Icma.az
close
up
RU
Politoloq: Qazaxıstan Azərbaycan əməkdaşlığının hələlik tam istifadə olunmamış böyük potensialları var

Politoloq: Qazaxıstan Azərbaycan əməkdaşlığının hələlik tam istifadə olunmamış böyük potensialları var

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

"Mərkəzi Asiyanın türkdilli dövlətləri ilə Azərbaycanın münasibətlərinin inkişaf etdirilməsi üçün gərəkən hər bir addım atılmalıdır. Hər iki tərəfin bu yöndə gördüyü işlərin dəyəri var. Qarşılıqlı səfərlər  münasibətlərin daha da inkişaf etdirilməsi üçün vacibdir. O cümlədən Qazaxıstan baş nazirinin Azərbaycana səfəri iki ölkə arasında iqtisadi, ticarət, turizm sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün imkanlar açacaq".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Aydın Quliyev deyib. 
"Qazaxıstan-Azərbaycan əməkdaşlığının hələlik tam istifadə olunmamış böyük potensialları var. Xüsusilə də iqtisadi, ticarət və investisiya sahəsində, eləcə də və orta dəhlizin üzərində əməkdaşlığın genişləndirilməsi yönümündə istifadə olunmamış imkanlar hələ də mövcuddur. Bərpa olunan yaşıl enerjinin istehsalı və ixracı sahəsində Qazaxıstanla Azərbaycanın əməkdaşlığının böyük perspektivi var. Eyni zamanda, Rusiyanın ərazisindən keçən Xəzər boru kəmərləri konsorsiumunda yaranmış problemlə bağlı Qazaxıstanın öz neftinin ixracında Azərbaycanın imkanlarından istifadəsinə həm ehtiyac yaranıb, həm də böyük imkanlar var".
O bildirib ki, Azərbaycan Bakı-Tbilis-Ceyhan boru xətti ilə, eləcə də Bakıdan Qara dənizin sahillərinə açılan boru kəmərləri vasitəsilə Qazaxıstan neftinin ixracı üçün öz imkanlarını artıq təklif edib:
"Təsadüfi deyil ki, artıq Qazaxıstanla Azərbaycan arasında milyon yarım tondan artıq neftin Azərbaycanın kəmərləri vasitəsilə ixracı üzrə artıq razılaşma var. Hər iki tərəfin bu miqdarı, nəql olunacaq neftin miqdarını artırmaq yönümündə planları və imkanları var. Bir sözlə, Qazaxıstan Mərkəzi Asiyanın ən böyük türk dövləti olaraq Azərbaycanla əməkdaşlığın, böyük imkanlarının ərəfəsindədir. Türkdilli ölkələrin əməkdaşlığının daha da genişləndirilməsi yönümündə də Azərbaycan, Qazaxıstan əməkdaşlığı geniş imkanlara malikdir. Azərbaycanla Qazaxıstanın yaxın olması Türk dünyasının bir birinə bir o qədər sıxlaşmasına dəlalət eləyən amillərdəndir. Eyni zamanda, Qazaxıstan-Azərbaycan əməkdaşlığı, Şərq-Qərb dəhlizinin imkanlarının daha da genişləndirilməsi yönümündən də əhəmiyyətlidir. Qazaxıstan bilirik ki, nüvə dövlətidir. Eyni zamanda, Qazaxıstan özünün təbii sərvətlərini dünya bazarlarına daha səmərəli şəkildə çıxartmaq yolları axtaran ölkədir. Hər iki sahədə həm Azərbaycanın nüvə enerjisinin dinc məqsədlərlə istifadə perspektivləri baxımından, həm də Qazaxıstanın təbii sərvətlərinin dünya bazarına çıxarılması baxımından Azərbaycanın təklif edəcəyi potensial imkanları var. Bir sözlə, Qazaxıstan Azərbaycan əməkdaşlığı həm ikitərəfli əməkdaşlıq, həm də bütün Türk dünyasının daha geniş inteqrasiyası yönümündə böyük əhəmiyyətə və təsirə malik olan əməkdaşlıq istiqamətidir".
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Mart 2025 21:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see254

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see201

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see164

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see145

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri