Ayətullah Xamenei dəfn olunubmu? “Bəzi fərziyyələrə əsasən...”
Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.
“Ayətullah Xameneinin dəfni ilə bağlı dəqiq məlumat yoxdur. Amma gizli və ya müvəqqəti dəfn ehtimalı yüksəkdir”.
Bunu “Yeni Sabah”a şərqşünas-yazar Kənan Rövşənoğlu bildirib.
O, İranın mərhum Ali Rəhbəri Ayətullah Xameneinin dəfni ilə bağlı hələ də rəsmi məlumatın açıqlanmadığını xatırladıb:
“Dəfn mərasiminə dair hazırda dəqiq məlumatların əldə edilməsi qeyri-mümkündür. Bəzi fərziyyələrə əsasən, Xameneinin gizli şəkildə dəfn olunduğu və ya ən azı müvəqqəti dəfn edildiyi ehtimal edilir.
İslam qaydalarına görə, xüsusilə müharibə şəraitində insanlar əvvəlcə müvəqqəti olaraq dəfn oluna bilər. Şərait sabitləşdikdən və davamlı atəşkəs əldə edildikdən sonra isə yenidən, yəni rəsmi dəfn mərasimi keçirilə bilər.
Bu baxımdan, mümkündür ki, artıq dəfn prosesi baş tutub, lakin əlavə problemlərin yaranmaması üçün bu məlumat rəsmi şəkildə açıqlanmayıb”.
Xatırladaq ki, Ayətullah Xamenei fevralın 28-də ABŞ-İsrail hava zərbələri nəticəsində iqamətgahında həlak olub və müharibənin davam etməsi ucbatından rəsmi dəfn mərasimi bir neçə dəfə təxirə salınıb.
Aytəkin Əzizqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:182
Bu xəbər 30 Aprel 2026 12:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















