AYNA: Bakıda beynəlxalq məsləhətçi şirkətin iştirakı ilə mobillik layihəsi həyata keçirilməkdədir
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 27 may, AZƏRTAC
Ölkəmizin yaşıl iqtisadiyyata keçidi çərçivəsində nəqliyyat sektorunda ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi və dayanıqlı infrastrukturun inkişafı mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə “yaşıl nəqliyyat” vasitələrinin istifadəsinin təşviqi, ictimai nəqliyyatın modelləşdirilməsi və karbon emissiyasının azaldılması məqsədilə həyata keçirilən layihələr, ölkənin dayanıqlı inkişaf hədəflərini uğurla davam etdirir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı, AYNA və Daxili İşlər Nazirliyinin (DİN) dəstəyi ilə keçirilən “Yaşıl nəqliyyat biznesi: imkanlar və perspektivlər” mövzusunda müzakirədə çıxışı zamanı deyib.
O qeyd edib ki, hazırda AYNA tərəfindən nüfuzlu beynəlxalq məsləhətçi şirkətin iştirakı ilə mobillik, mobillik transformasiyası layihəsi həyata keçirilməkdədir. Layihənin əsas hədəflərindən biri də mobilliyin təmin edilməsi və ekoloji təmiz nəqliyyat vasitələrinin, o cümlədən mikromobilik istifadəsinin genişləndirilməsi yolu ilə ətraf mühitin mühafizəsidir.
“2025-ci il üzrə yeni Yol xəritəsi də təsdiq edilib və onun icrasına artıq başlanılıb. Ötən müddət ərzində bu sahə üzrə bir sıra nailiyyətlər əldə olunub. Bakı şəhərinin avtobus şəbəkəsində 166 elektrik avtobus və 51 ədəd ekoloji təmiz avtobuslar istismara verilib”, - deyə Anar Rzayev vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 27 May 2025 18:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















