Icma.az
close
up
RU
Ayıq başla... Fırıldaqçıların tələsnə düşməyək

Ayıq başla... Fırıldaqçıların tələsnə düşməyək

Icma.az bildirir, Azvision saytına əsaslanaraq.

Son dövrlərdə xarici ölkələrdə fəaliyyət göstərən çağrı mərkəzləri vasitəsilə vətəndaşların aldadılması halları artır. Özlərini hüquq-mühafizə orqanlarının əməkdaşları, dövlət qurumlarının nümayəndələri və ya texniki xidmət işçiləri kimi təqdim edən şəxslər müxtəlif psixoloji üsullardan istifadə edərək insanlara ciddi maddi zərər vururlar.
Mütəxəssislərin fikrincə, bu cür fırıldaqçılıq hallarında əsas vasitə psixoloji manipulyasiyadır. Psixoloqlar bildirirlər ki, manipulyasiya insanın zəif tərəflərinə təsir etməklə emosional “tələ” yaratmağa əsaslanır. Əvvəllər daha çox asan qazanc vədlərindən istifadə olunurdusa, hazırda əsasən hüquqi məsuliyyət qorxusu ön plana çəkilir. Bu isə bəzi hallarda insanların böyük məbləğlər ödəməsinə, hətta əmlaklarını satmasına səbəb olur.
Ekspert qeyd edir ki, oxşar psixoloji təsir üsullarından yalnız fırıldaqçılar deyil, bəzi dini qruplar və reklam kampaniyaları da istifadə edir. İnsanlarda qəbul olunmaq, diqqət çəkmək və ya daha yaxşı həyat arzusu kimi hisslər manipulyasiya alətinə çevrilir.
Manipulyasiyanın əsas əlamətləri
Yaltaqlıq – süni şəkildə özəl və dəyərlilik hissi aşılamaq;
Qorxutma – cəza və ya təhlükə ilə bağlı təzyiq göstərilməsi;
Günah hissi aşılamaq – edilməmiş hərəkətlərə görə məsuliyyət yüklənməsi;
Tələsməyə məcbur etmə – qərar vermək üçün vaxtın az olduğunu iddia etmək;
Saxta seçim təqdim etmək – hər iki variant manipulyatorun xeyrinə olur;
Məlumatın gizlədilməsi – yalnız birtərəfli informasiyanın təqdim olunması;
Məhdudluq effekti – “indi etməsən, gec olacaq” kimi iddia.
Necə qorunmalı?
Mütəxəssislər belə hallarda emosional deyil, rasional davranmağı tövsiyə edir. Əsas yanaşmalar aşağıdakılardır:
Qərar verməyə tələsməmək və vaxt qazanmaq;
Qarşı tərəfin təzyiq etdiyini açıq şəkildə üzünə vurmaq;
Şəxsi sərhədləri qorumaq;
Səbrli olub, emosional halda qərar qəbul etməmək;
Şübhəli məlumatları müstəqil şəkildə yoxlamaq.
Qeyd edək ki, insan öz ehtiyaclarını və prioritetlərini düzgün dərk etdikdə manipulyasiyaya qarşı daha dayanıqlı olur. Əsas məsələ başqalarının təsiri altına düşmədən qərar vermək və şəxsi maraqları qorumaqdır.
Bəzən fırıldaqçılar ayrı-ayrı şəxslərin messencer hesablarını ələ keçirməyə çalışırlar. Bunun üçün çox vaxt müxtəlif şirnikləndirici hədiyyələr təklif edirlər. Oğurlanan hesablar vasitəsilə fişinq linkləri göndərilir, istifadəçilər saxta botlara yönləndirilir, həmçinin bank və dövlət xidmətlərinə çıxış əldə edilməyə çalışılır. Bundan əlavə, şəxsi yazışmalardan əldə edilən məlumatlar şantaj və ya maliyyə vasitələrinə giriş üçün istifadə oluna bilər.
Kibercinayətkarlara lazım olan hesabın özü deyil, onunla bağlı formalaşmış etibardır. Yəni bilinən ad, profil şəkli, yazışma tarixçəsi və kontaktlar siyahısı cinayətkarların imkanlarını xeyli genişləndirir.
Ələ keçirilmiş hesab vasitəsilə yalnız bir nəfər deyil, onun yaxın ətrafı – ailə üzvləri, həmkarları, valideynləri, bir sözlə bütün çevrəsi də hədəfə çevrilir. Bu səbəbdən fırıldaqçılar avtorizasiya kodlarını əldə etməyə və messencerlərə giriş qazanmağa çalışırlar.
Tələyə düşməyərək hesab təhlükəsizliyini qorumaq üçün iki mərhələli identifikasiyadan istifadə etmək, avtorizasiya kodlarını heç kimlə paylaşmamaq və hətta tanış hesabdan gələn mesajlara qarşı ehtiyatlı yanaşmaq tövsiyə edilir.
Məhəmmədəli Həsənli
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://azvision.az
archiveBu xəbər 27 Mart 2026 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see327

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see311

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see284

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see273

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see270

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see257

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see246

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see243

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see233

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see227

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see220

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see219

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see213

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see204

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see203

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see200

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see200

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see193

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see189

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri