Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

“Ayıq sürücü”lərin təhlükəli xidməti Kriminala bağlanan “Bolt”

“Ayıq sürücü”lərin təhlükəli xidməti Kriminala bağlanan “Bolt”

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


Son vaxtlar Bolt şirkətinin “ayıq sürücü” xidməti ilə bağlı şikayətlər sürətlə artır. Müştərilər bildirirlər ki, sifariş verdikdən sonra qarşılaşdıqları vəziyyət nə xidmət anlayışına, nə də təhlükəsizlik tələblərinə uyğun gəlir.

Bakupost.az-a müraciət edən istifadəçilərin sözlərinə görə, tətbiqdə göstərilən qiymətlər real vəziyyətdə dəyişdirilir, sürücülərin davranışı isə bəzən qorxu və gərginlik yaradır.

İddialara görə, sifariş təsdiqləndikdən sonra sürücülər müştərilərə zəng edərək göstərilən məbləğlə razılaşmır və azı 50 faiz, bəzən isə ikiqat artıq pul tələb edirlər. Bu, istifadəçilər tərəfindən aldatma və dələduzluq cəhdi kimi qiymətləndirilir.

Daha narahatedici məqam isə qiymət artımına etiraz edən müştərilərə qarşı bəzi sürücülərin hədə-qorxu gəlməsi, aqressiv danışması və psixoloji təzyiq göstərməsi ilə bağlı iddialardır. Şikayətçilərin sözlərinə görə, “Bolt” sürücülərinin davranışı nə xidmət sektoruna, nə də normal ictimai münasibətlərə uyğundur – onlar cinayətkar aləmin nümayəndələri, küçə üslubunda davranan şəxslər təəssüratı yaradır.

İstifadəçilər bildirirlər ki, sürücülər bəzən ümumiyyətlə, ünvana gəlmədən əvvəlcədən zəng edərək qiyməti ikiqat artırır, digər hallarda isə ünvana çatdıqdan sonra əlavə pul tələb edərək müştərini fakt qarşısında qoyurlar. Bu isə birbaşa olaraq insanların təhlükəsizliyini risk altına salır.

Bu faktlar “Bolt”un sürücü seçimində və nəzarət mexanizmlərində ciddi boşluqların olduğunu göstərir. Şirkət sürücü qəbul edərkən şəxslərin keçmişini, davranışlarını və etik uyğunluğunu lazımi səviyyədə yoxlamır, əsas diqqəti isə xidmətin keyfiyyəti və müştəri təhlükəsizliyi deyil, say və gəlir üzərində cəmləyir.


Qanunvericiliyə görə, nəqliyyat və şəxsi təhlükəsizliklə bağlı xidmət göstərən platformalar:

• müştərilərin təhlükəsizliyini prioritet saymalı,

• sürücülərin şəxsiyyətini və uyğunluğunu yoxlamalı,

• tətbiqdə göstərilən qiymət şərtlərinə əməl etməli,

• istehlakçılara qarşı təzyiq, hədə və aldatmaya yol verməməlidir.

Ekspertlər bildirirlər ki, sifariş təsdiqləndikdən sonra qiymətin dəyişdirilməsi və xüsusilə də təzyiq yolu ilə əlavə pul tələb edilməsi artıq sadə narazılıq yox, hüquqi məsuliyyət doğuran hal kimi qiymətləndirilə bilər.

Mətbuatda “Bolt”la bağlı narazılıqlar daha əvvəl də işıqlandırılıb. Məsələn, Bakıda “Bolt” taksi sürücüsünün müştərini söyərək təhqir etdiyi və inzibati qaydada həbs olunduğu xəbərləri yayılmışdı.

Bundan başqa sürüxülərin aərnişinləri təhqir və təhdid etməsi faktları da dəfələrlə ictimailəşib.

Qlobal kontekstdə də Bolt-la bağlı təhlükəsizlik narahatlıqları mövcuddur. Məsələn, Phuket (Tailand) polisinin bir Bolt sürücüsünü gecə səfəri zamanı sərnişinə qarşı cinsi hücumla bağlı saxladığı xəbərləri yayılıb.

Bu halların ictimaiyyət arasında müzakirə olunması göstərir ki, zaman-zaman “Bolt”un xidmət keyfiyyəti və sürücü davranışları ilə bağlı narazılıqlar mətbuatda yer alır və ictimai qınaq şirkətə təsir göstərmir.

Buna görə də aidiyyəti dövlət qurumları bu şirkətin fəaliyyətini yalnız müştəri–sürücü münasibətləri çərçivəsində deyil, təhlükəsizlik və keyfiyyət baxımından də ciddi şəkildə yoxlamalıdır.

“Ayıq sürücü” xidməti insanlara təhlükəsiz şəkildə evə çatmaq üçün lazımdır. Amma görünən odur ki, bəzi hallarda bu xidmət təhlükəsizlik deyil, stress və qorxu mənbəyinə çevrilir. Gecə saatlarında, kömək axtaran müştəri birdən-birə əlavə pul tələbi, aqressiv zəng və təzyiqlə üz-üzə qalır.

Məsələ ilə bağlı “Bolt” şirkətinin mövqeyini öyrənmək mümkün olmayıb. Şirkət açıqlama verərsə, Bakupost.az qarşı tərəfin mövqeyini dərc etməyə hazırdır.

Azər

Bakı Post


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 15 Dekabr 2025 07:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see609

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see540

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see412

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see325

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see287

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see283

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see281

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see268

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see267

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see245

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see227

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see218

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see215

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see213

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see208

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see200

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see192

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see184

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see183

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri