Icma.az
close
up
RU
Aydın Kərimov: Şuşada investorların sağlamlıq və kurort tipli obyektlər inkişaf etdirə bilməsi üçün ərazilər ayrılıb

Aydın Kərimov: Şuşada investorların sağlamlıq və kurort tipli obyektlər inkişaf etdirə bilməsi üçün ərazilər ayrılıb

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Azərbaycanın azad edilmiş ərazilərində muzeylər və müxtəlif obyektlər də fəaliyyət göstərir və bu proses qarşıdakı illərdə də davam etdiriləcək. Bu isə həm turistlərin, həm də ziyarətçilərin cəlb olunmasına xidmət edir".

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bu gün Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ikinci günündə bildirib.

Onun sözlərinə görə, turistlər yalnız şəhərdə qalmayacaqlar, yaxşı sağlamlıq və istirahət mərkəzləri, kurort tipli obyektlərin yaradılması onların şəhərdə daha çox vaxt keçirməsinə imkan verəcək:

"Bunun üçün artıq baş planımızda investorların sağlamlıq və kurort tipli obyektlər inkişaf etdirə bilməsi üçün müəyyən ərazilər ayrılıb. Hazırda beynəlxalq məsləhətçilərlə birlikdə investorların imkanları daha rahat dəyərləndirməsi üçün müvafiq fizibiliti (iqtisadi əsaslandırma) araşdırmaları aparılır. Bununla paralel olaraq, qonaqpərvərlik xidmətlərinin də səviyyəsinin yüksəldilməsi nəzərdə tutulur. Əsas məqsədlərdən biri də beynəlxalq tanınmış brendlərin Şuşada və ətraf ərazilərdə fəaliyyətə başlamasıdır".

Xüsusi nümayəndə səhiyyə infrastrukturuna gəlincə qeyd edib ki, dövlət proqramı çərçivəsində tələb olunan adi tibb müəssisələri də nəzərdə tutulub: "Artıq Səhiyyə Nazirliyinin dəstəyi ilə Şuşa Səhiyyə Mərkəzi istifadəyə verilib. Bu mərkəz həm ənənəvi səhiyyə xidmətləri göstərir, həm də özəl tərəfdaşlarla birlikdə sanatoriya və reabilitasiya proqramlarının həyata keçirilməsi üçün imkan yaradır. Burada cərrahiyyə sonrası reabilitasiya, fizioterapiya və digər xüsusi tibbi xidmətlər mümkündür.

Eyni zamanda, bu mərkəz bioloji biznes modelinin tətbiqinə də şərait yaradacaq. Çünki Şuşanın yaxınlığında məşhur mineral su ehtiyatları mövcuddur və hökumətin planı həmin suların şəhərə gətirilməsidir. Hazırda bu proses üzərində işlər aparılır və yaxın gələcəkdə reallaşdırılması gözlənilir".

"Nəticə etibarilə bütün bu addımların faydası və hədəfi vətəndaşlara, istifadəçilərə yönəlib. İnsanlar həm dəniz kənarında istirahət, həm də peşəkar tibbi xidmətlərdən yararlanmaq imkanı qazanacaqlar. Əgər onların paketlərinə dağ kurortları və sağlamlıq mərkəzləri də daxil edilərsə, bu yalnız onların xeyrinə olacaq.

Dünyanın bugünkü reallığında təkbaşına işləmək mümkün deyil. Burada əsas meyil əməkdaşlıqdır. İctimai səhiyyə sistemi, özəl səhiyyə sektoru, tədqiqat mərkəzləri, təhsil müəssisələri birgə fəaliyyət göstərməlidir. Bu, sinerji və qarşılıqlı əməkdaşlıq tələb edir. Azərbaycanın kontekstində isə xüsusilə ucqar bölgələrin də yüksək səviyyəli tibbi xidmətlərdən yararlanması böyük əhəmiyyət daşıyır", - A. Kərimov vurğulayıb.

Məhərrəm Əliyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://oxu.az
archiveBu xəbər 23 Sentyabr 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see143

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see137

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri