Icma.az
close
up
RU
Aydın Mirzəzadə: “Onları tənqid edən şəxs Paşinyan deyil, tarixdir”

Aydın Mirzəzadə: “Onları tənqid edən şəxs Paşinyan deyil, tarixdir”

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

“Ermənistanın hər üç keçmiş prezidenti hazırkı vəziyyətə görə indiki hökuməti günahlandırmağa çalışırlar, lakin hakimiyyət biz gəlməmişdən əvvəl uğursuzluğa düçar olub”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, keçmiş prezidentlər Ermənistanın Baş naziri ilə teledebatlarda iştirakdan imtina edirlər. Lakin bu debatlar baş tutsa belə, Paşinyan Ter-Petrosyanı, Robert Köçəryanı və Serj Sarkisyanı divara sürtməklə hədələyib:

“2020-ci ildən biz hakimiyyətə gələndə qaçılmaz olan vəziyyətə görə bizi günahlandırmağa çalışırlar, lakin onların hər üçü teledebatlarda iştirakdan imtina edirlər. Onlar deyirlər ki, mənimlə müzakirə edəcəkləri heç nə yoxdur. Sonra övladlarını, nəvələrini, nəticələrini, qayınanalarını, gəlinlərini, baldızlarını mətbuat konfransına göndərirlər.

Mübahisə edəcək bir şeyin yoxdursa, susun. Hazırsınızsa, gəlin, danışaq. Əsəblərimizlə oynamağı dayandırın, sizi tapdalayacağam. Sizi divara sürtəcəyəm və siyasi cəsədlərinizin qalıqları oradan çıxarılacaq”.

Bununla bağlı "Cebheinfo.az"-a açıqlama verən millət vəkili Aydın Mirzəzadə bildirib ki, Ermənistanın keçmiş prezidentlərini tənqid edən şəxs Paşinyan deyil, tarixdir, onları zaman özü tənqid edib:

“Keçmiş üç prezidentin fəaliyyəti təkcə Azərbaycana deyil, eyni zamanda Ermənistana da ciddi problemlər yaradıb. Bu fəaliyyət Ermənistan dövlətçiliyinin inkişafını ləngidib, ölkəni regional layihələrdə iştirak imkanlarından məhrum edib və Ermənistanın türk dünyası üçün cəlbedici bir məkan olmaq potensialını aradan qaldırıb.

Bütün bunları Paşinyan dərk edir. Düzdür, onu tam səmimi bir lider hesab etmək olmaz. Çünki hakimiyyətə gələndən sonra “Qarabağ-Ermənistan” ifadəsini məhz o işlətmişdi. Əgər Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev olmasaydı, bu gün də Azərbaycan torpaqları Paşinyanın rəhbərlik etdiyi Ermənistanın işğalı altında qala bilərdi".

O qeyd edib ki, bu, Paşinyanın Ermənistan üçün fərqli bir inkişaf yolu planlaşdırmasından irəli gəlir:

"Lakin bu planın nə dərəcədə uğurlu olacağını demək çətindir. Çünki Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, zaman-zaman mövqelər dəyişir və götürdükləri öhdəliklərə sadiq qalmaqda problemlər yaşanır. Paşinyanın son bəyanatları isə Azərbaycan-Ermənistan münasibətləri üçün heç bir əhəmiyyət daşımır. Bu, Ermənistanın daxili siyasətinə aid olan məsələlərdir və nəticəsini də orada göstərəcək".

O bildirib ki, Azərbaycan-Ermənistan münasibətlərində artıq sülh müqaviləsinin mətni üzərində razılaşma əldə olunub:

"Hazırda isə münasibətlərin tam normallaşdırılması üçün əsas tələbimiz Ermənistan Konstitusiyasında dəyişiklik edilməsi və bu dəyişikliklərin həyata keçirilməsidir.

Əgər Ermənistan hesab edirsə ki, bu məsələni uzatmaq olar, çox böyük bir yanlışlığa yol verir. Bu günlərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov da bildirib ki, Ermənistan bu reallıqdan qaçmamalıdır".

Səbinə Uğur
"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:258
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Mart 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri