Icma.az
close
up
RU
AYNA: Bakı və şəhərətrafı sərnişindaşımada 67 milyondan çox artım var

AYNA: Bakı və şəhərətrafı sərnişindaşımada 67 milyondan çox artım var

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 28 yanvar, AZƏRTAC

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən şəhərdaxili sərnişin daşımaları üzrə avtobus parkında və ödəniş sistemində bir sıra işlər həyata keçirilib. Nəticədə yeni şəbəkənin icrasına başlanılıb və 8 marşrut istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) idarə heyətinin sədri Anar Rzayev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın ötən il üzrə icrasına həsr olunan dəyirmi masada bildirib.

O qeyd edib ki, Bakı, Sumqayıt və Abşeronda 395 yeni elektrikli və CNG texnologiyası ilə işləyən avtobus istifadəyə verilib.

“Gedişhaqqı ödənişi ilə bağlı da yeniliklər tətbiq edilib, bank kartı ilə ödəmək imkanı yaradılıb. Ümumilikdə nağdsız ödəniş olan avtobusların sayı 1800-ə çatıb. Bu rəqəm 2022-ci ildə 1000 avtobus təşkil edirdi. Eyni zamanda, Sumqayıt şəhəri və Saray qəsəbəsi istiqamətinə işləyən marşrut xətlərinə 98 avtobus əlavə edilib, 40 min nəfər sərnişin daşınması imkanı yaradılıb. Avtobusların intervallarının təmin edilməsi üçün Bakı şəhərində xüsusi hərəkət zolaqları şəbəkəsi yaradılıb. Ümumilikdə 40-a yaxın küçə və prospektdə 114 kilometr zolaq təşkil olunub.

Son 4 ilin nəticələrinə əsasən, avtobusla Bakı və şəhərətrafı sərnişindaşımada ümumilikdə 67,3 milyon artım var. Gündəlik xəttə buraxılan avtobusların sayında isə 32 faizartım müşahidə olunur. Əgər 2022-ci ildə 1720, 2023-cü ildə 1950, 2024-cü ildə 2160 avtobus gündəlik xəttə buraxılırdısa, hazırda bu rəqəm 2300-ə yaxındır.

Gedişhaqqının nağdsız ödənilməsinin xüsusi çəkisi 85 faizə çatıb. Eyni zamanda, ekoloji təmiz avtobusların xüsusi çəkisi 55 faizdir”,- deyə o bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:550
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Yanvar 2026 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri