Icma.az
close
up
RU
AYNA nın aynada görünən tenderləri SİYAHI VƏ...

AYNA nın aynada görünən tenderləri SİYAHI VƏ...

Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bu vəzifəyə təyin olunandan qurum çox sayda dövlət satınalmaları həyata keçirib.

Mia.az Reportyor.info-ya istinadla bu satınalmalarla bağlı dövlət satınalmalarının vahid internet portalı üzərindən araşdırma aparıb. Portalda AYNA-nın dövlət satınalmaları ilə bağlı məlumatlar 2023-cü ildən başlayır.

Anar Rzayev isə 2021-ci ildən AYNA-nın İdarə Heyətinin sədridir. Lakin elə 2023-cü ildən həyata keçirilən satınalma müsabiqələrinin sayı az deyil.

Araşdırmalarımıza görə AYNA 2023-cü ildən bu yana 53 satınalma müsabiqəsi keçirib.

Bu müsabiqələr üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 28 952 180,66 manat təşkil edir.

Müsabiqələrdə qalib gələn şirkətlər isə aşağıdakılardır: 

“Günteks” MMC

“Mixtoner” MMC

“Sülh” Firması

“Caspel” MMC

“Narıncı Nəşriyyat Evi” MMC

“A4 Ofis” MMC

“Baku Digital” MMC

“Az Software System” QSC

“GPS Solutions” MMC

“Alkn Group” MMC

“Eptal Group” MMC

“Kapital Security” QSC

“RR Travel Company” MMC

“Harmony Industrial Construction and Engineering Group” MMC

“Kila-Group” MMC

“Baker Tilly Audit Azərbaycan” QSC

“SMCS” MMC

“Embawood” MMC

“Green Cleaning” MMC

“Meqa Sığorta” ASC

“Var Construction” MMC

“Premium Təchizat” MMC

“Buz Tech” MMC

“RSM Azerbaijan” MMC

“Beetech” MMC

“Smartech System” MMC

“VK Group Construction” MMC

“Yol Xətt” MMC

“Yeni Fikir” MMC

“Best Auto Service” MMC

“İnnovativ Layihələr Mərkəzi” QSC

“Baku Textile Company” MMC

“Orqtex Servis” MMC

“Aztimont” ASC

“Olive Ads” MMC

“İntegral Plus” MMC

“Avto Texnika Detaling” MMC

Bu şirkətlər arasında deputata və keçmiş məmurlara məxsus biznes subyektləri də var. Hətta şirkətlər arasında etibarsız təchizatçılar siyahısına salınmışlara da rast gəlinir.

Nümunə olaraq “Aztimont” ASC-ni götürmək olar.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında qeyd edilir ki, “Aztimont” ASC 28 fevral 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 50 432 manatdır. ASC-nin qanuni təmsilçisi Əliheybət Şirnovdur. ASC-nin adı bir neçə dəfə dəyişdirilib.

Şirkət 2011-ci ilədək “Sabirabad Tikinti-23” ASC, 2011-ci ildən 2021-ci ilədək “Azərtikinti-Quraşdırma-Servis-23” ASC, 2021-ci ildə isə “Aztimont” ASC adlandırılıb.

Satınalma müsabiqələrində aktiv iştirak edən bu şirkət ötən ilin sentyabr ayında etibarsiz təchizatçılar siyahısına salınıb. ASC cari ilin sentyabrına kimi satınalma müsabiqələrində iştirak edə bilməz. Şirkətin “qara siyahı”ya salınması Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin qərarı ilə baş tutub. Belə bir şirkətin AYNA ilə bağlanmış müqaviləni hansı səviyyədə icra etdiyi maraq doğurur.

Siyahıda diqqətçəkən şirkətlərdən biri də “Embawood” MMC-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “Embawood” MMC-nin 11 iyun 2004-cü ildə qeydiyyata alındığı göstərilir. Şirkətin nizamnamə kapitalı 3750 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, B.Bağırova küçəsi, ev 15 A-da yerləşən “Embawood” MMC-nin qanuni təmsilçisi Əliyev Emil Vaqif oğludur.

Emil Əliyevin haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.

Mebel sahəsində fəaliyyət göstərən “Embawood” MMC-nin təsisçisi deputat Məşhur Məmmədovdur.

Siyahıda şübhəli şirkətlər də var ki, onlardan biri “Var Construction” MMC-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Var Construction” MMC 6 yanvar 2005-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, ev 125, mənzil 90-da yerləşən şirkətin qanuni təmsilçisi Orucov Rafət Güləli oğludur. Açıq mənbələrdə şirkət haqqında heç bir məlumat yoxdur. Şirkətin veb-səhifəsi olsa da, işlək deyil. MMC-nin əlaqə telefonlarına da rast gəlinmir. Bu baxımdan “Var Construction” MMC-nin maddi-texniki bazasının hansı səviyyədə olduğu məlum deyil.

Bu şirkət Nərimanov Tibb Mərkəzinin yenidən qurulması və bərpası layihəni icra edir. İşlər hələ təhvil verilməyib. Halbuki artıq müəssisə hazır olmalı idi. Bu barədə bir müddət əvvəl mediada da məlumatlar tirajlanmışdı.

Şübhəli şirkətlərdən biri də “Harmony İndustrial Construction and Engeering Group” MMC-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, 28 fevral 2005-ci ildə qeydiyyata alınan “Harmony İndustrial Construction and Engeering Group” MMC-nin qanuni təmsilçisi Orucov Əlövəst Bilal oğludur. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı isə Ceyhun Hacıbəyli küçəsi, ev 52, mənzil 20-də yerləşir. Bu ünvanda daha iki şirkət qeydiyyatdadır. Onlardan biri “Piramida-2001” MMC, digəri isə “A-Marble” MMC-dir.

Əlövsət Orucov həm də “A-Marble” MMC-nin qanuni təmsilçisidir. “Piramida-2001” MMC də onun nəzarətindədir. Bu şirkətin qanuni təmsilçisi Orucova Maya Zülfüqar qızı olub. Ehtimal olunur ki, Maya Orucova Əlövsət Orucovun xanımıdır. Hazırda isə şirkətin qanuni təmsilçisi Əlövsət Orucovun özüdür. Beləliklə, AYNA-nın 3 il ərzində keçirdiyi satınalma müsabiqələrində suallar doğuran kifayət qədər məqamlar var. Bunların daha dərindən araşdırılması isə müvafiq qurumların işidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://mia.az
archiveBu xəbər 05 Fevral 2026 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see455

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see340

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see287

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see281

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see238

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see234

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see231

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see224

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see224

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see219

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see218

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see215

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see208

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see199

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see188

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see174

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see174

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri