Icma.az
close
up
RU
Ayıq sürücü xidmətindən istifadə edənləri bu təhlükə gözləyir “BOLT”dan TƏKLİF VAR VİDEO

Ayıq sürücü xidmətindən istifadə edənləri bu təhlükə gözləyir “BOLT”dan TƏKLİF VAR VİDEO

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ölkəmizdə sürücülərin ən çox şikayət etdiyi məsələlərdən biri də ayıq sürücülərlə bağlı yaranan problemlərdir. Nəqliyyat vasitəsi idarəçiləri vaxtaşırı istər istirahət mərkəzlərindən, kafe və restoranlardan çıxarkən ayıq sürücü xidmətindən istifadə etdiklərini, lakin problem yarandığını bildirir. Belə ki, özünü ayıq sürücü xidmətinin işçisi kimi təqdim edən şəxslərin ya qəza törətməsi, ya da avtomobili qaydalara zidd şəkildə idarə etməsi nəticəsində cərimələnməyə səbəb olması narazılıqların artmasına gətirib çıxarıb. Bu məsələnin qarşısı bəzi hallarda hüquq-mühafizə orqanları tərəfindən alınır, o şərtlə ki, ayıq sürcü kimi özünü təqdim edən şəxsin kimliyini müəyyən etmək mümkün olsun.

Məsələnin həlli istiqamətində “Bolt” şirkəti təklif irəli sürüb. Nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-ın sosial şəbəkə hesablarında canlı yayım zamanı “Bolt”un təklifini sürücülərə təqdim edib. O bildirib ki, şirkətin bu təklifi artıq sürücüləri restoran və kafelərdən mənzil başına daha əmin şəkildə çatmalarına tam təminat verəcək:

“Son dövrlər ayıq sürücülərin davranışları ilə bağlı xeyli şikayət eşidirik. Bəzi sürücülər restoranlarda, istirahət mərkəzlərində yeyib-içirlər, daha sonra çıxışda restoran təklif edir ki, ayıq sürücü barəsində köməklik edə bilərlər. Ayıq sürücünü çağırıb tanış edir və maşına minib yola düşürsünüz. Bu zaman yolda qəza baş verir. Təbii ki, maşından düşüb həmin dəqiqə ayıq sürücünü tutub saxlaya bilmirsiz. Bir də ayılırsız ki, həmin o ayıq sürücü hadisə yerindən qaçıb. Restoranla danışırsız, onlar da bildirirlər ki, o şəxsi heç tanımırlar, gəlib qapıda dayanır, onlar da təklif edirlə, axtarırsız, tapmırsız. Yaxud da ki, restorandan çıxanda yolun kənarında kiminsə “ayıq sürücü xidməti” deyə qışqırdığını eşidirsiz. Yaxınlaşıb salamlaşırsız, sonra Binəqədidəki filan ünvana neçəyə apardığını soruşursuz. Bildirir ki, 20 manata. Əyləşirsiz maşına, yola düşürsüz, yolda nə məlumat alırsız, nə nömrəsini öyrənirsiz. Bəlli bir ad yox, təmsil etdiyi şirkət yox, adını Əli də desə inanacaqsız, Vəli də desə. Sonra sizə sürət həddini aşmağa görə, yaxu başqa bir qayda pozuntusuna görə cərimə gəlir. Səhər ayılırsız, heş nə yadınıza düşmür, çünki siz də içkili olmuşduz. O şəxs bəlkə də narkoman idi, bəlkə də içkili idi, özünü sizə ayıq sürücü kimi təqdim etmişdi.

Belə situasiyalardan uzaq olmaq üçün rəsmi qaydada fəaliyyət göstərən ayıq sürücü xidmətlərindən istifadə etmək daha faydalıdır. Biz tərəfdaşımız olan “Bolt” şirkəti ilə də bu məsələni müzakirə etdik. Şirkətdən bizə “Bolt”un ayıq sürücü xidməti barədə detallı məlumat verildi. Məlumatda qeyd edilir ki, əgər “Bolt”un mobil tətbiqi varsa, tətbiq üzərindən sifariş verirsiz və məsafəyə görə sizin üçün qiymət müəyyənləşir, sürücü yaxınlaşır sizə və gedəcəyiniz ünvana sizi aparır. Əgər mobil tətbiqiniz yoxdursa, o zaman *1020 çağrı mərkəzinə zəng edib ayıq sürücü xidmətindən yararlana, sifariş verə bilərsiz. Çağrı mərkəzindən ayıq sürücünü sizə yönləndirirlər və siz təhlükəsiz şəkildə lazımı ünvana çatdırılırsız.

“Bolt” şirkətinin bizə təqdim etdiyi məlumatda bildirilir ki, “ayıq sürücü” kateqoriyası xüsusilə avtomobil sahibləri üçün nəzərdə tutulub. Bəzi hallarda yorğunluq, səhhət problemləri və ya spirtli içki qəbul edildiyi zaman təhlükəsizliyin qorunması üçün sükan arxasına əyləşmək qəti qadağandır. Bu hallarda Bolt tətbiqi vasitəsilə ayıq sürücünün sifariş edilməsi tövsiyə olunur.

Qeyd olunan kateqoriya artıq 1 ildən çoxdur ki, aktivdir. Sürücülərin seçim mərhələsinə ciddi yanaşılır və burada bir neçə meyar nəzərə alınır: Bunlar - sürücünün sənədlərinin qaydasında olması, sürücülük təcrübəsi, sürücülük tarixçəsi (qanun pozuntuları, cərimə balları, qəzalar) ilə bağlı məlumatlardır.

Seçim kriteriyaları arasında yaş həddi də var – ayıq sürücü xidmətini göstərən şəxs 23 yaşdan yuxarı olmalıdır. Həmçinin hər bir sürücü ilə mütəxəssis tərəfindən müsahibə keçirilir və sürücülük bacarığını yoxlamaq üçün “test drive” (praktiki sınaq sürüşü) təşkil olunur. Burada əsas diqqət qaydaların bilinməsinə və təhlükəsizlik tələblərinə riayət olunmasına yönəldilir.

Qeyd edək ki, ayıq sürücü kateqoriyası tam şəkildə sığortalanıb – yəni həm sərnişin, həm sürücü, həm də nəqliyyat vasitəsi sığorta ilə təmin olunur. Üstəlik, bu xidmət çərçivəsində 15 000-dək avtomobil və sərnişin sığorta ilə əhatə olunur”.

Elməddin Muradlının “Bolt” şirkətinin ayıq sürücü xidməti ilə bağlı şərh verdiyi həmin canlı yayımı sizə təqdim edirik:

Səfər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 11 Sentyabr 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see270

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see200

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see197

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see186

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see154

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see148

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see145

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see145

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see143

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see141

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see137

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see137

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri