Icma.az
close
up
RU
AYNA məhkəmədə 1 milyon UDUZUB Detallar...

AYNA məhkəmədə 1 milyon UDUZUB Detallar...

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Respublikası Ali Məhkəməsində “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”(AYNA)-nə qarşı “borcun ödənilməsinin gecikdirilməsinə görə faizin tutulması” tələbinə dair iddia ilə verilmiş kassasiya şikayətinə 4 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxılaraq qərar qəbul edilib.

Hurriyyet.az xəbər verir ki, sözügedən məhkəmədə AYNA bir milyon manat vəsait uduzub.

Belə ki, illər əvvəl iddiaçı məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində
yerləşən 1.600 kv.m sahəsi olan əmlak kompleksinin 1.422,1 kv.m. hissəsi, Zığ dairəsi – Heydər Əliyev adına avtomobil yolunun tikintisi ilə əlaqədar olaraq 2008-ci ildə cavabdeh tərəfindən sökülmüşdür.

Məhkəmə 24 entyabr 2014-cü il tarixli qərarı ilə iddiaçının cavabdehlər Suraxanı Rayon İcra Hakimiyyətinə və “xxxx” ASC-yə qarşı “qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar iddiaçıya dəymiş 1.500.000 manat real zərərin və 1.000.000 manat əldən çıxmış faydanın ödənilməsi, faktiki olaraq iddiaçının istifadəsində olan 3 hektar torpaq sahəsindən onun istifadəsinə maneələrin aradan qaldırılması” tələbinə dair iddiasının qismən təmin edilməsi, iddiaçı mülkiyyətində olan əmlak kompleksinin sökülməsi nəticəsində dəymiş ziyanın əvəzi kimi iddiaçıya dövlət büdcəsi vəsaiti hesabına 1.226.253,60 manat məbləğində kompensasiyanın ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır.

Həmin qərardan cavabdehlər “xxxx” ASC və Suraxanı Rayon İcra Hakimiyyəti və üçüncü şəxs Maliyyə Nazirliyi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 aprel 2015-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı qismən – iddia tələbinin Suraxanı rayonu İcra Hakimiyyətinə qarşı təmin edilməsi və dəymiş ziyanın əvəzi kimi iddiaçıya kompensasiyanın dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin edilməmiş, qərar iddiaçıya pul vəsaitinin ödənilməsi hissəsində dəyişdirilərək, cavabdeh “xxxx” ASC-dən
1.226.253,60 manat tutulub iddiaçıya ödənilməsi, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

Lakin buna baxçayaraq, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-908/15 nömrəli, 22 iyul 2015-ci il tarixli qərarı ilə cavabdeh “xxxx” ASC-nin və üçüncü şəxs Maliyyə Nazirliyinin kassasiya şikayəti təmin edilməmiş, iddia tələbi Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı təmin edilməməsi hissəsində ləğv edilərək, həmin hissədə mümkün sayılmamış, apellyasiya instansiyası məhkəməsinin qərarı qalan hissələrdə dəyişdirilmədən
saxlanılmışdır.

Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 aprel 2015-ci il tarixli qərarı ilə müəyyən edilmiş 1.226.253,60 manat kompensasiya məbləği xx.xx.2023-cü il tarixdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən İddiaçı ödənilmişdir.

İddiaçı bundan sonra Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, 920.000 manat pulun və ödənilmiş 1.210 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

İddia tələbi işin yuxarıda göstərilən faktiki hallarına istinad edilməklə onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yerləşən 1.600 kv.m. sahəsi olan əmlak kompleksinin 1.422,1 kv.m. hissəsi Zığ dairəsi – Heydər Əliyev adına avtomobil yolunun tikintisi ilə əlaqədar olaraq 2008-ci ilin
yay aylarında “xxxx” ASC tərəfindən sökülmüşdür.

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarına əsasən isə sözügedən əmlak kompleksinin sökülməsi ilə əlaqədar mülkiyyətçi iddiaçıya 1.226.253,6 manat məbləğində kompensasiyanın ödənilməsi qərara alınmışdır. Həmin qərardan icra sənədi verilmiş və icra olunması üçün Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə göndərilmiş, uzun müddətdən sonra, yəni xx.xx.2023-cü il tarixdə kompensasiya məbləği mülkiyyətçiyə ödənilmişdir. Əmlak kompleksinə görə kompensasiya məbləği 15 il gecikdirilməklə mülkiyyətçiyə ödənilmişdir.

Mülkiyyətçinin bu müddət ərzində həmin vəsaitdən istifadə edə bilməməsi onun əmlak hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Yuxarıda qeyd edildiyi kimi, əmlak kompleksi 2008-ci ilin yay aylarında sökülmüş, müvafiq kompensasiya isə iddiaçıya 2023-cü ilin noyabr ayının 22-də ödənilmişdir. Ona görə hesab edir ki, kompensasiya məbləğinin 2008-ci ildən xx.xx.2023- cü il tarixədək ödənilməyərək gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 920.000 manat pul cavabdeh Dövlət Agentliyindən iddiaçının xeyrinə tutulmalıdır. Sözügedən
məbləğin ödənilməsi üçün xx.xx.2023-cü il tarixli məktubla cavabdehə müraciət edilmiş, lakin iddiaçının tələbi təmin edilməmiş və ümumiyyətlə həmin məktub cavablandırlmamışdır. Ona görə də iddiaçı belə bir iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Cavabdeh iddia ərizəsinə qarşı məhkəməyə yazılı etiraz təqdim etmiş və işin faktiki hallarına, o cümlədən yuxarıda göstərilən məhkəmə qərarlarına istinad edərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 aprel 2015-ci il tarixli qərarı qanuni qüvvəsini almış, icraya yönəlmiş və məhkəmə qaydasında müəyyən edilmiş 1.226.253,60 manat məbləğində pul ödənilmişdir. Hazırda isə iddiaçı ona ödənilməli olan məbləğin indeksasiyasını tələb edir ki, bu da qanuni deyil və əsassızdır.

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilərək, 510.939 manat pulun və ödənilmiş 672 manat dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehdən tutulması qət edilmişdir.

Birinci instansiya məhkəməsi mübahisəyə hüquqi qiymət verərək bildirmişdir ki, iddiaçıya məxsus əmlak kompleksi dövlət ehtiyacı üçün söküldüyünə görə, cavabdehin həmin zərərin əvəzini ödəmək öhdəliyi yaranmış, lakin o, öhdəliyini gecikdirərək icra etmişdir. Bu səbəbdən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə cavabdehdən illik 5% məbləğində pul tutulmalıdır.

Məhkəmənin mövqeyinə görə ki, illik 5% zərərin hansı müddət üçün hesablanmasının müəyyən edilməsi məqsədi ilə ilk öncə cavabdehin obyektin dəyərini ödəmək vəzifəsinin hansı tarixdən yaranması aydınlaşdırılmalıdır. Belə ki, iddiaçıya məxsus əmlak kompleksi dövlət ehtiyacları üçün 2008-ci ildə sökülsə də, həmin əmlak kompleksinin dəyəri məhkəmə qərarı əsasında müəyyən edilmiş və qanuni qüvvəsini almışdır. İşdən də göründüyü kimi, iddiaçıya 1.226.253,60 manat pulun ödənilməsinin əsasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 908/2015 nömrəli, 22 iyul 2015-ci il tarixli qərarı təşkil edir.

Ona görə də, öhdəliyin  icrasının gecikdirilməsinin başlanğıcı məhkəmə qərarının qanuni qüvvəyə mindiyi vaxtdan götürülməlidir.

Gecikdirilmə müddətinin xx.xx.2015-ci il tarixindən xx.xx.2023-cü il tarixədək 8 il 4 ay (100 ay) olmasını nəzərə alaraq riyazi üsulla hesablandıqda 5 faizlə tutulmalı məbləğ 510.939 manat təşkil edir.

Həmçinin məhkəmə cavabdehin məhkəmə qərarının vaxtında icra edilməməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd etmişdir ki, məhkəmə qərarı qanuni qüvvəyə mindiyi halda, 8 il 4 ay müddətində həmin qərarın icra edilməməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 445.7-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 30 Aprel 2025 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see451

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see261

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see257

Milli Musiqi Günündə fərqli müsabiqə: tələbələrin bəstələri AZAL ın təyyarələrində səsləndiriləcək

18 Sentyabr 2026 17:49see244

Antibiotiklərin özbaşına qəbulu ciddi fəsadlara səbəb ola bilər PULMONOLOQ

18 Sentyabr 2026 12:46see241

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see240

Maliyyə sektorunda nəzarətin genişləndirilməsi vətəndaşın bank hesablarına necə təsir edəcək?

18 Sentyabr 2026 16:47see240

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see237

Araqdan beyində degenerasiya baş verir

18 Sentyabr 2026 22:57see236

Evdə ayaqyalın gəzmək faydalıdır? Həkimdən cavab

18 Sentyabr 2026 14:03see236

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see229

Türk dövlətləri ailəsi dünyada yeni güc mərkəzidir

18 Sentyabr 2026 17:19see224

Paşinyan Almaniyaya biznes jetlə uçdu Təyyarə hakimiyyətə yaxın iş adamına bağlıdır

18 Sentyabr 2026 23:14see221

Əməkdar artist Sevda Məmmədzadə vəfat edib

18 Sentyabr 2026 21:00see220

Ayağı sınan idmançı bir il sonra çempion oldu Reablitasiya möcüzəsi VİDEO

18 Sentyabr 2026 18:11see218

Ürək xəstəliyi olanlara kartof makaron qadağandır Kardioloq

18 Sentyabr 2026 18:20see211

Alzheimer özünü belə göstərir: Yaddaş itkisindən əvvəl 4 siqnal

18 Sentyabr 2026 17:51see204

Ağız qoxusuna səbəb olan əsas amil AÇIQLANDI

18 Sentyabr 2026 12:36see199

Miqrenin inteqrativ müalicəsi: Baş ağrısını yox, səbəbini müalicə etmək lazımdır!

18 Sentyabr 2026 17:25see188

Türk məşhurlara qarşı əməliyyat: Onlar həbs edildi

19 Sentyabr 2026 17:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri