AYNA 120 manata sənəd satır, sonra da “qanunsuz sərnişin daşıyırsınız” deyir VİDEO
Icma.az, Bizim media portalına istinadən məlumat verir.
Xəbər verdiyimiz kimi, son günlər Xırdalan şəhərində, paytaxt Bakı ətrafında, Masazır, Müşfiqabad və Saray qəsəbələri istiqamətindən Bakı - Sumqayıt yolu ilə çoxsaylı qanunsuz sərnişindaşımaları müşahidə edilir. Bu səbəbdən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının birgə iştirakı ilə qanunsuz sərnişindaşımalarına qarşı reyd keçirilib.
Bizim.Media xəbər verir ki, reyd zamanı sürücülər buraxılış vəsiqəsi və buraxılış kartının alınması ilə bağlı narazılıqlarını bildiriblər.
Xatırladaq ki, bu icazələr AYNA tərəfindən 7 il müddətinə verilir və bunun üçün heç bir ödəniş tələb olunmur.
Ancaq sürücülər bunun əksini qeyd edirlər və 120 manat ödədiklərini vurğulayırlar:
“Sonra da bizə “qanunsuz sərnişin daşıyırsınız” deyirsiniz”.Daha ətraflı videosüjetdə:
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 09 Oktyabr 2025 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















