Aydın Məmmədov: “Hər biriniz potensial çempionsunuz”
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Gənclər və idman naziri Fərid Qayıbovun və Nazirliyin adından bütün qonaqları, paralimpiyaçılarımızı salamlayıram”.
İdman.Biz xəbər verir ki, bu sözləri Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov paraüzgüçülük üzrə ilk Azərbaycan çempionatının açılış mərasimində deyib.
“Ölkədə ilk dəfə belə bir yarışın keçirilməsi paralimpiya idman növlərinin inkişafına mühüm töhfə verəcək. İnanıram ki, bu hərəkat davamlı xarakter alacaq. Biz Nazirlik olaraq paralimpiya idmanının inkişafına hər zaman dəstək göstərməyə hazırıq. Bütün kateqoriyalardan olan vətəndaşlarımızın sağlamlığı dövlətimizin, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas prioritetlərindən biridir. Bu yarışda iştirak edən hər bir idmançı, medal qazanıb-qazanmamasından asılı olmayaraq, bizim üçün artıq qalibdir. Hər biriniz böyük potensiala malik çempionsunuz”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 18 İyun 2026 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















