Məqsəd qadağalar tətbiq etmək deyil, şüurlu və məsuliyyətli dil seçimi formalaşdırmaqdır Media mütəxəssisi
Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Audiovizual media, xüsusilə televiziya gənclərin nümunəvi nitqinin formalaşmasında mühüm rol oynayır.
Sherg.az xəbər verir ki, bunu BDU-nun Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Xatirə Hüseynova “Audiovizual mediada Azərbaycan dilinin saflığının qorunması: yeni çağırışlar və qanunvericilik çərçivəsi” mövzusunda elmi-praktik konfransda deyib:
“Müasir informasiya cəmiyyətində dil yalnız ünsiyyət vasitəsi deyil, eyni zamanda milli kimliyin, mədəniyyətin və ictimai düşüncənin əsas daşıyıcısıdır. Xüsusilə gənc auditoriyanın dil vərdişlərinin formalaşmasında audiovizual medianın rolu bu gün daha güclü və çoxşaxəlidir". 
Alimin sözlərinə görə, televiziya, sosial şəbəkələr və rəqəmsal platformalar gənclərin danışıq tərzinə, söz ehtiyatına və üslubuna birbaşa təsir göstərir: “Bu gün audiovizual media faktiki olaraq alternativ dil müəlliminə çevrilib. Gənclər intonasiyanı, ifadə modellərini, normativ və qeyri-normativ dil formalarını əsasən ekranda gördükləri və eşitdikləri vasitəsilə mənimsəyirlər. Düzgün və səlis nitqin təşviqi qadağa və cəzalarla deyil, məsuliyyətli yanaşma ilə həyata keçirilməlidir. Dilimizin saflığının qorunması heç də kimisə qınamaq məqsədi daşımır. Məqsəd efirdə düzgün, səlis və anlaşıqlı danışıq mədəniyyətini möhkəmləndirməkdir. Çünki televiziya nümunədir və nümunə məsuliyyət tələb edir".
X. Hüseynova qeyd edib ki, televiziya bu gün də gənc auditoriyanın nitq mədəniyyətinə təsir göstərən ən nüfuzlu audiovizual vasitələrdən biri olaraq qalır:
“Xəbər və analitik proqramlarda televiziya dili hələ də "doğru və nümunəvi nitq forması" kimi qəbul olunur. Lakin əyləncəli verilişlərdə loru və normadan kənar danışıq gənclər üçün risk yaradır".
O, həmçinin audiovizual mediada dilin saflığının qorunması ilə bağlı bir sıra təkliflər səsləndirib:
“Televiziya serialları və uşaqlar üçün hazırlanan məzmun gənclərin nitqinə daha dərin təsir göstərir. Dil təhrif olunmuş formada təqdim edildikdə bu, gənclərin yaddaşında norma kimi möhkəmlənir. Məqsəd qadağalar tətbiq etmək deyil, şüurlu və məsuliyyətli dil seçimi formalaşdırmaqdır. Audiovizual media düzgün idarə olunduqda Azərbaycan dilinin saflığının qorunmasına real töhfə verə bilər".
Konfrans müasir informasiya cəmiyyətində audiovizual medianın dil mühitinə təsiri, dil normalarının qorunması və bu sahədə müşahidə olunan tendensiyaların elmi müstəvidə təhlili kimi aktual məsələlərə həsr olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 15 Yanvar 2026 20:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















