Icma.az
close
up
RU
Aygün dedi ki, birdən mənə bir şey olsa, ölümümdən sonra ad versələr, götürməyin! Aygün Bəylərin bacısı ilə MÜSAHİBƏ Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Aygün dedi ki, birdən mənə bir şey olsa, ölümümdən sonra ad versələr, götürməyin! Aygün Bəylərin bacısı ilə MÜSAHİBƏ Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Azxeber media”nın "Gəl danış" rubrikasının buhəftəki qonağı Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Aygün (Hümbətova)dır.


- Salam Zümrüd xanım. Xoş gəlmisiniz.

- Salam, xoş gördük.

- Qarşıdan Aygün Bəylərin ildönümü gəlir. Bu ərəfədə istədik ki, sizinlə birlikdə onu xatırlayaq.

- Çox sağ olun diqqətinizə görə.

"Aygünün nigaran qaldığı, etmək istəyib lakin edə bilmədiyi şeylər var idi..."

- O, hər şeyi göz önündə yaşasa da, hamıya qaranlıq qalan anlar onun xəstəlik dönəmləri idi. Aygün xanımın son günlərini necə xatırlıyırsınız?

- O Türkiyədə olanda tez-tez əlaqə saxlayırdıq. Təbii ki, biz ondan, o da bizdən nigaran idi. Xəstə vaxtında insan bir az kövrək olur. İlk dəfə onun xəstəliyini biləndə çox ağır günlər yaşadıq. Aygün 47-48 kiloya düşmüşdü, heç yaxşı deyildi. Belə hal düz bir il yarım davam etdi. Bu müüddət ərzində sanki gedəcəyini hiss edirmiş kim hamı ilə çox mehriban olmuşdu. Bu zaman ərzində hər dəfə söhbət əsnasında mənə vəsiyyətlər edirdi, nigaran qaldığı şeylər, etmək istəyib lakin edə bilmədiyi şeylərdən mənə az-az danışırdı. 

- Vəfat edəcəyini hiss edirdi?

- Bəli! Özü hiss edirdi.

- Müsabirənizin birində belə bir ifadə var idi ki, son zamanlar küskün idi. Ətrafına qarşı, sanki içinə qapanmışdı. Niyə, kimdən küskün idi?

- Özü deyirdi ki, xəstəliyinə görə içinə qapanıb. Bəzən o qədər aqressiv olurdu ki, hamıdan uzaqlaşırdı. Özünü otağa bağlayırdı, günlərlə hamımızdan bir bəhanə ilə uzaqlaşırdı.  

- Bəlkə də istəmirdi onu o halda görəsiniz?

- Bəli, özü deyirdi ki, istəmirəm bu vəziyyətimi kimsə görsün. Həmin gecə də onunla görüntülü danışmışdım. Təxminən ayın üçü, dördünə keçən gecə səhərə yaxın onunla əlaqə saxladım. İnanın elə pis vəziyyətdə idi ki, özümü güclə saxlamışdım. 

- Son dönəmlərində özünü o qədər qapalı saxlayırdı ki, onun ölümü hamı üçün gözlənilməz oldu. Çünki biz onun çətinliklərindən, o xəstəliyin ağır periodlarından xəbərsiz idik.

- O heç istəməzdi də ki, onu elə görsünlər. Həyatı boyu necə qürurlu idi, elə qürurlu da getdi. İnanın ki, onun ölümü hələ təsdiqlənməmiş millət hamısı bizim qapıya toplaşmışdı.

"Aygün bu sənətdə bəzilərinin yolunda maneə idi, qaya idi, çəpər idi..."

- Mən dəfn mərasimində, həm cənazəsinin Azərbaycana gəlişində də, həm də vida mərasimində iştirak etmişdim. Əminliklə deyə bilirəm ki, onu qarşılayanlar arasında şou-biznes aləmindən çox kənd camaatı var idi. 

- Dəfndə çox böyük izdiham var idi. Suraxanı kəndindən əlavə, Bakının bütün kəndlərindən gəlmişdilər. Hətta rayonlardan belə onunla vidalaşmağa gəlmişdilər. Bəlkə də özü sağ olsaydı, bunları görsəydi, daha çox yaşayardı, ömrü uzanardı.

- Bəs kimlər gəlməmişdi? Gözünüz kimi axtardı, amma görmədi?

- Gözümüz çox adamı axtardı. Çünki bilirik ki, Aygün xanım çox adama bu sənətdə cığır açıb, dəstək olub. Ad çəkə bilmərəm çünki yadımda deyil, artıq bir ilə yaxın zaman keçib. Bu elə bir şeydir ki, hamımızın qapısında olacaq. Amma gəlməyənlər bəli, olub!

- Bu aləmdə Aygün xanımın konflikt yaşadığı, küsülü olduğu heç kəs olmayıb. Yəni, onun dəfn mərasiminə gəlməməkdə nə kim səbəb ola bilərdi?

- Nə bilim, hər kəsin öz fikri var. Düzdür, ölümə heç kim sevinməz, amma mən özüm özlüyümdə belə fikirləşdim ki, Aygün kimlərinsə yolunda maneə idi, qaya, çəpər idi. Çünki mən Aygünün vəsiyyətinə görə arada efirlərə çıxdım, onun mahnılarını oxudum. Hətta bir verilişdə Elza Seyidcahan açıq şəkildə dedi ki, "Mənim xoşuma gəlmir, sən Aygünün mahnılarını oxuyursan". Mən Aygünün sağlığında da onun mahnıılarını oxuyurudm və bu gün Aygün sağ olsaydı, 

heç kəs mənə bu sözü deyə bilməzdi. Mənim avazımdan Agünün avazı gəlir. Bir çox ifaçılar var ki, Aygünün mahnılarını oxuyurlar, yaşadırlar. Mahını azaddır, musiqi azaddır. Mahnıları oxunduqca sənətkar yaşayır. Amma mən onun bacısıyam və bu ən çox mənim haqqımdır. Aygün sağlığında bir çox mini disklərini verdi mənə ki, get oxu!

- Yəni, ailəsindən birinin onun mahnılarını oxuması daha doğrudur?

-Bəli! Məni tanıyanlar bilir ki, belə şeylərdən istifadə edəcək insan deyiləm.

- Amma niyəsə sizin Aygün xanımın vəfatından sonra onun sənətindən, statusundan istifadə etdiyinizi düşünənlər də var...

- Bəli, amma əsla elə deyiləm. Ən böyük hakim Allahdır. Allah hər şeyi görür. Mən hətta Aygünün sağlığında toylara belə gedəndə, deyirdim ki, demeyin Aygünün bacısı Zümrüd. İstəmirdim Aygün desin ki, mənim adımdan istifadə etmə. Belə şeylərə qalası olsa, mən Aygündən elə sağlığında istifadə edərdim.

- Deyilənə görə sizə efirlərə çıxmağa maneə törədirdi Aygün xanım?

- Yox, maneə deyil. Sadəcə olaraq, o kişi xarakterli idi. Deyirdi ki, səni diri-diri udarlar. O, musiqidə də, giyimdə də, necə gəldi, elə də getdi. Aygün bir külək idi, gəldi, əsdi və getdi. Hər kəs Aygün ola bilməz. O düşünürdü ki, mən bacarmayacağam. Yəni bilirdi ki, mən sənəti yarım buraxıb gedəcəyəm. Əslində mən 15-16 yaşımdan oxuyuram. Biz anadan musiqiçi doğulmuşuq. Bacım Aynurun da gözəl səsi var, o da qadın el şənliklərinə gedir. Hər zaman düşünmüşük ki, nəsilə bir Aygün bəsdir. O baxımdan biz hər zaman Aygünə dəstək olmuşuq. Onun adı olmasa da, xalqın artistidir. Mənim üçün də şəxsən o, ölməyib, yaşayır. Mən ona "mənim sənətkarım" deyirəm. Axırıncı arzusu da sonuncu konsertini vermək idi. 

- Çox məhtəşəm konsert idi. O konsertdə xəstəliyinin bütün ağrı-acısı üzündə yazılmışdı və mən bilirəm ki, həmən günü onun səhhəti də pisləşmişdi...

- Bəli! Həmin gün səhhəti çox pis idi. Təzyiqi qalxmışdı. Səhnəyə yarım saat gecikdiyi üçün otaqda ağlayırdı. Ağlaya-ağlaya gəlib səhnədə tamaşaçılardan üzr istədi. 

- Çox güman ki, həmin yarım saat onun sənətində heç nəyi dəyişdirmədi...

- Bəli! Artıqlaması ilə son borcunu tamaşaçısına verdi.

- Cananla bağlı hansı arzuları var idi?

- Çox arzuları var idi. Onu "Bülbül" adına musiqi məktəbinə qoymuşdu. İstəyirdi ki, musiqiçi olsun. Amma Canan istəmirdi və rəssamlığı seçdi. Şükürlər olsun ki, Canan bu gün Aygünün onu görmək istədiyi yerdədir. İnşallah, gözəl həyatı, təhsili, savadı olsun. 

"Birdən mənə bir şey olsa, ölümümdən sonra ad versələr, götürməyin!"

- Vəfatından sonra Aygün Bəylərə Xalq artisti adı vermək təklif olunmuşdu. Bu barədə ailəsinə təklif oldumu? 

- Yox, təklif olmadı. Heç biz gözləmək də. Aygün konsertdən öncə mənimlə bu haqda danışmışdı. O, bu adı çox istəyirdi. Deyirdi ki, konserti gözləyirəm, bitsin, mənə Xalq artisti adı verəcəklər. Hər bayramda günləri sayırdı. Sonra ki, halı dəyişdi, vəziyyəti ağırlaşdı. Türkiyəyə gedənə yaxın dedi ki, "Birdən mənə bir şey olsa, ölümümdən sonra ad versələr, götürməyin!". İncidi... Çünki Aygün illərlə o ada görə çalışdı, bacardığını elədi. Amma layiqincə istədiyini ala bilmədi. Ona görə küsdü, və vəsiyyət elədi ki, məni Yeni Suraxanı qəbiristanlığında dəfn edin, Fəxri xiyabanı istəmirəm. Ona görə də biz onun vəsiyyətini böyük hörmətlə yerinə yetirdik.

- Çəkiliş komandamızla onun məzarını ziyarət etdik. Məzar daşında diqqətimizi böyük tut ağacı budağı çəkdi. Qaval və tut ağacı kimin ideyası idi?

- Aygün Bəylər deyiləndə "Tut ağacı", "Tut ağacı" deyiləndə isə Aygün Bəylər yada düşür. Onları bir-birindən ayırmaq olmazdı. Qavalı isə hər zaman onun əlində olub. Fikirləşdik ki, tut ağacı simvolu olsun. Çox gözəl bir şey alındı. O məzarın ərsəyə gəlməsində ailəsi, Aygün səvərlər, Aygünün əzizləri, yaxınları hamısı bizə dəstək olub.

- Bu məzar daşının hazırlanmasına nə qədər vəsait xərclənib?

- Bəli. Həm də əziyyətli bir iş idi. Mart ayından bəri onun üzərində işləmək çox ağır əziyyətdir. Ən böyük təşəkkür isə heykəltəraş Natiq Əliyevə düşür. 

"Aygünün möhür vurduğu mahnıları ifa edirlərsə, onun adını çəksinlər!"

-  Bu gün Aygün xanımın mahnılarının müəlliflik hüquqları var? Onları oxuyan müğənnilər icazə alırlar?

- İnanın ki, bu böyük problemdir. Mahnıları oxuyanlar sağ olsunlar. Çox gözəl şeydir ki, Aygünün mahnılarını yaşadırlar. İcazə almağa ehtiyac yoxdur, halallıq almağa da ehtiyac yoxdur. Bu mahnıları Aygün onsuz da xalq üçün ifa edib. Bəlkə də müəlliflərdən icazə alırlar, bunu bilmirəm. Amma mən hərdən çox inciyirəm ki, o müğənnilər rəhmətliyin adını çəkmirlər. Sanki gözləyirdilər ki, Aygün dünyasını dəyişsin, onun mahnılarını sahiblənsinlər. Mən özüm də oxuyuram. Sadəcə olaraq istəyim budur ki, Aygünün möhür vurduğu mahnıları kimsə ifa edirsə, onun adını çəksin, rəhmət oxusun.

- Sizcə, Aygün Bəylərin bu gün sənətdə olmamağına sevinənlər var?

- Sevinənlər deməzdim, amma Aygünü çəpər kimi görənlər var idi. 

- Aygün xanım sağ olanda şəxsi həyatıyla bağlı ona sual ünvanlanmazdı. Öləndən sonra isə onun haqda çox danışılmağa başlandı. Buna səbəb nədir?

- Bu da fürsətdən istifadə idi. Məni verilişə çağıranda əvvəlcədən maraqlanıram mövzu nədir, suallar nə olacaq? Deyirəm şəxsi  suallar olmasın. Hamısı deyir ki, problem yoxdur, narahat olmayın. Amma gedirsən, 2 sual sənətindən olursa, qalanları şəxsi mövzuda verilir.  Olmaz! Çünki Canan da böyük qızdır, özü böyüyəcək, 18 yaşında, inşallah, ağlı kəsəcək. Biləcək nə nədir, öz həyatını quracaq. Aygün bir il yarım xəstə yatdı. Heç bir jurnalistŞ müğənni, sənətçi onun balasıyla, onun özüylə, səhhətiylə, maraqlanmadı. Yəni, il yarım heç kim axtarmadı. İndi isə hamı deyir yazıq Canan necə dolanır, kim baxır,Ş atasının yanına getdi. Mən əsəb keçirdirəm bunlardan. Aygün xəstəlik dönəmlərində daha işləmirdi. Kim maraqlandı ki, Canan necədir? Aygünün hər zaman dəstəkçiləri olub, şükür hər bir şeyi də var idi. Məsləhət bilsə Aygün özü şəxsi həyatını çıxıb danışardı. Səhv eləmirəmsə, bir-iki dəfə çoxdan danışmışdı. Canan yaxşıdır, atasının yanına getməyib. Avropa-Azərbaycan məktəbində oxuyur. Gələcəkdə də atası ilə münasibət qurub-qurmamağa özü qərar verəcək.

- Səsiniz Aygün xanımın səsinə çox bənzəyir, onun mahnılarını da ifa edirsiniz. Gələcəkdə onun mahnılarından ibarət bir layihə təqdim edərdiniz?

- Çox istəyərdim ki, albomum olsun. Aygünün mühürünü vurduğu mahnılar Zümrüd Aygünün ifasında səslənsin. Mən sadəcə onun sənətini davam etdirmək istəyirəm. Niyə? Çünki ilk olaraq bu Aygünün vəsiyyəti, ikinci isə Aygünün səsini və mahnılarını səvənlərə görə olduğu üçün. Başqa mənim heç bir güdəcəyim şey yoxdur.

- Bəzi aparıcılar var ki, zamanında Aygün xanımın verilişlərdə iştirakından reytinq əldə edirdilər. Bu gün onlar Aygün xanımı xatırlayırlarmı?

- Xatırlayırlar ara sıra, amma heç nə Aygünün sağlığındakı kimi deyil. Mənə deyirlər gəlin, Aygün xanım haqda veriliş hazırlayırıq. Rəhmətlikdən bəhs edən anonslar verilir, mən də inanıb gedirəm. Bir mahnı oxuyuram, iki kəlimə sual verirlər, vəssalam. Yenidən hərə öz ab-havasına qayıdır. Bunlar mənə bir az pis təsir edir. Mən oxumağa görə yox, Aygündən danışmağa, ona həqiqətən də layiq bir veriliş olsun deyə gedirəm. Mənim həyatda bir sənətkarım var, o da Aygündür. O, mənim üçün hələ də yaşayır. Qəlbimdə bir onun səsi, sözü, onun danışığı, onun gülüşü var. Aygün gəlişi ilə bir iz qoydu, gedişi ilə də hamını yandırdı. Deyirdi ki, mən canımı sənətə qurban verdim. Küskünlükləri də buna görə idi.

Aysel Hacızadə

Xanlar Əlizadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 19 Noyabr 2024 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri