Aygün Kazımova ölüm ayağında olan məhbus qardaşına baş çəkdi FOTO
Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
Xalq artisti Aygün Kazımova Ədliyyə Nazirliyinin müalicə müəssisəsində olub. Aygün Kazımova orada ağır durumda olan qardaşı Kazım Ələsgər oğlu Kazımzadəyə baş çəkib.BAKU.WS "Yeni Müsavat"a istinadən xəbər verir ki, bu haqda Kazım Kazımzadənin oğlu Ələsgər Kazımzadə məlumat verib."Atam 2018-ci ildən müalicə müəssisəsində saxlanılır. Onu ötən il müayinə etdilər. Məlum oldu ki, 3-cü dərəcəli xərçəngdir. O vaxtdan müalicə müəssisəsinə köçürüblər, orada saxlayırlar. Atam əməliyyat olunmalıdır. Müalicə müəssisəsində isə belə bir imkan yoxdur. Xəstəliyə qədər atamın 80 kiloqram çəkisi vardı, hazırda 40 kiloqrama qədər arıqlayıb, ağzından qan gəlir, artıq danışa da bilmir. Biz dəfələrlə müraciət etmişik ki, atamı azad etsinlər, onu əməliyyat etdirək. Məktublar yazmışıq. Amma baxan yoxdur. Məcbur qalıb saytlara da, qəzetlərə də müraciət etdik" deyə, Ə.Kazımzadə bildirdi.Onun sözlərinə görə, bibisi Aygün Kazımova qardaşının ölüm ayağında olmasını mətbuatdan xəbər tutub:"Bizim onunla əlaqəmiz yoxdur. İndi elə vəziyyətdir ki, hər yerə əl atırıq ki, atamı xilas edək. Mən rayondaydım, bu gün Bakıya gəlmişəm. Dedilər ki, bibim ora gedib, əsəbiləşib. Biz istəyirik ki, atamı azad etsinlər, müalicə edək. Orada müalicə üçün imkanlar yoxdur".
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Qalereya
Bu mövzuda digər xəbərlər:Aygün Kazımova geyimi ilə diqqət çəkdi Video
25 Noyabr 2024 09:55
Aygün Kazımova Xəyyamla fotolarını PAYLAŞDI FOTO
14 Noyabr 2024 09:21
Aygün Kazımova qızından danışdı
26 May 2025 13:27
Aygün Kazımova dəyişdi Video
11 Yanvar 2025 12:02
Aygün Kazımova mirvariyə büründü
01 Dekabr 2024 15:11
Baxış sayı:54
Bu xəbər 11 Noyabr 2025 03:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















