Aygün Kazımovadan “Nigaranam” sürprizi Britaniyalı müğənni ilə duet
Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xalq artisti Aygün Kazımova illərdir dillərdən düşməyən “Nigaranam” əsərini yeni tərzdə təqdim edib.
Axşam.az xəbər verir ki, Pop Diva bu dəfə məşhur mahnını britaniyalı müğənni Fredrik Ferrierlə duet şəklində ifa edib.
Musiqisi Kamala, sözləri Baba Vəziroğluna məxsus olan “Nigaranam” yeni aranjimanda səsləndirilib. Mahnının yeni versiyasını Fredrik Ferrier və Eşqin Ağayev aranjiman edib. Bəstənin ingilis dilindəki hissəsini isə Fredrik Ferrier və Ceyms Tadgell tərcümə edib.
Ölkənin əsas ulduzu mahnının yeni versiyasını ilk dəfə “GabalaFest”in bağlanış mərasimində ifa edib. Aygün Kazımova və Fredrik Ferrierin səhnə performansı böyük maraqla qarşılanıb.
Qeyd edək ki, mahnını ilk dəfə A.Kazımova 2005-ci ildə təqdim edib. Xalq artistinin repertuarında yer alan “Nigaranam” mahnısına zaman-zaman bir çox ifaçılar da müraciət ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 02 Oktyabr 2026 11:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















