Icma.az
close
up
RU
“Aylığı 400 manata çəkilən aktrisalar göbələk kimi çoxalır, elə peşmanam ki...” FOTO+ÖZƏL

“Aylığı 400 manata çəkilən aktrisalar göbələk kimi çoxalır, elə peşmanam ki...” FOTO+ÖZƏL

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

“Ağlım olsaydı başqa sənəti seçərdim. Getdim 4 il təhsil aldım. Nəyə lazımdır axı? İndi diplomu olanda aktyor, aktrisadır, olmayan da. Bizim üstünlüyümüz nədir ki? Rejissorluq daha çətindir, nəinki aktyorluq. Təhsili olmayan insanlar rejissor işləyir. Düzdür, təhsil də, təcrübə də önəmlidir. Mən təhsil aldım ki, dilim uzun olsun. Bu sənətlə bağlı təhsilin olmayanda sənə nəsə belə birtəhər baxırlar. Çünki özüm də çəkilişlərdə bununla qarşılaşırdım. Amma bilsəydim ki, sonumuz belə olacaq, heç vaxt təhsil almazdım. Onsuz da mən uşaqlıqdan çəkilmişəm, model işləmişəm. Təhsilsiz də çəkilirdim də. Gərək başqa bir sənətin təhsilini alardım. İndi də görürəm ki, bir çox sənətçilər işsizdir. Nə qədər ki, aylığı 400 manata çəkilən “aktrisa”-lar göbələk kimi çoxalacaq, bir o qədər də təhsilli aktyor, aktrisalara iş olmayacaq”.

Bunu Moderator.az-a açıqlamasında aktrisa Natavan Ələkbərova deyib.

O daha sonra bu sahədəki çatışmazlıqlardan söz açıb:

“Azərbaycanda film və serial sektoru illərdir ki, inkişafdan geri qalıb. Nə qədər bayağı da görünsə, bilirəm ki, haqlı nüanslar da var. Bunun səbəbləri çoxdur. Tamaşaçı sözləri düzgün tələffüz edə bilməyən aktyor və aktrisaları qəbul etmir. Qulaqları mazol olur. Ötən dəfə mənə hansısa serialdan bir səhnə yolladılar. İnanın Allaha elə utandım. O yazı, o danışıq tərzi... Bu cür ssenarilər mənə də gəlirdi də. Hər lazımsız ssenarilərdə oynamırdım ki. Seçib çəkilirdim. Bu kapriz deyildi. Mən bu sənətə gəlmişəm ki, adımı yüksəklərə qaldırım. Səviyyəmi aşağı salmaq üçün gəlməmişəm ki... Mən sabah gedib lazımsız bir serialda baş rolu oynasam, əlbəttə ki, insanlar ordan hansısa fraqmentləri kəsib, bir-birinə yollayıb mənimlə məzələnə bilərlər. Bütün bunların hamısını düşünən biriyəm. Mən bunu özümə yaraşdırmıram axı. Çəkilənlərin əksəriyyətinin danışıq qabiliyyəti yoxdur, səhnə danışıqları sıfırdır. Səhnə danışığı üçün illah da təhsil olmalı deyil ki. İnsan özü-özünü inkişaf etdirməlidir. Ləhcə bizim mədəniyyətimizdir. Serialda ləhcəyə ehtiyac olarsa bu işlədilməlidir. “Ç” hərfini “s” olaraq səsləndirən insanlar nə qədər ki, seriallarda çəkiləcəklər, heç vaxt inkişaf olmayacaq. Bundan başqa seriallarda yeyinti də var. Rejissor aktyor, aktrisalardan istifadə edib özünə gün ağlayır. Setlərdə yemək, makiyaj, geyim problemləri var. Serialda çəkilən aktrisalar bəzən öz geyimlərini geyinirlər. Mən geyimi niyə evdən gətirməliyəm ki? Bütün bu səbəblər bizim bu sektorda geriləməyimizlə nəticələnir. Türkiyədə bir seriala ayrılan məbləğ, Azərbaycanda bəlkə də 30 seriyaya ayrılır ya ayrılmır. Burada “no name”-lərlə- yəni çox tanınmış olmayan aktyor və aktrisalarla serialın bir bölümü 8 milyon tl-ə başa gəlir. Bu qiymətə Azərbaycanda 30 seriya çəkirlər. Setdə yediyin yeməyə görə mədəndə problem olur, üzün səpir. Başdan-ayağa keyfiyyətsizlikdir. Keyfiyyətli işin başında isə pul dayanır. Yaxşı pul ayrılsa əlbəttə ki, keyfiyyətli iş ortalığa qoymaq olar. 400-500 manata çəkilən əsl aktyor, aktrisalarla heç bir işim yoxdur. Yuxarıda bu qiymətə çəkilən aktyor olmayan insanlardan söz açmışam. Yazıq aktyor bu pulu nəyə xərcləsin? Aktyor serialda çəkilir, fikirləşir ki, krediti necə ödəyəcəm? O bu pulu baxımına xərcləsin, yaxud kreditinə yoxsa yeməyinə?”.

Natavan Ələkbərova bildirib ki, Türkiyədə bu sahədə iş tapmaq müşkül məsələyə çevrilib:

“Türkiyədə də aktrisa olmaq üçün heç bir təhsilə ehtiyac yoxdur. Burada bir yerlərə gəlmək, qapıları açmaq üçün adamın olmalıdır ki, səni tapşırsın. Öz gücünə bir seriala daxil olmaq, hansısa rol almaq çox çətindir. Baş rol demək olar ki, mümkün deyil. Mən Türkiyədə 6 ay işlədim, ikinci dərəcəli aktrisa kimi çəkildim. Bəxtim, şansım üzümə güldü deyə çəkilə bildim. 2 ildir ki, heç bir layihə yoxdur. Bir-iki layihədən birində 3, birində 2 bölüm oynadım, amma ciddi bir iş yoxdur. İndi ümumiyyətlə bu sənətdə aktyor və aktrisaya ehtiyac yoxdur. İşsizlikdən boğuluruq. Son 2 ildə Türkiyədə neçə aktrisa intihar etdi? Hamısı da işsizlikdən idi. Azərbaycanda yenə də əhalinin 70-80 faizinin evi var, kirayələr o qədər də bahalı deyil. Burada amma insanların 70 faizi kirayədə qalır. Kirayə pulunu verə bilmirlər, gecikdirirlər. Vəziyyət olduqca ağırdır” deyə o bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://moderator.az
archiveBu xəbər 24 Oktyabr 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see220

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see175

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see173

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see154

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see152

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri