qurumları üçün məsləhətçi ola bilərlər. Hökumətin qərarları bir qayda olaraq ciddi araşdırmaların nəticələrinə əsaslanır. Buna görə də universitetlərlə əməkdaşlıq çərçivəsində təhsil proqramlarının inkişafının stimullaşdırılması və məsələn, dəniz sənayesi sahəsində birgə fakültələrin yaradılması son dərəcə vacibdir.

- Xəzər regionunda turizmin inkişafı üçün hansı perspektivlər var və turistlər hansı çətinliklərlə üzləşirlər?

- Xəzər dənizinə təkcə təbii sərvətlər mənbəyi kimi deyil, həm də yeni iqtisadi istiqamətlərin inkişafı üçün perspektivli platforma kimi baxmaq lazımdır. Turizm ən perspektivli sahələrdən biridir. Eyni zamanda, müəyyən praktiki çətinliklər var: məsələn, internetdə Aktaudan Bakıya marşrutlar, xüsusən də bərə keçidləri ilə bağlı məlumat tapmaq çətindir.

Saytda məlumat əldə etmək zərurəti potensial turistlər üçün narahatlıq yaradır. Ölkələrimiz arasında viza rejimi sadələşdirilsə də, infrastruktur və xidmət səviyyəsi hələlik müasir səyahətçinin gözləntilərinə cavab vermir.

Bir sıra xarici ölkələrdə bütün turizm marşrutları və xidmətləri aydın şəkildə işlənib-hazırlanıb və onlayn rejimdə mövcud olduğu zaman, Qazaxıstan ilə Azərbaycan arasında turizm cəlbediciliyini və hər iki ölkənin vətəndaşları üçün rahatlığının artırılması üçün qarşılıqlı əlaqə daha da inkişaf etdirilməlidir.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Aprel 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see222

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see219

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see206

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see184

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see182

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see178

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see177

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see176

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see173

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see169

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see157

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see153

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see153

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see150

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see147

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see145

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see144

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see143

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see142

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri