Ayətül kürsü oxudum ki, içindəki cinlər çıxsın Sevgilisini öldürən biznesmenin MƏHKƏMƏSİ
Icma.az, Lent az portalına istinadən məlumat yayır.
Bu gün Ağır Cinayətlər məhkəməsində hakim Səbinə Məmmmədzadənin sədrliyi ilə qətl törətməkdə təqsirləndirilən Emil Ağacanovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Lent.az xəbər verir ki, dövlət ittihamçısı ittiham aktını elan edib.
Təqsirləndirilən E. Ağacanov özünü təqsirli bilmədiyini qeyd edib:
"İradə 15 ildən çoxdur yanımda çalışırdı. Onun üçün hər şey etmişdim, ailəsinə çox dəstək olmuşam. Xristian olduğundan onun müsəlman olmağını istəyirdim ki, kəbin kəsdirib evlənək. Bizi ayıran şeytanlar olub. O ilk başda istəməmişdi namazı. Həmin gün dedim hamama keçib qüsullanaq. Hamama birinci İradə girdi. Girən kimi də qəfildən onun ayağı sürüşüb yerə düşdü, başı döşəməyə dəydi. İradəni qaldırıb qucaqladım "Ayətül - kürsü"nü oxudum ki, içindəki cinlər çıxsın. İradənin içində özü deyildi, mən boyda adamı divardan-divara vururdu. Sonra ora gələn qohumları deyirdilər ki, sən onu boğub öldürmüsən. İradə ölməyib, mənimlə indi də danışır, söhbət edirik. Deyir, biz elə bu cür də ayrılmalı idik. Onun bir gülüşünə dünyanı dəyişərdim. Mən düzdür, ailəliyəm, amma hamı mənim ona münasibətimi, sevgimi bilirdi. O xristian olduğundan evlənə bilmədik. Sizə məsləhət görürəm ki, "İpone" işlətməyin, o şeytan əməlidir. Çünki həmin vaxt tanış olduğum qadın zəng etmişdi, o telefondan sonra İradə pis oldu. Bizim mübahisəmiz ancaq iş üstündə olurdu, bilirsiniz də kişilər iş barəsində qadınlardan tənbəl olurlar. İradəni qohumlar öldürüb. Dedim buraxın məni, ona nəfəs verim. Qoymadılar, onlar öldürüb İradəni. 2024-cü ildə şeytanlar anama və bacıma hücum eləmişdilər, mən dua oxuyub onları qovdum. Məni narkotik istifadəsində ittiham edirlər. Amma mən nəşə çəkmişəm, xeyrini də hamı bilir. İradə marixuananı gizlədib qoymurdu çəkməyə. Namazdan qabaq çəkirdim, "Quran"da namaz qılan marixuana çəkə bilməz deyə heç nə yoxdur".
Zərərçəkənin hüquqi varisi Rəna Muradova E. Ağacanovun dediklərinin 80 faizinin yalan olduğunu deyib:
"Mənim bacım Emillə mağazada tanış olub. Mübasibətləri çox yaxşı idi. Emil tez- tez bizə qonaq gəlirdi. Bacımla münasibətləri də olsa, onlar bir evdə yaşamayıblar. Həmin gün İradə anama zəng etdi ki, mal sayırlar, evə gec gələcək. Ölümündən yarım saat əvvəl İradə binanın həyətinə düşmüşdü. Amma öləndən sonra gördüm ki, çılpaq olub, paltarlarının üstündə qan yox idi. Mənə Emilin işçisi zəng edib dedi ki, Emil İradəni öldürüb. Morqda bacımı görəndə onun burnu sınmışdı, ölü vəziyyətdə belə burnundan damcı-damcı qan gəlirdi. Bədənində qançırlar vardı. Məsciddə onu yuyan mürdəşir "Bu qadın zülm çəkərək ölüb" demişdi. Bədənindəki cızıqlar, göyərmələr yaralardan görünürdü ki, o yaşamaq üçün mübarizə aparıb. Mənim bacımı o evə göndərən Emilin bacısı olub. Burada olsaydı, ona suallarım olacaqdı. Mən Emili həmişə mədəni vəziyyətdə görmüşəm. Mən Emilə nifrət edirəm, o bacımın qatilidir. Bacımın ölüm səbəbi Emilin narkoman olmasıdır. Həmin gün morqda onun işçisi Orxanla danışanda o dedi ki, Emil hər istifadədən sonra bu hala düşür. Emil narkoloji dispanserdə yatıb, bunu İradə bilirdi, amma bizə demirdi. Çünki bilirdi ki, biz onun belə adamla münasibətdə olmasını istəməyəcəyik".
Məhkəmə növbəti şahid ifadələrinin dinlənilməsi üçün prosesi 29 yanvara təyin edib.
İttihama görə, qətl 2025-ci il avqustun 23-də Bakının Yasamal rayonunda baş verib. Paytaxt sakini İradə Muradovanın meyiti Emil Ağacanova məxsus mənzilin hamamında vannada paltarsız vəziyyətdə aşkar olunub. İlkin araşdırmalarla qadının Emil Ağacanov tərəfindən xüsüsi amansızlıqla qətlə yetirildiyi məlum olub.
Məlum olub ki, uzun müddət sevgi münasibətində olduğu İradənın evində narkotikin təsiri altında dini mahnılara qulaq asıb. Daha sonra onu bıçaqlayaraq öldürüb.
Təqsirləndirilən barədə ilkin olaraq həbs qətimkan tədbiri seçilsə də, daha sonra onun anlaqsız vəziyyətdə olduğu nəzərə alınaraq o psixiatriya xəstəxanasında məcburi müalicəyə cəlb olunaraq polisin nəzarətinə verilib.
Xatırladaq ki, hadisə 2025-ci il avqustun 23-də Bakının Yasamal rayonunda qeydə alınıb.Paytaxt sakini İradə Muradovanın meyiti Emil Ağacanova məxsus mənzilin hamamında vannada paltarsız vəziyyətdə aşkar olunub. İlkin araşdırmalarla qadının Emil Ağacanov tərəfindən xüsüsi amansızlıqla qətlə yetirildiyi məlum olub.
Onu da qeyd edək ki, Emil Ağacanov “Chermington Transportation Services” MMC, “AZRENT” MMC, “Caspi Style” MMC və Port Baku-da yerləşən italyan brendi “YAMAMAY”ın sahibi olub. Qətlə yetirilən İradə Muradova isə sahibkarın “YAMAMAY” mağazasının icraçı direktoru vəzifəsində çalışıb.
Emil Ağacanov barəsində Yasamal rayon Prokurorluğunda cinayət işi başlanılıb və onun barəsində həbs qətimkan tədbiri seçilib.Onun barəsində Cinayət Məcəlləsiin 120.2.4-cü (xüsüsi amansızlıqla adam öldürmə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:24
Bu xəbər 15 Yanvar 2026 18:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















